Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məşhur aktyor səhnədə yıxıldı -Xəstəxanalıq oldu/FOTO

Britaniyalı aktyor İan MakKellen xəstəxanaya yerləşdirilib.

Yenixeber.org xəbər verir ki, aktyor Londonun mərkəzi teatrında tamaşa zamanı səhnədən yıxıldıqdan sonra xəstəxanaya aparılıb.

Hadisə şahidlərinin telekanala verdiyi məlumata görə, 85 yaşlı sənətçi böyük hündürlükdən tamaşa zalına yıxılıb.

Aktyoru zaldan xərəklə aparıblar. Tamaşaçılardan teatrın binasını tərk etmələri istənilib və biletlərin pulunu qaytaracaqlarına söz verilib.

Qeyd edək ki, aktyor “X adamlar” film seriyasındakı mutant Maqneto rolu, eləcə də “Üzüklərin əfəndisi”və “Hobbit” film trilogiyalarında sehrbaz Qandalf rolu ilə sevilib.

Britaniya mətbuatı onu Britaniya teatr səhnəsinin aparıcı aktyorlarından biri və Şekspir repertuarının ustası adlandırır. O, həyatı boyu 70-dən çox teatr tamaşasında və 60 filmdə rol alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam