Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

ATV-dəki “ÖZ ARAMIZDA” verilişi haqqında vətəndaş mövqeyi

"Xeberinfo.com":  ŞƏFİQƏ BƏYİM! Verilişi aparanlar arasında durumlu ağsaqqal olduğunuzdan məktubu da Sizə ünvanlayıram. Verilişinizdə müsbət cəhətlər olduğu kimi millətimizin xilqətinə tam zidd olan hərəkətlər də var. Bu səbəbdən Sizin “Öz aramızda” verilişinə baxmaqda həvəsli deyiləm. 

Xilqət nədir? Bu kəlməni elmi ədəbiyyat belə izah edir: “Millətin ruhunun və vərdişlərinin təzahürü”. Bu vərdişlər qismən də olsa özünü verilişinizdə göstərir. Görmə qabiliyyəti olmayan cütlüyə mənzil verilməsi, imkansız –xəstə insanların müalicə olunması ücün nəqd pul vəsaiti ilə yardım olunması xilqətimizdəki vərdişlərin təzahürüdür. Həmin yardım edənləri Tanrı var eləsin, qoy maddi imkanları həmişə bol olsun.

Bəs xilqətimizə zidd olan nöqsan və hərəkətlər nədir, hansılardır? Bu nöqsanlar Zaur deyiləndə çoxsaylıdır.  Verilişi o, aparsa da zəhlətökən hərəkətlərinə görə məktubu onun adına yazmadım. Bu oğlan hərkətlərində verilişə yaraşmayan, çatışmayan, yüngül cəhətlər kifayət qədərdir. O, artist, aktyor deyil, kinoya cəkilmir ki, sir-sifətinə bəzək düzək versin. Verilişin adı “Öz aramızda “ olsa da özünü at sürüsü arasında olduğu kimi aparır. Yersiz gülüşü ilə at kimi kişnəyir: ha,ha,ha.Yaxud qaz kimi qaqqıldayır. Şəfiqə bəyim, Zaur oğlandan niyə soruşmursunuz ki, nəmənəndə kişmiş tapmısan, nə üçün qaqqıldayırsan?

Bizim xilqətdə yad kişinin qadınla qucaqlaşıb öpüşməsi, qapışması yaramazlıq sayılır.  Zaur deyilənin də qucaqladığı, sarmaşdığı qadının sayı hesabı yoxdur (Buraya körpə qız uşaqlarını daxil etmirəm). Zaur kimisinin hərəkətinə baxan gənclər də beləcə yüngül hərəkətlərlə tərbiyə götürürlər, tərbiyə olunurlar.

Partapartla  əl də çalınır. Bura sizlər üçün konsert zalıdır? Ağlaşmaları da yığışdırsanız yaxşı olar, bura yas yeri deyil. Elə bir ailə varmı dərdsiz, qəmsiz olsun, sinəsinə dağ çəkilməsin. Axı razılaşmaq lazımdır ki, xeir-şər, yaxşı-pis, haqq-nahaqq, yaşam-ölüm...kimi ziddiyətlər dünyamızda  əbədidir. Verilişin aparılmasında çıxış edən ağıllı, dərrakəli, elmli (Xüsusiylə ictimai quruluşdakı catışmazlıqları tənqid edən, gənclərin tərbiyə edilməsi üzrə cıxış edən təqribən 60 yaşlarında, gözlüklü, titrəksəsli bir qadın həmişə diqqəti cəlb edir. Həmin qadın mən Sizə məktub yazan vaxt 08 aprel tarix saat 16.43-lə 17-23 arasında çıxış edirdi) insanlar var. Orada cıxış edən ağıl dəryası olan insanlara baxdıqca sevinib xoşhal oluram ki, elmi potensialımız yerindədir. Ancaq Zaurun yüngül hərəkətlərini görəndə televiziya verilişindən zəhləm gedir.

Həmin verilişdə bir sualı qoymursunuz. Necə olur ki, milyard dollara başa gələn Olimpiya oyunları sarayına bol-bol vəsat xərcləndiyi halda  minlərlə imkansız olan xəstə  vətəndaşlar üçün vəsait tapılmır , Sizin verilişə möhtac olurlar? Bir az da dəqiqləşdirsək imkansızlar dilənməyə gəlirlər. Peyqəmbərcəsinə deyilmiş “Əvvəlcə insan amili, sonra idman” məsələsini respublikanın qarşısında qoyan Almaniyanın Federal Kansleri olan Angela Merkeli başa düçmək lazımdır.

Ümümiyyətlə yüngüllük, şitlik, sürtüklük nəinki Sizin vrilişinizlə, “Son xəbər” verilişindən əvvəl və sonra aparıcı Mehribanın hərəkətləriylə ATV teleşirkətinin fəaliyyətində zaylıq baş alıb gedir. Məhz bu səbəblərdən həmişə mətbuat vasitəsilə çıxışlarımda verilişi aparanların elm insanlarına həvalə edilməsini irəli sürürdüm. Heç olmazsa AzTV dövlət teleşirkətinin aparıcılarının özlərini necə aparmalarına, danışıqlarına, geyimlərinə baxıb ibrət dərsi götürmək lazımdır.

Tar çalan xalq artistlərindən birisinin yüngül hərəkətlərinə “dıydıq” kəlməsini mətbuat vasitəsilə yamayandan sonra yüngüllüyünə son qoydu.

Bir xoşagəlməz hala cox təəssüf hissi kecirirəm. Rəşid Behbudov, Müslüm Moqamayev, Xan Şuşunski, Mütəllim Mütəllimov, Əbülbət Əliyev, Sara Qədimova, Şövkət Ələkbərova... kimiləri ilə yanaşı Faiq, Aygün Bəylər, Aygün Kazımova kimi ucuzlara da eyni fəxri adlar verilibdir. Rafiq Hüseynov da teleaparıcı idi, bu gün Məlahət və Zaur kimiləri də televerilişdə aparıcıdırlar.

 

“E: mail”inızı dəqiqləşdirə bilmədiyim üçün qeyd etdiklərimi cıxış etdiyim “Xəbərinfo.com” saytına ötürəsi oldum.                                                                             

Quliyev Elxan Sarı o.        


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam