Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Yandığın unutmaz sönən bir ocaq

 

Təbiət payızla dost kimi deyil,
Zirvədə dayanıb enmək istəmir.
Səmimi dediyi tost kimi deyil,
 Qışilə görüşə getmək istəmir...
*****
Təbiət insanın qəlbi kimidir,
Kiminə yaxındır kiminə uzaq.
Bəzəndə çoxunun dərdi kimidir,
Yandığın unutmaz, sönən bir ocaq...
*****
Gördüyüm canlının rəngi saralıb,
Təbiət xəstədir sanki can verir.
Yaralı köksümün yolu daralıb,
Xəyalım uçuşur həyacan verir...
*****
Hər leysan hər yağış dərddir nalədir,
İnsanın qəlbinə, könlünə çökür.
Rəngi solan; bağrı qara lalədir
 Nisgilli qəlbini payıza tökür...
*****
 "Lalə qırmızısan, bağrın qaradır nədən"
 Yazaraq, sözünü söyləmiş şair...
Sözümün canı var, söylə utanma,
Ağlayır gözlərin, bilim bəs, nədən?...
*****
Əyilmə dik dayan, ey qara gözlüm,
Yenidən yaz gələr düzə çıxarsan.
Ləçəkli saplağın günəşə sarı,
Utancaq- utancaq üzə çıxarsan.
*****
Təbiət bizlərə vida söyləyir,
Yenidən qayıdıb öpüşmək üçün.
Təbiət baharı lap çox gözləyir,
Səninlə, mənimlə görüşmək üçün...
****
Torpaqda oyanıb özünə gələr,
Günəşin telləri əcəb sallanar,
Təbiət qoxunu ətrafa ələr,
Gülünün ətrinə bülbül aldanar...
*****
Oxuyar cəhcəhlə avazı gözəl,
Toxunar gülünün ləçəklərinə.
Gülilə bülbülün sevdası əzəl,
Toxunar astaca çiçəklərinə...
Təranə Şəms.22.10.2024

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam