Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ÜÇ GÜC NAZİRİNİN BİR GÜNDƏ İSTEFASI... -Ermənistan hakimiyyətində nələr baş verir?

 

 Ermənistanda bir gündə 3 güc naziri - polis rəisi Arman Sarkisyan, baş qərargah rəisi Artak Davtyan və milli təhlükəsizlik xidmətinin direktoru Eduard Martirosyan istefa veriblər.

Yenixeber.org: Baş nazir Nikol Paşinyan artıq bu vəzifələrə yeni rəisləri təyin edib. Onik Qasparyan baş qərargah rəisi, Argişti Kəramyan milli təhlükəsizlik xidmətinin direktoru, Vahe Kazaryan polis rəisi təyin ediliblər. 

Bu təyinatlar o deməkdir ki, Paşinyan istefalara hazır idi və bəlkə də 3 istefanın bir gündə elan edilməsi onun təşəbbüsü ilə reallaşıb. Çünki, Paşinyan narazı qaldığı güc nazirlərini ayrı-ayrı vaxtlarda istefaya göndərsəydi, bu erməni cəmiyyətində daha çox suallar və hökumətin dağıldığı görüntüsü yaradacaqdı. Belə də isə Paşinyan tələsik həm 3 istefanı bir gündə həyata keçirdi, həm də istefa verənlərin yerini dərhal doldurdu. Demək, Paşinyan yeni təyin ediləcək şəxsləri xeyli əvvəl özü üçün müəyyənləşdiribmiş.

 

 

                           Bəs istefalara səbəb nə ola bilərdi?

Böyük ehtimalla baş qərargah rəsinin istefası orduda və cəbhə bölgəsində yaranan durumla bağlıdır. Paşinyan mövcud vəziyyəti nə qədər gizli saxlamağa çalışsa da, ordudakı və cəbhə bölgəsindəki vəziyyət onu narahat edir. Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəriləməsi və Dağlıq Qarabağla Ermənistanı birləşdirən strateji yola nəzarət etməsi Paşinyanı və onun komandasını narahat etməyə bilməzdi.

Bu mövzu Ermənistan müxalifətinin də ciddi müzakirə predmetinə çevrilib və Paşinyana qarşı istefa şüarlarında Azərbaycan ordusunun üstünlük qazandığı da vurğulanır. Belə vəziyyətdə istər-istəməz baş qərargah rəsinin istefası aktuallaşırdı. Ancaq Paşinyan bu vəzifəyə kimi təyin edirsə-etsin, Ermənistan ordusunun üstünlük qazanması keçmişdə qaldı, işğalçı ordu kasad hərbi texnika ilə uzağa gedə bilməyəcək və yeni itkilərə hazırlaşmalıdırlar.

 

Martirosyan və Sarkisyan

 

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyanın istefası həm də fövqəladə vəziyyət dövründə oğlunun toyu ilə bağlıdır. Həmin toyda yüzdən çox qonaq iştirak edib. Paşinyan hamıya ağıl qoyur ki, bir yerə toplaşmayın, maska taxın, ancaq öz qərargah rəisi bütün bu qaydaları heçə sayaraq oğluna toy edib. İstefada bu amilin də rol oynadığını vurğulamaq olar. Ermənistan polis rəsinin istefanın da koronavirusla müəyyən əlaqəsi var. Ermənistanda koronavirusa yoluxan polislərin sayı yüzlərlədir. O ki qaldı, milli təhlükəsizlik xidmətinin rəisi Eduard Martirosyanın istefasına, bu bir qədər gözlənilməz idi. Çünki Paşinyan Martirosyanın vəzifəsinin öhdəsindən gələcəyinə inanırdı.

Nikol Paşinyan 2019-cu ilin sentyabrında Eduard Martirosyanı milli təhlükəsizlik xidmətinin rəsini təyin edərkən bunları demişdi: “Martirosyan uzun illərdir təhlükəsizlik xidməti sahəsində çalışır, təyinatda bu çox vacib amildir. Ermənistan Milli Təhlükəsizlik Xidməti oturuşmüş təşkilatdır. Buna baxmayaraq, qurum üzvləri peşəkarlıqlarını artırmalıdırlar”.

Martirosyan Paşinyanın etibarını doğruldacağını bu sözlərlə ifadə etmişdi: “20 ildir çalışdığım təşkilatın adından demək istəyirəm ki, əlimizdən gələni edəcəyik ki, Ermənistanın və Artsaxın sabitliyini və təhlükəsizliyini qoruyaq”.

Demək, Martirosyan verdiyi vədi yerinə yetirə bilməyib ki, Paşinyan onu istefaya göndərməyə qərar verib. Ailəsi ilə birlikdə vurisdan qurtulduğunu elan edən Paşinyan indi ölkəsini necə qurtaracağı barədə qarabara düşünməlidir. Özünün dediyinə görə Ermənistanda ən azı 100 min virus daşıyıcısı var. Bu əhalisi 3 milyondan da az Ermənistan üçün əsl faciədir. Üstəgəl də ciddi karantin şərtləri onsuz da çarəsiz duruma düşən istisadiyyatı taqətdən salıb. Bu da azmış kimi istefalar və müxalifətin fəallaşması Paşinyan üçün bir başqa problemə çevrilib.

Mövcud vəziyyəti Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan belə təsvir edib: “Paşinyan koronavirusla mübarizədə məğlub olub və bununla ölkəni biabırçı duruma salıb. Ermənistanın səhiyyə naziri virusla mübarizə aparmaq əvəzinə Gürcüstanla aramızı vurub, Paşinyan isə Ermənistanı üçüncü ölkələr sırasına sürükləyib, biz Nigeriyadan da geri qalırıq. O bunu etiraf etmək əvəzinə “xalq günahkardır” əməliyyatına başlayıb. Bircə günahkar var – Paşinyan”.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam