Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Heydər Əliyev Mərkəzində Bakı Yay Caz Günlərinin ilk konserti keçirilib-VİDEO

Heydər Əliyev Mərkəzində Bakı Yay Caz Günlərinin ilk konserti keçirilib.

Yenixeber.org:  İyulun 3-dən Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri başlayıb.

Ötən gün Bakı Yay Caz Günlərinin açılışında Heydər Əliyev Mərkəzinin Auditorium zalında iki konsert proqramı təqdim olunub. Tamaşaçılar qarşısına əvvəlcə Türkiyənin məşhur gitaraçısı Önder Focan Meltem Ege qrupu ilə çıxıb. Onların ifasını klassik musiqi konsertləri ilə tanınan Bakı Kamera Orkestri müşayiət edib. Bu dəfə orkestr tamaşaçılarının qarşısına fərqli ampluada çıxaraq klassika və cazın tandemini təqdim edib.

Daha sonra pianoçu Elçin Şirinov və kvartetinin konserti olub. 4 il ərzində İsrailin tanınmış “Avişai Kohen trio”sunda çalışaraq dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edən Elçin Şirinov israilli musiqiçilərlə doğma şəhərində çılğın və şıltaq caz ritmlərini səsləndirib.

Bu gün isə Heydər Əliyev Mərkəzində məşhur caz pianoçu Alfredo Rodrigez (Kuba-ABŞ) triosu ilə çıxış edəcək. Qremmi mükafatı nominantı, məşhur caz pianoçu Alfredo Rodrigez (Kuba-ABŞ) triosu ilə dünya turnesi çərçivəsində cazsevərlər qarşısına çıxacaq.

İyulun 5-i və 7-də isə Heydər Əliyev Mərkəzinin parkında konsert proqramları təqdim olunacaq.

İyulun 5-də pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze Heydər Əliyev Mərkəzinin parkında triosu ilə birgə tanınmış gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edəcək. Elə həmin gün Azərbaycan cazının banisi olan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin tələbələri də Heydər Əliyev Mərkəzinin parkına toplaşanlara gözəl caz axşamı bəxş edəcəklər.

Caz bayramının yekun akkordunu iyulun 7-də Oleq Lundstrem adına Caz Orkestri vuracaq.

Park ərazisindəki konsertlərə giriş sərbəstdir.

Auditorium zalındakı konsertlərin biletlərini isə şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam