Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Əsədovların bahalı mənzil "xəstəliyi"-FOTO

 

 Yenixeber.org: Milli Məclisin keçmiş spikeri, deputat Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovanın ABŞ-da mənzil almaq istəyi son anda baş tutmayıb. Əvəzində isə Türkiyədə bahalı mənzil alıb. Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb:

"Milli Məclisin keçmiş spikeri, deputat Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova 2009-cu ilin martında Nyu-Yorkun Linkoln meydanı ətrafında (Adagio Condominium) dəyəri 1.825.000 dollar olan üçotaqlı mənzili (2017-ci ildə mənzilin bazar qiyməti 3.5 milyon dollara qədər artıb) almaq barədə Douglas Elliman Real Estate əmlak şirkəti ilə razılaşma əldə edib.
Müqaviləyə görə Oqtay Əsədovun Bakı şəhəri, Xəqani küçəsi 25-də qeydiyyatda olan xanımı Zemfira Adil qızı Əsədova Nyu-York, Manhatten, 243 W 60th St APT 3B ünvanındakı mənzil üçün məbləğin ilkin 182.500 dollarını onu imzalayarkən, qalan 1.642.500 dollarını isə əmlakın alıcının adına keçirilməsindən sonra ödəməli idi. Vəsait JPMorgan Chase Bank üzərindən Belkin Burden Wenig & Goldman, LLP-nin hesabına ödəniləcəkdi.
Lakin müqavilə hazırlansa da bəlli olmayan səbəblərdən Əsədovlar mənzili son anda almaqdan imtina ediblər və mənzil həmin ilin avqustunda həmin qiymətə başqa bir şəxsə satılıb.
Bununla belə Əsədovlar ölkə xaricində bahalı mülk almaq sevdasından vaz keçməyiblər və bir müddət sonra keçmiş spikerin ailəsi bu istəklərini Türkiyədə reallaşdırıb".

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam