Əməkdar artist Mətanət İsgəndərli yay istirahətini Türkiyədə keçirib.
Yenixeber.org: Məlumata görə, müğənni əvvəlcə Antalyaya qızı Ülkərin yanına gedib. Bir müddət orada qalan İsgəndərli övladı ilə Kapadokiya, Bodrum və başqa bölgələri gəzib. Sənətçi bildirib ki, 1 ay istirahət etsə də, doymayıb.
M.İsgəndərli qızından ayrıldıqdan sonra özünü çox pis hiss etdiyini, hava limanında ağladığını deyib.
Müğənni istirahət fotolarını sosial şəbəkə izləyiciləri ilə bölüşüb.(axşam.az)





