Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

“Kinonun əsas ölçüsü maddi gəlirdir” deyənlər, Azərbaycan xalqının düşmənidir"-Ayaz Salayev

“Biz kinoya baxıb kim olduğumuzu, tarixdəki rolumuzun nə olduğunu bilməliyik”. 

Yenixeber.org:  bunu “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda kinorejissor Ayaz Salayev deyib. 

O bildirib ki, “Kinonun əsas ölçüsü maddi gəlirdir” deyənlər, Azərbaycan xalqının düşmənidir: "Çünki biz görürük ki, buna yönələnlər millətin zövqünü necə korlayırlar. Digər bir qisim isə festivallara çıxmağın əhəmiyyətini qabardır. Lakin artıq təcrübə göstərir ki, müəyyən qüvvələr son illərdə Azərbaycan kimi ölkələrin mədəniyyətini istədiyi kimi formalaşdırmağa çalışır. Onlar istəyirlər ki, Azərbaycan ekranında göstərilən həyat onların həyat haqqında təsəvvürlərinə uyğun olsun". 

Ayaz Salayev keçmişdə çəkilən filmlərin gözəl olması fikrinin çox geniş yayıldığını diqqətə çatdırıb: "Bir tərəfdən bununla razılaşmaq olar. Lakin digər tərəfdən də düşünək ki, Azərbaycan kinosu xalqımıza, ölkəmizə nə qədər borcludur". 

O bildirib ki, insan daxili aləmi, zəngin hissləri ilə var olur: "Mən təkrar edirəm, biz artıq sovetlər dövründə yaşamırıq, müstəqil ölkəyik. Biz o filmlərdə azərbaycanlıların daxili aləmini, zəngin, mürəkkəb hisslərini görmüşük. "Bayatı-Şiraz”ı, "Küçələrə su səpmişəm" mahnısını yaradan xalq, onun təfəkkürü haradadır? Kim nə deyir, desin, millətin qaymaqları ziyalılardır. Bu gün Azərbaycan ziyalısı var. Onları təkcə Bakı şəhərində yox, kənd məktəblərində, poliklinikalarında görürəm. Bəs Azərbaycan ziyalısı ekranda niyə görünmür? Mən dəfələrlə bu misalı gətirirəm. Bizim müharibədə peşə borcunu yerinə yetirərkən şəhid olan qadın qəhrəmanlarımız var. Şəkillərinə baxırsan, gözləri nur saçır. Onların ekrana gətirilməsi kimin ağlına gəlir?"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam