Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Oqtay Əsədovun şirkəti - 250 milyonluq tender qazanıb

Oqtay Əsədovun şirkəti 250 milyonluq tender qazanıb

Milli Məclisin spikeri Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu bildirilən “Arash Medical Company” MMC 9 ildə 250 milyon manatlıq tender udub. 

Yenixeber.org: Bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Arash Medical Company 9 il ərzində 366 tender udub ki, bu satınalmalrın əhəmiyyətli hissəsi Səhiyyə Nazirliyinə məxsudur. 

Vergilər Nazirliyinin reyester məlumatlarına görə, “Arash Medical Company” 22 iyun 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Lakin MMC artıq 2010-cu ildən tender müsabiqələrində iştirak etməyə başlayıb. 

Nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 26-da yerləşir. “Arash Medical Company”nin qanuni təmsilçisi isə Məmmədov Kamran Abid oğludur. Açıq mənbələrdə Kamran Məmmədovun adına yalnız “Zoominfo” axtarış sistemində rast gəlinir. Burada o “Arash Medical Company”nin direktoru kimi təqdim edilib.  

Lakin mediada MMC-nin faktiki sahibinin Cavid Əsədov olması haqda çoxsaylı materiallara rast gəlinir. 2014-cü ildə Cavid Əsədovun adı Elnur adlı şəxsin törətdiyi dələduzluq əməllərində hallandırılırdı. 

Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Elnur yüksək vəzifəli şəxslərə məxsus şirkətlərdən iri məbləğlərdə pul alaraq ölkəni tərk edib. Bu məsələdə deputat Elmira Axundovun oğlu Həbib Axundovla yanaşı Cavid Əsədovun da fiqurant olduğu iddia edilirdi. Sonradan isə hər iki şəxsin əslində zərərçəkən olması barədə məlumatlar yayıldı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam