Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

Milli–Dini–İnsani

 

 

 

 

Yolruh ATALI

ruhaniyyatçı-filosof

 

 

 

Hinddə dini nədirsə – milli də odur.

Çində dini nədirsə – milli də odur.

Yəhudidə dini nədirsə – milli də odur.

Ərəbdə dini nədirsə – milli də odur.

Türkdə dini olan – milli deyil. Ona görə ki, türk din yaratmayıb, başqalarının dinlərilə özünü yaratmaq istəyib – alınmayıb, alınmayacaq!

***
Din-millət birliyi, doğmalığı – millətin özünün din yaradıcılığıdır, dinin millətə mənsub olması, başqa millətlərdən mənəviyyat dilənməməsidir.  

***
Din-millət yadlığı, ayrılığı – dinin millətə mənsub olmaması, millətin başqalarının dini əsasında yaşaması, başqasının mənəvi əsarətini qəbul etməsidir.  

***
Kimi və nəyi uca sayırsansa inan, di gəl, inanmağın sənə və başqalarına insani sonuc vermirsə – inandığının anlamı yoxdur.
***
Allaha inanıb yaxşı adam olmaqla, ona inanmayıb yaxşı adam olmağın fərqi ondadır ki, birincidə yaxşılıq Allahın, ikincidə isə insanın öz adına yazılır.

***
Yalandan inamlı olmaq doğrudan inamsız olmaqdır!

***
Yalandan əxlaqlı olmaq
doğrudan əxlaqsız olmaqdır!

***
Yalandan düzgün olmaq
doğrudan əyri olmaqdır!

***
Sonacan inamlı yaşayacağına inanmayan – kamilliyə inanmır.

***
Sonacan əxlaqlı yaşayacağına inanmayan  – kamilliyə inanmır.

***
Sonacan düzgün yaşayacağına inanmayan – kamilliyə inanmır.

***
Özünün kamilləşəcəyinə inanmayan – insanın kamilləşəcəyinə inanmır.

***
Kamillik – ən sıradan işə insani yanaşmadır.

***
Kamilliyə inanmaq – insana, insanlaşmağa inanmaqdır, insanlığa uyğun yaşamaqdır.

***
Atamız var olsun!

 

1 İşıq 36-cı il.

(1.5.2014).

 

 

 "xeberinfo.com"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam