Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

"Sağlam vərdişlər sağlam gəncliyin əsasıdır”

 

Suraxanı  RPİ  Azərbaycan  Gənclər Fondunun tədbirində

 

           

 Xeberinfo.com:  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi müsabiqənin qalibi Ayaz Əhmədzadənin rəhbərliyi ilə  "Sağlam vərdişlər sağlam gəncliyin əsasıdır”  adlı layihə  həyata keçirilir. Layihə haqqında məlumat verən Ayaz Əhmədzadə bildirmişdir ki, gənclər arasında zərərli vərdişlərin qarşısının alınması və  sağlam həyat tərzi keçirmələri məqsədiləəyyən edilmiş prioritet tədbirlər sistemi  dövlətin gənclər siyasətinin  strateji fəaliyyət istiqamətlərindəndir.  Bir çox gənclər  dövlətin və ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilsə də,   rəsmi statistikalardan aydın olur ki,  zərəli vərdişlərə aludə olan,  bunun nəticəsində cinayət törədən gənclərın sayı çoxluq təşkil edir. Cəza çəkən gənclərin əksəriyyəti narkotik maddələrin  istifadəsinə və sərxoş vəziyyətdə cinayət törətdiklərinə  görə azadlıqdan məhrum edilirlər. Bəzi hallarda gənclərin  qaydaları və qanunu pozmaqları qanunvericilikdə təsbit olunmuş hüquq və vəzifələrdən xəbərsiz olmaqları səbəbindən baş verir, nəticədə  ciddi cəzalarla üzləşirlər.

 

                

 Zərərli vərdişlər kimi neqativ  hallara  həm orta, həm də ali təhsil ocaqlarında oxuyan gənclər arasında təsadüf olunduğu, bəzi gənclərin  zərərli vərdişlərə erkən yaşlardan, məktəb illərindən aludə olmağa başladığı  səbəbindən təlimləri həm ali, həm də orta təhsil müəssisələrində keçirməyə qərar vermişdik. Layihənin icra planna uyğun olaraq Xəzər Universitetində,  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında,  Suraxanı rayonundakı 279 və 275 saylı orta məktəblərdə  keçirdiyimiz maarifləndirmə təlimləri böyük maraqla qarşılanmışdır.

 

                

Suraxanı rayonundakı 275 saylı orta məktəblərdə  keçirdiyimiz son tədbirdə Bakı şəhəri Suraxanı  RPİ-nin Yetkinlik Yaşına Çatmayanların işləri üzrə bölmənin rəisi,  polis  mayoru  Namiq Abbasov, həmin bölmənin baş inspektoru, polis  mayoru Seymur Bayramov, Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Asif Şıxəliyev çıxış edərək zərərli vərdişlərin acı nəticələri, təqsirləndirilən şəxslərlə bağlı  statistik göstəricilər, narkotik və psixotrop maddələrin ziyanlı təsirləri barədəətrafl məlumat veriblər.

 

                

Sonda çıxış edən Ayaz Əhmədzadə  gənclər siyasəti ilə bağlı layihə təklifini dəyərləndirdiyinə görə  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna, tədbirin keçirilməsində göstərilmiş diqqətə görə  Suraxanı  RPİ-nin rəhbərliyinə, tədbirdə iştirak edən polis əməkdaşlarına və  məktəbin direktoru Elmira  xanım İsmayılovaya xüsusi təşəkkürünü bildirmişdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam