Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

OPERATİV QƏRARGAHIN YARATDIĞI İCAZƏ XAOSU... - “Niyə Əhmədə olar, Məmmədə yox?”

 

 Azərbaycanda pandemiya ilə bağlı karantin rejiminin tətbiqi nəticəsində müşahidə olunan durum, xüsusilə də icazələrin verilməsi prinsipi, ardıcıllığı və təsnifatı, eləcə də “icaze.e-gov.az” portalının fəaliyyəti “kadrlar hər şeyi həll edir” ifadəsinin təsadüfi yaranmadığını sübut edir. 

Yenixeber.org: Çünki bu sistemi texniki baxımdan quran, işlədən və idarə edən şəxslərin vəzifəsi sanki hökumətin və vətəndaşların işini yüngülləşdirmək yox, ağırlaşdırmaq, qeyri-müəyyənlik, qeyri-bərabərlik və qeyri-adekvatlıq mühiti yaratmaqdır...

Məlum olduğu kimi, iyulun 5-də bitməli olan sərt karantin rejiminin ayın 20-dək uzadılmasına dair qərar verilərkən sahibkarlardan bir gün öncədən icazələrin müddətinin artırılması üçün portala müraciət etmələri istənildi. Buna görə dəəksər sahibkarlar ayın 4-də “icaze.e-gov.az” saytına daxil olaraq, özlərinin və işçilərinin icazə müddətini uzatdılar. Sistem də bu müraciətləri qəbuk edərək, icazə müddətinin ayın 20-dək uzadıldığına dair sahibkarlara və muzdla işləyənlərə bildiriş göndərdi. 

Ancaq bundan bir gün sonra sözün əsl mənasında aləm bir-birinə dəydi. İcazələr sahibkarların elektron ünvanlarına heç bir bildiriş, izahat göndərilmədən ləğv olundu. Və bir gün əvvəl rəsmi icazə almış vətəndaşların böyük qisminin heç xəbəri də olmadı ki, icazələri ləğv olunub. 

Nəticədə iyulun 5-i və 6-sı küçəyə çıxan, işə gedən vətəndaşların əhəmiyyətli hissəsi polislə üz-üzə qoyuldu, çoxuna cərimələr yazıldı və sair. Bununla da sanki bilərəkdən bu prosesdə sadəcə icraçı rolu oynayan polislə əsəbləri onsuz da tarıma çəkilmiş vətəndaş növbəti dəfə üz-üzə gətirildi...

 

 

Digər tərəfdən, vətəndaşı başıbəlalı icazə sistemindən narazı salan yeni nüanslar ortaya çıxdı. İcazələrin ucdantutma, ağına-bozuna baxmadan, heç bir ciddi və məntiqli əsaslandırma olmadan ləğvi vətəndaşlarda növbəti dəfəədalətsizlik və qeyri-bərabərlik təəssüratı yaratdı. Belə ki, misal üçün eyni təsnifat kodu üzrə, eyni sahədə çalışan vergi ödəyicilərinin bir qisminin icazəsi qüvvədə saxlanıldı, digərlərininki isə ləğv olundu. Hansı ki, icazəsi ləğv olunanlar nə ödədikləri verginin və sosial ödəmələrin həcminə, nə vergi intizamına, nə də hansısa digər göstəriciyə görə icazəsi qüvvədə qalanlardan fərqlənmirlər. 

Özü də bu şəxslərin təkcə muzdlu işçilərinin deyil, özlərinin də icazələri ləğv edilib. Belədə isə insanlar haqlı olaraq sual verirlər – bu seçimi, bölgünü, təsnifatı kim və necə aparır və “Niyə Əhmədə olar, Məmmədə yox?” Olmazsa, hamıya olmasın...

Ümumiyyətlə, Nazirlər Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 saylı qərarı ilə fəaliyyətinə tam məhdudiyyət qoyulan sahələrin siyahısına aid olmayan çox böyük sayda sahibkarlar və onların muzdlu işçiləri var ki, icazələri ləğv olunub. 

 

 

Bununla bağlı redaksiyamıza da çoxsaylı müraciətlər daxil olur. Buraya onlayn satışlardan tutmuş avtomobil təmiri, ehtiyat hissələrinin satışına qədər çoxlu sayda sahəni aid etmək olar. 

Məsələn, redaksiyamıza müraciət edən tikinti materiallarının pərakəndə satışıyla məşğul olan bir sahibkar deyir ki, polis “icaze.e-gov.az” portalındakı icazəsi ləğv olunduğu üçün ondan mağazasını bağlamasını tələb edib. Hansı ki, əslində tikinti materiallarının satışı icazə verilən sahələr sırasındadır.

Eyni hal ictimai iaşə xidmətlərində də problem yaradıb. Nazirlər Kabinetinin 208 saylı qərarında ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər üzrə fəaliyyət dayandırılıb. Amma fəaliyyətinə qadağa qoyulmadığı halda, çatdırılma xidməti göstərən ictimai iaşə obyektlərinin sahibi olan işəgötürənlər işçilərinə iş icazəsi ala bilmir.

Daha bir narazılıq yaradan məqam fəaliyyətinə icazə verilən təsnifat kodları üzrə işləyən sahibkarlara işçilərin yalnız 50 faizinə icazə verilməsinə dair edilən xəbərdarlıqla bağlıdır. 

Birincisi, yeni “ləğvetməəməliyyatı” ilə nəinki işçilərin 50 faizi, bir çox hallarda ümumilikdə sahibkar və işçilər birgə icazədən məhrum edilib. 

İkincisi, sahibkarların böyük əksəriyyəti məlum səbəblərdən onsuz da əvvəllər 10 işçi ilə gördüyü işi indi 4-5 nəfərlə görməyə çalışır. Yenidən bu sayı da ikiyə bölmək isə ümumilikdə işin dayandırılması anlamına gəlir. Və yaxud bir sahibkarın cəmi 1 işçisi varsa, onun 50 faizinə necə icazə verə bilər? Təəssüf ki, bu və digər çoxsaylı məsələlərə aydınlıq gətirən, sualları cavablandıran yoxdur...

Digər narazılıq yaradan məsələ isə bir çox fəaliyyət növlərinin nə qadağan olunan, nə də icazə verilən sahələr sırasında olmamasıdır. Bu şəxslərin də demək olar böyük əksəriyyətinin icazələri ləğv olunub.

Sahibkarlar haqlı olaraq, irad bildirirlər - bir tərəfdən deyilir ki, işçiləri ixtisar etməyin, digər tərəfdən də anlaşılmaz və məntiqsiz əngəllər yaradılır. Sahibkarların olduqca böyük əksəriyyəti işçilərin ixtisar olunmamasına dair çağırışa qoşularaq, anlayış göstərdilər. 

Hətta əksinə, rəsmən qeydiyyata alınan işçilərin sayı artdı. Bəs hökumətin buna cavabı nə oldu? Çox kortəbii şəkildə, ciddi və məntiqli araşdırma aparmadan, “baltanı kökündən vuraraq” icazələr ləğv olundu.

Nəhayət, araşdırmamız göstərir ki, yuxarıda sadaladığımız problemlərin əhəmiyyətli hissəsi elektron icazə portalının özündən, yəni onun idarə olunmasından qaynaqlanır. Və böyük ehtimalla bu, hansısa qəsdin deyil, qeyri-peşəkarlığın nəticəsidir...

 

 

Hər halda ümid edək ki, kimsə Operativ Qərargahdakı bəzi “mütəxəssislər”ə başa salacaq ki, onsuz da ayrıseçkilik, qütbləşmə və təbəqləşmə sindromundan əziyyət çəkən əhalinin psixoloji durumunu daha da ağırlaşdıracaq mühit yaratmaq həm dövlətə, həm də xalqa ziyandır. Və qanun və qadağalar o zaman effektli olur ki, onu ədalətli şəkildə tətbiq edirlər və ayrısrçkiliyə yol vermirlər.

Hazırkı mənzərə isə onu deməyəəsas verir ki, icazə sistemini tənzimləyən mütəxəssislər(əgər mütəxəssisdirlərsə-C.M.) məşhur film personajı Zülümovun lazım olan Əhmədi tapmaq üçün bütün Əhmədləri bir yerə yığmasına bənzəyən idarəçilik sərgilədikcə, bu problemlər çətin ki, öz həllini tapa...(azpolitika)

Cəlal Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam