Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

27 ildən sonra Diana ilə bağlı ən böyük hərrac-FOTOLAR

 


Böyük Britaniyanın mərhum şahzadəsi Diananın paltarları ABŞ-də hərraca çıxarılacaq.

Yenixeber.org xəbər verir ki, ölümündən 27 il keçən şəhzadənin geyimləri üçün təşkil olunan bu mərasim 1997-ci ildən bəri baş tutan ən böyük hərrac olacaq.

Hərrac iyunun 27-də ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək. Belə ki, burada şahzadə Diana ilə yanaşı digər kral ailəsi üzvlərinə məxsus 150-dən çox əşya satışa çıxarılacaq.

Satılacaq ən diqqətçəkən əşyalardan biri də Şahzadə Diananın 1986-cı ildə “Phantom of the Opera” müziklinin qalasına geyindiyi paltardır. Onun 200 min ilə 400 min dollar arasında qiymətə satılacağı gözlənilir.

Məlumata görə, bu, Diananın 1997-ci ildəki öz hərracından sonra ən böyüyü kimi tarixə düşəcək. 

Daha əvvəl  görünməyən ayaqqabı, çanta və papaq kimi əşyalar da tarixi hərracın bir hissəsi olacaq.









Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam