Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Qızımı öyrədirlər ki, polisə de məni anam döyüb“-Mətanət İsgəndərlinin gəlini

“Qızımı öyrədirlər ki, polisə de məni anam döyüb“- Mətanət İsgəndərlinin gəlini

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana onun və oğlu Kərimin haqqında qalmaqallı açıqlama verib.

Yenixeber.org: Həyat yoldaşından ayrılan Canana qızının əri tərəfindən döyüldüyünü sübut edən fotolar yayımlayıb və özünün də dəfələrlə şiddət gördüyünü açıqlayıb. Bundan sonra Kərimlə bağlı polis araşdırmaya başlayıb.

Bu barədə danışan Canana axşam.az-a açıqlamasında araşdırmanın davam etdiyini bildirib. O deyib ki, M.İsgəndərli və Kərim hələ də Rusiyadadır, övladlarına heç bir maddi dəstək göstərmir:

"Polis idarəsinə çağırıldım, qızımdan da, məndən də ifadə alındı. Ekspertizaya göndərilib. Mətanət xanım və Kərim bu hadisədən sonra başlayıblar qızıma tez-tez zəng edib danışmağa. Ona oyuncaqlar alıb, mənə qarşı çıxmağı öyrədirlər. Qızıma deyirlər ki, polisə denən məni atam yox, anam döyüb.

Boşanma davamız bitməyib. Amma məhkəmə aliment kəsib. Kərim onu da ödəmir. Uşaqlara heç bir maddi yardım da göstərilmir. Yenə kirayədə qalıram, təkbaşıma uşaqlara baxmağa çalışıram".

Qeyd edək ki, Kərim və Canananın üç övladı var. Ərindən ayrılan Canana kirayədə yaşadığını, M.İsgəndərlinin onu evinə buraxmadığını və kirayə pulunu da ödəmədiklərini iddia edib.

 

“Qızımı öyrədirlər ki, polisə de məni anam döyüb“- Mətanət İsgəndərlinin gəlini

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam