Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan ordusu Dağlıq Qarabağı hər an azad edə bilər

 

"Azərbaycanda bizim qürur hissi keçirdiyimiz milli ordu formalaşıb ki, bu ordu bu gün beynəlxalq aləmin qınaqlarına göz yumsa, Azərbaycanın həyata keçirdiyi sülh danışıqlarına məhəl qoymasa, öz torpaqlarını azad etməyə qalxsa, mən əminəm ki, bir həftə, on gün müddətində Azərbaycanın işğal altında olan bütün torpaqlarını azad edə bilər". 

"Xeberinfo.com": Trend-ə istinadən xəbərə görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında Gənclər Fondunun fəaliyyətə başlamasının 3 illiyi münasibətilə"Gənclər təşkilatları: yeni imkanlar və müasir çağırışlar" adlı tədbirdə çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, Azərbaycanın müstəqilliyə qovuşmasından indiyə qədər 23 il vaxt keçir: "23 ildə Azərbaycan dövlətini qurmuşuq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə, onun bilavasitə səyi ilə bu gün bizi dünyada, beynəlxalq aləmdə layiqincə təmsil edən Azərbaycan dövləti quruldu. Bizim bu gün öyünə biləcəyimiz sərvətimiz Azərbaycan dövləti və onun varlığıdır. Azərbaycan dünyanın ən mötəbər təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunur, Avropa Şurasına rəhbərlik etdi. Dünyanın müxtəlif qurumlarına Azərbaycan rəhbərlik edib. Bundan sonra Azərbaycan dünya dövlətləri arasında özünün iqtisadiyyatı, neft strategiyası ilə, dünyanın enerji xəritəsində təmsil olunma qabiliyyəti və strategiyası ilə bəlli bir yer tutub. Azərbaycan iqtisadiyyatı dünyanın öndə gedən iqtisadiyyatlarından biridir".

PA rəsmisi qeyd edib ki, Azərbaycanın sosial siyasəti dünyanın nümunə göstərilən siyasətlərindən biridir: "Bunun nəticəsi olaraq Azərbaycanda tolerantlıq yaranıb, multikulturalist ənənələr formalaşıb, xalqlar, millətlər, etnik qruplar arasında sözün həqiqi mənasında sivil birgə yaşayış normaları bərqərar olub. Azərbaycanda əhalinin sosial qrupları arasında tam anlaşıqlı və birgə sivil yaşayışları üçün normalar yaranıb. Azərbaycanın fəhləsi də, ziyalısı da, orta təbəqəsi də - hər kəs bu dövlətin siyasətindən öz payını alır və cəmiyyətdəki bugünkü sabitlik də həmin sosial siyasətin praktikliyinin nəticəsidir".

PA rəsmisi vurğulayıb ki, bir dövlətin gənci nə etdiyini dərk edirsə və dərk edə-edə o dəyərləri qorumaq əzmini, iradəsini ortaya qoyursa və ən əsası onun qorumaq iradəsi, əzmi praktikdirsə, o zaman Azərbaycan gənci rəqabətədavamlı gənclər kimi ümummilli lider tərəfindən təməli qoyulmuş gənclər siyasətini davam etdirəcək: "Gənclər siyasətinin praktikliyini də siz bilirsiniz. Bu gün Azərbaycan əhalisinin 3 milyonu birbaşa gənclər kateqoriyasını təmsil edir. Təxminən 65 faiz əhali gənclik yaşındadır, yəni 35 yaşa qədər olan insanlardır. Deməli, dövlət bu 65 faizin təməlini sağlam qoymasaydı, onun inkişafına lazım olan siyasi, iqtisadi, mənəvi və digər resursları tapıb yönəltməsəydi və əsas odur ki, məqsədyönlü şəkildə bu siyasəti formalaşdırıb həyata keçirməsəydi, biz bu gün nəyə söykənə bilərdik? Necə gələcəyimizdən əmin ola bilərdik? Bir dövlətin, xalqın gələcək haqqında əminliyi onu təmsil edən gəncliyə bağlıdır. Onu təmsil edən gənclik sağlam formalaşdırılıbsa, bu siyasətin təməli sağlam qoyulubsa və ən əsası o istiqamətdə dövlət düşünülmüş siyasət yeridirsə, deməli bunun gələcəyi var. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, hər bir dövlətin həyata keçirdiyi siyasətin əsasında milli maraqlar dayanmalı və hər bir hakimiyyət öz xalqına söykənməlidir. Əgər xalq bu siyasəti dəstəkləməsə, heç bir proqram müsbət nəticə verə bilməz. Azərbaycan dövlətinin uğuru odur ki, bu siyasət xalqın maraqlarına söykənir və xalq da onu dəstəkləyir ”.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti yanında Gənclər Fondu 3 il ərzində kifayət qədər səmərəli fəaliyyət göstərib və bu fəaliyyət öz praktiki nəticələrini göstərməkdədir: "Bilirsiniz ki, hər bir fəaliyyət onun praktik nəticələri ilə ölçülür. Hər bir fəaliyyət sonda ictimai mahiyyət kəsb etmirsə, dövlətin, millətin ictimai, siyasi, sosial maraqlarına xidmət etmirsə, əlbəttə, o formal olaraq kağız üzərində qalır. O yerdəki bu, artıq ictimai nəticələrini verib, deməli, bu fəaliyyət təqdir olunmalıdır. Mən düşünürəm ki, bu gün təqdim olunan layihə nümunələri, Fond rəhbərliyinin verdiyi ümumi hesabat, bu üç il ərzində 1865 layihənin dəyərləndirilməsi və onlara vəsaitin ayrılması, getdikcə müraciətlərin intensiv şəkildə artması və əhatə dairəsinin genişlənməsi, gənclərin bütün təbəqələrini əhatə etməsi, əlbəttə, görülən işin effektivliyindən, ictimai dəyərindən xəbər verir".

Ə. Həsənov Gənclər və İdman Nazirliyinin Azərbaycanda gənclər siyasətini həyata keçirən əsas qurumun olduğunu diqqətə çatdırıb: “Yardımçı qurumlardan biri də Gənclər Fondudur. Heç kim deyə bilməz ki, Gənclər Fondunun fəaliyyətində hansısa xoşagəlməz hal mövcuddur. Prezident yanında qurumların hamısında, Elm Fondunda, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda da belə şəffaf fəaliyyət qurulub. 3 il az müddət olsa da, Gənclər Fondunun fəaliyyətini uğurlu hesab etmək olar". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam