Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Yürüyən həyatsa, yorulan -ANA

 
Canından ayrılan parçandı övlad, 
Ağzında noğuldu, hərdəndə şəkər.
Bəzəndə boğazda yaradar qəhər,
Dəyişən zamanda, ötərmi hədər?!...
*****
Ömrünü övlada pay edən Ana!
Bax, indi oğlunun öz övladı var.
Sevgini belində tay edən Ana, 
Oğulun qəlbində öz sevdası var?...
*****
Niyə məhs beləcə həyat dövr edir?
Analar həmişə şam təki yanır.
Kədərli görəndə qəlbi qövr edir,
Analar özünü çox borclu sanır...
*****
Hər Ana həyatda arzuyla yaşar, 
Toy edib oğluna nəvələr görmək.
Dizi daşa dəysədə zirvəni aşar,
İstəyi Allahdan gözəl bəxt hörmək...
*****
Analar yaşlanar üzü qırışar,
 O nurlu siması mələyə bənzər.
Yürüyən həyatsa, yorulan ANA,
Həyatın oyunu kələyə bənzər...
*****
Balanın balası soyuq qış olar,
Öz odu ananı yandırıb yaxar.
Nəvələr, nənəni gərəksiz bilər,
Sözləri dinlənməz havaya axar.
*****
Ey həyat, ey həyat sən nə qəribsən?
Açdığın kələfi dolaşdırma sən!
 Dünyamız belədir belə gəlibsən,
Həyatı gözümə belə səribsən!..
*****
Qismətin acısı sənin taleyin,
Taleyin önündə çaşmaz analar.
Anaydın, zamanla indi nənəsən,
 İndisə çarpazlı, dağlı sinəsən.
*****
Qırılma ay Ana, qızın balası-
Nəvəni köçürüb nənə olacaq.
Etdiyi önünə çıxacaq bir gün,
Qanını sovuran GƏNƏ olacaq!...
*****
Dağların ağ qarı sənin saçındır,
Ağaran saçına qurbanam ANA!
Könlümü ağladan sənin acındır,
 İtmişəm "özüm"də, pünhanam ANA!...
 
    Təranə Şəms. 12. 11.2023

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam