Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Dövlət tibbi maskaları niyə pulsuz paylamır?-ŞƏRHLƏR

 Ekspert: “Koronavirusla Mübarizə Fonduna toplanmış ianələrdən bu məqsədlə istifadə etmək olar”

Yenixeber.org: Milli Məclisin hökumətin təklifi əsasında tibbi maskalardan istifadə etməməyə görə cərimələri ikiqat artırması cəmiyyətdə birmənalı qarşılanmayıb. Dövlət rəsmiləri, deputatlar bu qərarın vacibliyini əsaslandırmağa çalışsalar da, ictimaiyyət nümayəndələri bunun hazırkı situasiyada adekvat addım olmadığnı bildirirlər.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, bundan sonra epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Tanınmış iqtisadçı, ekspert Azər Mehtiyev bildirdi ki, Milli Məclisin cərimələrin artırılması ilə bağlı qərarı əsassızdır:

“Təklifin müəllifləri və onu dəstəkləyənlər ümumiyyətlə, ciddi şəkildə əsaslandırmayıblar ki, nəyə görə bu addımı atmaq vacibdir. Bunun bir izahı olmalı idi. Fikrimcə, bu, cərimə qorxusu ilə insanları maska taxmağa məcbur etmək niyyətindən başqa bir şey deyil. Halbuki daha vacib olan insanların tibbi maskalara əlçatanlığı məsələsinin araşdırılması idi. Bu qədər yoluxma, ölüm səviyyəsinin artmasına rəğmən, bir çox vətəndaşımızın virusa inanmaması gündəmdə olmalı idi. Bu iki problemin həlli istiqamətində addımların atılması vacibdir. Bu təklifi Milli Məclisə verən hökumət problemin tez-tələsik həllinə çalışır”.

A.Mehtiyev qeyd etdi ki, Milli Məclisdə oturanlar üçün 30 qəpik bəlkə də çox kiçik puldur, amma əhalinin böyük bir hissəsi, xüsusən karantin dövründə gəlir imkanları məhdudlaşan vətəndaşlar üçün bu vəsait böyük xərcdir: “Bir ailənin gün ərzində bir neçə maska almağa məcbur olduğunu nəzərə alsaq, ailə büdcəsi üçün kifayət qədər böyük xərc çıxır. Hesab edirəm ki, maskaların qiyməti ucuzlaşdırılaraq ona əlçatanlığın təmin olunması vacib məsələdir”.

Ekspert təklif edir ki, bununla yanaşı, hökumət qurumları əhalinin sıx olduğu yerlərdə maskaların pulsuz paylanmasını təmin etməlidir: “Məsələn, metrodan, ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar pulsuz maskalar əldə edə bilməlidir”.

A.Mehtiyevin fikrincə, Koronavirusla Mübarizə Fonduna toplanmış ianələrdən bu məqsədlə istifadə etmək olar. “Bütün hallarda cərimələri artırmaqla, yəni təhdid yolu ilə maskalardan istifadəni kütləviləşdirmək effektiv yol deyil”, – deyə iqtisadçı söylədi.

Milli Məclisin üzvü Vüqar Bayramov bildirdi ki, maskalardan istifadə olunması, insanlar arasında sosial məsafənin gözlənilməsi pandemiyanın təsirlərinin minimallaşdırılması baxımından çox vacibdir:

“İnkişaf etmiş Avropa ölkələrinin təcrübəsi göstərir ki, iqtisadiyyatda açılım dövründə tibbi maskalardan istifadə və digər qaydalara əməl olunması koronavirusun təsirlərinin azalmasına, yoluxma səviyyəsinin düşməsinə gətirib çıxarır. Ona görə də Avropa və MDB ölkələrində maskalardan istifadə etməməyə görə kifayət qədər yüksək məbləğli cərimələr müəyyən olunub. Dünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə, əgər tibbi maskalardan istifadə olunursa, bu, virusa yoluxma riskinin 1,5 faizə qədər azalmasına gətirib çıxarır”.

Deputatın sözlərinə görə, Azərbaycanda tibbi maskalardan istifadə olunmamasına görə cərimələrin artırılması yoluxma səviyyəsini azaltmağa hesablanmış addımdır: “Son iki həftədə ölkədə koronavirusa yoluxmanın səviyyəsi 50 faiz artıb. Bu fakt da ona əsas verir ki, maskalardan istifadə olunmasına ciddi nəzarətə ehtiyac var”.

V.Bayramovun fikrincə, pandemiya dövründə tibbi maskaların qiymətlərinin tənzimlənməsi üçün dotasiyalar ayrıla bilər:

“Məlumdur ki, bəzi strateji məhsulların dotasiyalaşdırılması və subsidiyalaşdırılması mümkündür. Bizim müşahidələrimiz göstərir ki, maskalardan kütləvi istifadə olunmamasının səbəbi onların qiyməti ilə bağlı deyil. Əsas səbəb bəzi vətəndaşlarımızın arxayınçılığı, laqeydliyidir. Amma nəzərə alsaq ki, pandemiya dövründə dövlət sahibkarlara, vətəndaşlara mütəmadi dəstək olur, bu baxımdan maskaların qiymətinin ucuzlaşdırılması üçün istehsalçı müəssisələrə subsidiyaların verilməsi mümkündür. Beləliklə, qiymətləri optimallaşdırmaq olar”.

Keçmiş deputat, iqtisadçı ekspert Nazim Bəydəmirli də qərarı tənqid edərək onu məntiqsiz adlandırıb:

“Məntiqə bax ki, vətəndaşın vergiləri hesabına formalaşan büdcədən, yəni sahibkarlığa kömək fondundan ayrılan kredit hesabına sex təşkil ediblər, maya dəyəri 5 qəpik olan maskanı 30 qəpiyə satırlar. Hələ cərimə də edirlər…”(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam