Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Bakı Payızı” istedadlar müsabiqəsinin üçüncü turu keçirilir -FOTOLAR

"Bakı Payızı” istedadlar müsabiqəsinin üçüncü turu keçirilir.

Yenixeber.org:  Bakı Musiqi Akademiyasının Opera Studiyasında dörd gündür davam edən müsabiqənin bu gün sonuncu günüdür.

İlk dəfə 1980-ci illərdə keçirilən “Bakı Payızı” istedadlar müsabiqəsi Azərbaycan səhnəsinə İlqar Xəyal, Faiq Ağayev, Aygün Kazımova, Samir Bağırov və digərləri kimi möhtəşəm sənətçilər qazandırıb. 35 il sonra eyni adlı müsabiqəyə qatılaraq bu tarixi səhnədə çıxış edən iştirakçılar da böyük məsuliyyət daşıyır.

“Bakı Payızı” 2023 istedadlar müsabiqəsinin sonuncu günündə iştirakçılar xarici mahnılardan ibarət müxtəlif maraqlı kompozisiyalar nümayiş etdirirlər.

“Bakı Payızı” istedadlar müsabiqəsinin münsiflər heyətində tanınmış incəsənət xadimləri Almaz Ələsgərova, Samir Bağırov, müsabiqənin rejissoru Sevinc Kərimova, Əməkdar artist, rəqqas Tahir Eynullayev, tanınmış bəstəkar ifaçı Murad Arif, sevilən aparıcı Könül Arifqızı, tanınmış sirk ustası Allahverdi İsrafilov yer alırlar.

Münsiflər heyəti orijinal janr, xoreoqrafiya və bəstəkar çıxışları nominasiyaları üzrə qalibləri seçməyə çalışırlar.

Qeyd edək ki, iyunun 28-də Bakı Musiqi Akademiyasının Opera Studiyasında “Bakı Payızı” istedadlar müsabiqəsinin ilk turu keçirilib. Bu turda 13 musiqi qrupu milli mahnılardan ibarət kompozisiyalarla yarışıblar.

İyulun 30-da müsabiqənin ikinci turu keçirilib. Bu turda 45 vokalçı səhnədə xarici mahnılardan ibarət kompozisiyalar səsləndiriblər.

Musiqi qrupları ilk turda Azərbaycan dilində, ikinci turda isə xarici dildə çıxış edəcəklər. Bu turlardan sonra yay ayları ərzində qaliblər müəyyənləşdiriləcək və onların adları oktyabrın 2-də keçiriləcək “Bakı Payızı” adlı konsertdə elan olunacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam