Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Tacir Şahmalıoğludan SƏRT AÇIQLAMA: “Vəfanın başını pul qarışdırıb”

 

Bir neçə gün bundan əvvəl Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi İntiqam Kərimov qonaq olduğu verilişlərin birində müğənni Vəfa Şərifova haqda müzakirə yaradan açıqlama verib.

Yenixeber.org: Şərifovanın müəllimi bildirib ki, ifaçı hətta ariya da oxuya bilər, bunun üçün cəmi 2 ay hazırlıq kifayətdir. Bu fikirlər isə sosial şəbəkələrdə xeyli səs-küyə səbəb olub və qeyri-ciddi qarşılanıb.

Görəsən, həqiqətən Vəfa Şərifovanın səsi ariya oxumağa imkan verirmi?

Məsələ ilə bağlı müğənni Tacir Şahmalıoğluna sual ünvanlayıb. 7 il V.Şərifovaya müəllimlik edən ifaçının cavabı isə belə olub:“Hərənin öz fikri var. Hər kəs bu məsələdə azaddır. Kiməsə deyə bilmərəm ki, kim kimə nə öyrədir, niyə öyrədir? Mənim İntiqam müəllimə heç bir iddiam, kin-küdurətim yoxdur. Bir azərbaycanlı balası kimi ona hörmət edirəm. Hazırda qarşılaşsaq, salam verib keçərəm. Onu heç vaxt təhqir etməmişəm, etmərəm də. Sadəcə olaraq, efirdə fikrimi demişəm. Mənim nəyimə gərək kim-kimə ariya öyrədir?”Müğənni bildirib ki, vaxtilə tələbəsi olan Vəfa Şərifova ilə aralarında düşmənçilik yoxdur:

“Vəfa xanıma öz fikrimi bildirmişəm. Demişəm ki, bu 7 il ərzində müəllimi kimi, insan kimi heç vaxt mənə zəng edib deməyib ki, sizi düşünüb zəng etdim, bir ustad kimi əziyyətinizi halal edin, təşəkkür edirəm və s. Halal xoşu olsun. Qazancı göz qabağındadır. Çoxundan da yaxşı qazanır. İntiqam müəllimə məndən nə isə deyiblərmi bilmirəm. Ancaq onu bilirəm ki, İntiqam müəllim Vəfaya ariya belə öyrətsə, yenə nəticə eyni olacaq. Ona da Allahın "sağ ol"unu deməyəcək. Necə ki, mənə deməyib.Vəfa ilə heç bir düşmənçiliyim yoxdur. Ola da bilməz. Qarşılaşsaq ona da salam verərəm. O, evimin qızıdır. Sadəcə bu gün Vəfanın başını pul qarışdırıb”.(Yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam