Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Miri Yusif Amerika həyatından danışdı -Qab yuyurdum, yerləri təmizləyirdim...

Miri Yusif Amerika həyatından danışdı -

“ABŞ-a cavan Yusif olaraq getdim, müdrik Miri Yusif kimi qayıtdım. Ora bəlkələrin əlindən getmişdim. Həyatımın ən çətin zamanı idi. Düzdür, baxanlar deyəcəklər ki, sən o boyda Los-Ancelesdə yaşamısan. Amma elə deyil. Mənim orada çox çətin zamanlarım olub və fəxr edirəm ki, bunlardan keçmişəm”. 

Yenixeber.org xəbər verir ki, bu sözləri Xalq artisti Miri Yusif “Qapqara” verilişində deyib. 

O,  ABŞ-da yaşadığı zamanı həyatının ən çətin dövrü adlandırıb: 

“Orada cibimdə pul olmayanda bəzən parkların oturacağında yatmışam. Çox vaxt müxtəlif yerlərdə qab-qacaq yuyurdum, yerləri təmizləyirdim, ofisiant işləyirdim. Bu da gözəl təcrübə idi. Bu, olmalı idi. Oturacaqda uzananda özümə həmişə söyləyirdim ki, mən burada nə edirəm, buraya niyə gəlmişəm.

Amma sonra dedim ki, özüm özümə uduzsam, sonra peşman olaram. Nəticədə uduzmadım, əksinə, qazandım. Burada maddi məsələlər deyil, qazandığım başqa şeylərdir. Mən güclü oldum”, - sənətçi belə deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam