Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Xalq artistindən aparıcıya : “Reytinq xətrinə vicdanı satışa qoymaq olarmı?”

 

Xalq artisti Flora Kərimova Xalq yazıçısı Çingiz Abdullayevə dəstək paylaşımı edib.

Yenixeber.org xatırladır ki, bir neçə gün öncə “ATV” televiziyasının aparıcısı Kübra Məhərrəmovanın Xalq yazıçısı Çingiz Abdullayevin dedektiv əsərlərini “zir-zibil” adlandırması müzakirələrə səbəb olub.

Bir çox sənət adamları Çingiz Abdullayevə öz dəstəklərini göstərərək, teleaparıcıya irad bildiriblər.

Bu dəfə isə Xalq artisti Flora Kərimova mövzu ilə bağlı paylaşım edib.

Sənətkar paylaşıma bu başlığı yazıb:”Nə baş verdi, nə dəyişdi, nə artdı, nəyiniz azaldı ki, bu gün söz deyən sərhəd tanımır? İkiüzlülük, həyasızca üzəduranlıq cəsarəti əvəz etdi? Reytinq, səslənmək, gündəm, bir qarın çörək xətrinə vicdanı satışa qoymaq olarmı? Artıq çirgənirəm bu haldan! Kimlərimiz qalıb?! Allah sizə rəhmət eləsin, ölülər!”

“Reytinq yarışına girib, unudulan klassiklərimizi demirəm, əlimizdə olan-qalan kimlər varsa, nələr varsa, əxlaqdan tutmuş dilimizə qədər üyütmək cinayətin ən böyüyüdür”, - deyə Flora Kərimova qeyd edib.

Qeyd edək ki, məlum mövzuya görə Çingiz Abdullayev "ATV"nı məhkəməyə verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam