Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Tovuzda danışan topların Bakıda əks-sədası

 Yenixeber.org: Neçə gündür Tovuzdan qazaxlı-ağstafalı, sumqayıtlı-bakılı, masallılı-biləsüvarlı, ismayıllılı-qəbələli şəhidlər yola salınır. İşə bax ki, döyüşdə həlak olmuş tovuzlu əsgərin özünün torpağa tapşırıldığı kəndin adı da Ağdamdır. Yoxdur Mil-Muğan, Qarabağ-Şirvan! Hamı üçün bir Azərbaycan, təcavüzə məruz qalmış və müdafiəyə ehtiyacı olan bir Vətən var.  

                                         Xalq və dövlət

İyulun 14-dən 15-nə keçən gecə paytaxt gəncliyinin sərhəddə Ermənistanın növbəti təcavüz cəhdinə reaksiyası göstərdi ki, bizim Qarabağ dərdinin get-gedə unudulmasından nigarançılıq keçirməyimiz əbəsdir. Minlərlə insan Bakının küçələrindən keçib Şəhidlər xiyabanı ilə parlament binasının arasındakı meydanda toplaşdı, Vətəni müdafiəyə hazır olduğunu göstərdi. 

Hakimiyyət strukturları, hüquq-mühafizə orqanları sonadək təmkinli davrandılar. Karantinə görə və digər səbəblərdən ölkədə qüvvədə olan məhdudiyyətlərə baxmayaraq, yürüş iştirakçılarının təhlükəsizliyini təmin etməklə məşğul oldular.  Gecə saatlarında Daxili İşlər Nazirliyinin əhaliyə müraciəti də bu tonda idi. Hadisələrin nəzarətdən çıxmaq təhlükəsi yarananadək onlar prosesə birbaşa müdaxilə etmədilər. 

Hadisələr isə hər an istiqamətini dəyişə bilərdi, çünki proses idarə olunmurdu. Doğrudur, kimlərinsə müxtəlif istiqamətlərdən hərəkət edən dəstələri yönləndirdiyi barədə söz-söhbət gəzir, mülahizələr söylənirdi və hələ də səylənməkdədir. Amma biz fala baxmırıq, üzdə olan, bilavasitə meydandakı vəziyyəti təhlil edirik. Meydana toplaşmış insanlar gah ordan, gah burdan səslənən şüarlara qoşulur, gərginlik və qeyri-müəyyənlik artırdı. Parlament binasına hücum da kütlənin içərisində olan “qızmış beyinlər”in (təxribat elementinin mümkünlüyündən asılı olmayaraq) bu qeyri-müəyyənlikdən ən mənfi çıxış yolu idi.

İnsanların hisslərini cilovlaya biləcək real müxalifət liderlərinin meydana yolu əvvəldən bağlı idi: bu, xalqın ordu ilə həmrəyliyini nümayiş etdirmək üçün yığışmış “spontan mitinq”ə hakimiyyətin gözündə başqa rəng verərdi. Amma hakimiyyət özü də o qədər siyasətçisinin, məmurunun, parlamentdə dil pərgarlarının arasından millətin qarşısına çıxarmağa, onun sözünü eşidib, cavab verməyə bir adam seçə bilmədi.

                                                    Müxalifət

Biz bu gecə bir daha şahidi olduq ki, ölkənin müxalif qüvvələri, geniş mənada partiyalardan deyil, “daxili” və “xarici” müxalifətdən ibarətdir. “Daxili” müxalifət hadisələrə münasibətdə yüksək məsuliyyət nümayiş etdirdi. Ən azı Əli Kərimlinin, Arif Hacılının və İlqar Məmmədovun bəyanatları buna sübutdur. “Azərbaycan hökumətinin gözü arxada qalmasın. Düşməni yerində oturtmaq üçün dövlətin bütün resursları səfərbər edilməlidir. Hökumətlə olan fikir ayrılıqlarımızı, mübahisələrimizi daha yaxşı zamanlara saxlayırıq. Bütün gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq” (Əli Kərimli). Bəyanat müəlliflərini tanıyan bir adam kimi, mən onların sözlərinin səmimiliyinə inanıram və əminəm ki, Azərbaycanın ağır problemlərinin həllinə yönəlmiş, aqressiv ritorikadan kənar hakimiyyət-müxalifət dialoqu bizim milli birliyimiz üçün möhkəm zəmin yaratmağa qadirdir. Ancaq görünür, mən bu əminliklə cəmiyyətdə kiçik azlıqda qalanlardanam. 

“Xarici” müxalifətin, yəni, Azərbaycan hökumətinin digər ölkələrdə fəal siyasi təbliğatla məşğul olan opponentlərindən çoxunun bu gecəki hadisələrə reaksiyası isə, yumşaq desək, acı təəssüf doğururdu. Adi yarpaq titrəyişində də inqilab küləyinin təsirini görən həmin şəxslər məsələnin mahiyyətinə varmadan, düşmən ölkə ilə hərbi qarşıdurmanın kəskinləşdiyi şəraitdə əhalini itaətsizliyə çağırırdılar. Siyasi ehtirasların Vətən təəssübünü üstələdiyi bu məqamda onlar Azərbaycanın gələcəyi üçün məsuliyyət hissini itirdiklərini, proseslərin virtual yox, canlı iştirakçılarını hansı bataqlığa sürüklədiklərini dərk etmirdilər. Hər halda, ümid edək ki, dərk etmirdilər.

                                                            Media

Sosial şəbəkələr olmasaydı, ölkə əhalisi həmin gecə Bakının küçələrində və mühüm dövlət orqanlarının cəmləşdiyi ərazidə nə baş verdiyi barədə şayiələrin ümidinə qalacaqdı. “Ənənəvi” adlandırdığımız və sosial media tərəfindən sıxışdırıldığından şikayətləndiyimiz KİV-in “ağır artilleriyası” – televiziyalar isə susurdu. Hərçənd, yaxınlıqda yerləşən dövlət kanalına kamerasının ucunu pəncərədən çıxarmaq kifayət idi ki, hadisələrin mərkəzinə düşsün. Özünü görməməzliyə vurmaqla professional media heç bir hadisənin məcrasını dəyişə, ya miqyasını kiçildə bilməz. O vaxtlar artıq çoxdan keçib. Əksinə, susqunluq insanlarda şübhə və əlavə narahatlıqlar yaradır, professionalların geri çəkilməsi qeyri-professionalların meydanını genişləndirir. Sosial medianın bir xüsusiyyəti də var ki, o, yeniliklərlə bərabər, xəbərlərin “yan məhsulu” olan qərəzli şərhləri və feykləri sürətlə paylaşır. Necə ki, həmin gecə şəbəkələrdə ermənilərin Tovuz yüksəkliklərini ələ keçirdikləri, səfərbərlik elan etdikləri, Azərbaycanın da səfərbərliyə hazırlaşdığı barəqə qızışdırıcı məlumatlar dolaşırdı. Biz hər dəfə eyni problemlə üzləşir, onun aradan qaldırılması yolları barədə düşünür, bəzən hətta planlar qururuq, sonra isə növbəti böhran anınadək problemi unuduruq.

                                              Qarabağ ocağı

Ötən 3 gündə, o cümlədən iyulun 15-də bir daha gördük ki, 30 illik Qarabağ ocağında kül təbəqəsinin altında közlər necə qaynardır. O külü üfürəndə, qayğısına qalmalıyıq ki, bu közlər özümüzü yandırmasın. 

Arif Əliyev 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam