Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“RUSİYA ERMƏNİSTANA 50 MİN TONDAN ARTIQ SİLAH-SURSAT BAĞIŞLAYIB” - Sarqsyan Paşinyana Moskvanın İrəvan üçün etdiklərini xatırladıb

 

 Ermənistanın sabiq prezidenti Serj Sarqsyan avqustun 19-da keçirdiyi mətbuat konfransında 2016-cı ilin aprel döyüşləri də daxil olmaqla, hakimiyyətdə olduğu dövrdə baş verən hadisələrə aydınlıq gətirib.

Yenixeber.org: Sarqsyan həmişəki kimi Azərbaycanla bağlı həyasız və qırmızı yalanlarla dolu olan açıqlamaları ilə yanaşı, bəzi etiraflarda da bulunub. Xüsusilə də Rusiyanın Ermənistana hərbi yardımına toxunan Sarqsyan deyib ki, təkcə 2010-2018-ci illərdə Rusiya Ermənistana 50 min tondan artıq silah-sursat bağışlayıb.

O, bu faktı hazırkı Baş nazir Nikol Paşinyanın aprel döyüşləri zamanı Rusiyanın roluna dair fikirlərinə cavab olaraq söyləyib. Belə ki, həmin vaxt müxalif deputat olan Paşinyan Moskvanın Azərbaycanın Qarabağda hücuma keçməsinə razılıq verdiyini və bunun üçün şərait yaratdığını iddia etmişdi. 

Paşinyan bunu onunla əlaqələndirmişdi ki, Azərbaycan Qarabağda əraziləri azad etdikdən sonra Rusiyanın istəyilə Avrasiya İttifaqına qoşulacaqdı və bununla bağlı Moskva ilə Bakı arasında razılıq olub.

 

 

Sarqsyan isə mətbuat konfransında belə fikirlərin Ermənistanın Rusiya ilə strateji müttəfiqliyinin ziddinə olduğunu söyləyərək, jurnalistlərə məsləhət görüb ki, Paşinyandan Rusiyanın aprel döyüşlərindəki rolu ilə bağlı 4 il bundan əvvəlki mövqeyində qalıb-qalmadığını soruşsunlar. Sarqsyan deyib ki, Paşinyanın həmin vaxt dediyi fikirlər həqiqəti əks etdirmir və Ermənistanın strateji müttəfiqi olan Rusiyanı satqınlıqda günahlandırmaq ona qarşı hörmətsizlikdir. Bu mövqe isə Ermənistan üçün ağır nəticələr verə bilər.

Sabiq prezidentin toxunduğu daha bir maraqlı məsələ isə Ermənistandakı Rusiya hərbi bazasının statusu ilə bağlı olub. Sarqsyan deyib ki, 2010-cu ilə qədər bu baza yalnız MDB-nin sərhədlərinə görə cavabdeh idi. Yəni yalnız Ermənistanın Türkiyə və İranla sərhədlərinin təhlükəsizliyinə təminat verirdi.

2010-cu ildə isə o vaxtkı Rusiya Prezidenti Dmitri Medvedevin İrəvana səfəri zamanı həmin bazanın artıq Ermənistanın bütün sərhədlərinə görə cavabdehlik daşımasına dair müqavilə imzalanıb. Həmçinin həmin müqavilə ilə Rusiya Ermənistan ordusunun modernləşdirilməsi öhdəliyini də öz üzərinə götürüb.

 

 

Bundan sonra da Ermənistana 50 min ton silah-sursatın verilməsi baş tutub: “Biz 2018-ci ilə qədər 50 min tona qədər hərbi-texniki yardım almışıq. Hərbi-texniki yardım o deməkdir ki, buna görə pul ödəmirsən.”

Ardınca 2016-cı ilin aprel döyüşlərindən danışan Sarqsyan iddia edib ki, Azərbaycanın iri miqyaslı hücumunun qarşısını da Rusiyanın verdiyi “İskəndər-M” raketlərinin hesabına alıblar. Daha doğrusu, guya rəsmi Bakı İrəvanın bu raketlərlə Bakını və ya Gəncəni vuracağından ehtiyatlanıb. Həmin raketlər isə Ermənistana 200 milyon dollarlıq kredit müqaviləsi əsasında verilib. Sarqsyan bununla da işarə edib ki, elə həmin raketlər də müftə verilmiş kimi bir şeydir.

 

 

Sabiq prezident xatırladıb ki, Rusiya heç Belarusa da “İskəndər-M” raketi verməyib. MDB-də yalnız Ermənistanda bu raketlərdən var. Həmçinin bildirib ki, Azərbaycanın həmin döyüşlərdə hərbi aviasiyadan istifadə etməməsi də təsadüfi deyil. Çünki Azərbaycan təyyarələri münaqişə zonasına yaxınlaşan kimi, yenə də Rusiyanın “S-300” Zenit-raket kompleksləri onları hədəfə ala bilir.

Bir sözlə, Sarqsyan Paşinyana başa salmağa çalışıb ki, Ermənistanı Azərbaycanın əlindən qurtaran Rusiyadır və ona “şıllaq atmaq” olmaz. Digər tərəfdən isə onun bu açıqlamaları bir daha sübut edir ki, Rusiya kimin tərəfindədir, kimi silahlandırır və onun Azərbaycana gerçək münasibəti nədən ibarətdir.(azpolitika)

Tahir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam