Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Mətanət İsgəndərlinin nəvələridir, niyə süpürgəçi işləyib, onları saxlayım?"

 

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana onun iddialarına cavab verib.

Yenixeber.org xəbər verir ki, "Tarixin bir günü" proqramına qatılan Canana uşaqlarını atasının yanına qoymasından danışıb. O bildirib ki, uşaqlarını imkansızlıq ucbatından götürə bilmir. 

Canana sosial şəbəkədə yazılan tənqidlərə "Mənə yazırlar ki, get, süpürgəçi işlə, uşaqlarını saxla. Niyə? Mətanət İsgəndərlinin nəvələridir, niyə süpürgəçi işləyib, onları saxlayım? İmkanlı ailədə dünyaya gəliblər. Ev də var, hər şey də" cavabını verib. 

Canana bildirib ki, bundan əvvəl M.İsgəndərlinin ona verəcəyi mülklərdən imtina edib. Amma o, fikirlərindən daşınıb və hazırda iddia qaldıraraq keçmiş həyat yoldaşı Kərimdən mülk almaq üçün məhkəməyə müraciət etdiyini açıqlayıb:

"Biz ailəli olanda adımda dörd maşın var idi. Kərimin adındakı maşınlar bir gündə adından çıxarıldı. Mən iddia qaldırıb, pay istəyə bilərəm. Vəkillə danışmışam. Getdim imza atıb, imtina etmə fikrimi geri götürdüm".

Canana M.İsgəndərliyə görə iş tapa bilmədiyini bildirib:

"Adi restorana getdim ki, iş tapım, oxuyum. Dedilər, Mətanət İsgəndərliyə görə götürə bilmərik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam