Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Parisdə səfirliyin Mədəniyyət Mərkəzində Novruz bayramı qeyd edilib

 

Parisdə Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Novruz bayramı təntənəli şəkildə qeyd edilib.

Yenixeber.org xəbər verir ki, səfirliyin Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Azərbaycanın Fransa və Monako Knyazlığındakı səfiri Leyla Abdullayeva çıxış edərək Novruz, onun mahiyyəti, fəlsəfəsi və daşıdığı ümumbəşəri dəyərlərdən danışıb. Novruzun dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramı olduğunu deyib. Bildirib ki, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, mərhəmət və diqqət göstərilməsi kimi mənəvi dəyərləri təcəssüm edir. Novruz sağlamlığın və firavanlığın başlanğıcıdır. Milli mənəvi dəyərlərimizin təcəssümü olan Novruz təbiətin dəyişməsindən, canlı aləmin oyanışından xəbər verir.

Səfir qeyd edib ki, Novruz təbiətlə harmoniyada yaşamağı aşılayır. Yaşıl səmənili Novruz bu il Azərbaycanda xüsusi təntənə ilə qeyd olunur. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Bu münasibətlə Prezident İlham Əliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə dair Sərəncam imzalayıb. Azərbaycan bütün dünya ölkələrini yaşıl dünya naminə həmrəylik nümayiş etdirməyə çağırır. İnsanlara təbiətlə harmoniyada yaşamağı aşılayan Novruzun dəyərləri COP29-un çağırışı ilə üst-üstə düşür. Məhz buna görə də bu il Novruz Azərbaycanda xüsusi qeyd edilir.

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib”, - deyə səfir bu bayramın xüsusi əhəmiyyət daşıdığını bir daha vurğulayıb.

Tədbirə milli geyimdə gəlmiş L.Abdullayeva bununla xalqımızın hər zaman milli mənəvi dəyərlərimizə, adət-ənənələrimizə sadiq olduğunu və onları qoruyub saxladığını təcəssüm etdirib. Novruzun Azərbaycan xalqının ənənəvi dəyərlərini özündə əks etdirən bayram olduğunu göstərib.

Tədbir konsert proqramı ilə davam edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam