Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Qınamaq

 

Qınamaq

 

(İçsəs)

 

Özüylədöyüşün başlıca yönü – özünəinamdır.

***
Qınaq özüylədöyüşün başlıca yönü ola bilməz.

***
Özünü və başqasını qınamaq varsa – özüylədöyüş yoxdur.

***
Özünüqınamaq – özünə qarşı çevrilməkdir.

***
Başqasını qınamaq – başqasına qarşı çevrilməkdir.

***
Qınağın çeşidləri çoxdur: qeybət biçimində qınaq, qarğış biçimində qınaq, deyinmək–şikayət biçimində qınaq, tənqid biçimində qınaq, lağ, zarafat biçimində qınaq, atmaca biçimində qınaq, söymək biçimində qınaq, inamsızlıq biçimində qınaq...

***
Qınaq çıxış, çözüm yolu deyil: qınaqdan çıxmaq gərək, qınağı çözmək gərək!

***
Qınaq – mənəvi, ruhsal çatışmazlıqdır.

***
Qınamaqla insan yaranmaz, yetişməz.

***
Özüylədöyüşdə başlıca iş – özündəki yanlışı görməkdir.

***
Yanlışa qınaqla yanaşmaq – ən asan yoldur.

***
Özündəki yanlışa barışmaz yanaşmaq gərək.

***
Hər kəs öz mövqeyindən başqasını qınayır, demək, ortada həqiqətsizlik var.

***
Kimsə həqiqət adından başqasını qınaya bilməz.
***
Həqiqət kimsəyə başqasını qınamaq imkanı vermir.

***
Həqiqətçi – qınaqdan qurtulandır.

***
Özünü qınamaq varsa – həqiqətsizlikdən, inamsızlıqdan, dəyişkənlikdən, bezmə, usanma var.

***
Özünüqınama varsa – içindəki əskiklikdən duyduğun ağrı-acı, iztirab var.

***
Özünüqınama – özünü suçlamadır, hər şeydə özünü suçlu bilməkdir, özünü çatışmazlığına bərabər saymaqdır, onlara ilişib qalmaq, aşa, ötə bilməməkdir.

***
Özünüqınama – özünü yamanlamadır, pisləmə, gözdən salmadır, dəyərsizləşdirmə, gərəksizliyini anlamadır.

***
Özünüqınama – hər şeyə inamsız, şübhəli yanaşma, anlamsız düşüncələr toruna, tələsinə, boşluğuna düşmək, qaxsımış, kiflənmiş üzücü fikirlərin beyni tutması, çaşdırması, özündən asılı etməsidir.

***
Özünü qınayan – özünü alçaldır. Ona görə ki, insan qınama konusu olan çatışmazlığında özünün alçaldığını görür.

***
Özünü qınama – özünə qıymadır, özünəqəsddir. İntiharçılar həmişə özünü və başqalarını qınayırlar.

***
Qınamaq – suçlamaqla, qısqılamaqla, lağ eləməklə, alçatmaqla özünə və başqasına acı yaşatmaqdır.

***
Özünü qınamaq – özünə inamsızlığı dərinləşdirir.

***
Özünə inam, özünü anlama varsa, özünü qınamaq nədir?

***
Çatışmazlığı anlamadan – onu yox edə bilməzsən.

***
Özünü qınayırsansa – başqasını da qınayacaqsan. Ona görə ki, başqasına yanaşma özündən başlayır.

***

Özünə yanaşman necədirsə, başqasına da yanaşman elədir.

***
Qınaq hədəfi olan – inanılmayandır. İnanılmayan – qınanılır.

***
Qınamaq – özünün və başqasının hər sözünə, işinə, davranışına gərəksiz mənalar verməkdir. Özünü, başqasını yersiz müzakirə etməkdir, ürəyini, başını yormaq, sonda hansısa düzgün sonuca vara bilməməkdir.

***
Özünü və başqasını qınayan – kamilləşə bilməz.

***
Özünə və başqasına inanan – kamilləşə bilər.

***
Atamız var olsun!

 

25 Közərti 36-cı il.

 

(25.6.2014). 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam