3 TRİLYON AVRONU İDARƏ EDƏN NAZİRİ KİMLƏR ÖLDÜRDÜ? – Vaşinqton Rotşildləri Almaniyadan çıxarmağa can atır -ARAŞDIRMA
Ərgün Dilər
“Takvim”, Türkiyə, 2020-ci il
Yenixeber.org: Bu gün də koronavirusun iqtisadi təsirlərindən bəhs edək. Bütün yollar ölümlər vasitəsilə pula çıxır. Bütün hesablar maliyyə gücünü ələ keçirməyə və istifadə etməyə yönəlib. Bu atmosferdə bizim heç bilmədiyimiz inanılmaz dərəcədə önəmli işlər, o cümlədən sui-qəsdlər baş verməkdədir.
İndi Avropaya uzanaq və mübarizəyə başqa bir pəncərədən baxaq. Koronavirusun yayılması ilə birlikdə, çox güclü zənginlərin, siyasətçilərin, icraçı direktorların artıq təhlükəsiz şəraitdə olmadığını bilirik. Bu, artıq sirr də deyil.
ABŞ-da çox zənginlərin siyahısında ilk 50 yerdə olan bir çox şəxsin harada olduğunu hələ bilən yoxdur. Qəribə olsa da, belədir. Bir yandan virusla hücum edilir, digər yandan görünməyən əllər əməliyyat keçirir.
Almaniyadakı durum da maraqlıdır. Mart ayının son günlərində Vizbaden yaxınlarındakı Frankfurt-Köln sürət qatarı xəttinin yaxınlığında Almaniyanın Hessen əyalətinin İqtisadiyyat naziri və maliyyə mərkəzi Frankfurtun yeganə söz sahibi olan Tomas Şeferin meyidi tapıldı. Cəsəddə işgəncə izləri vardı. Evli və 2 uşaq atası olan İqtisadiyyat naziri Tomas Şeferin ölümü ilə bağlı açıqlama verən Hessen əyalətinin Baş naziri Folker Buffe isə dərin üzüntü və böyük çaşqınlıq içində olduğunu söylədi. Buffer “Tomas Şeferin ani və gözlənilməz şəkildə ölümünə inana bilmirik. Ailəsilə birlikdə yas içindəyik” dedi. Kimsə onun öldüyünə, daha doğrusu, intihar etdiyinə inanmadı. İnanmır da…
Tomas Şeferi tanımadığınız üçün haqlı olaraq “O kimdir?” sualını verə bilərsiniz. Bu, doğru və yerində olan bir sualdır. Tanıyanların ölən Tomas Şefer haqqında qısa deyimi vardır: “O, Frankfurtdakı 3 trilyon avronu idarə edən şəxsdir”.
Tomas, Rotşild ailəsinin Almaniyadakı 40 universitetindən biri olan Marburq Universitetinin məzunudur. Təbii, seçildi və ailə üçün işləməyə başladı. Almaniyada ailə nə qədər güclüdürsə, Tomas Şefer də o qədər güclü idi. Ancaq ortadan qaldırıldı. Həm də işgəncə verildikdən sonra cəsədi relslərin üzərinə atıldı.
Yaxşı, bəs bu ölümə səbəb olan nə idi? Şeferin ailəyə, Rotşildlərə yaxın olması idimi? Yox, deyildi. Çünki onlara yaxın olan minlərlə insan vardır. Səbəb bu ola bilməzdi. Ölümün səbəbi başqa idi.
Ölmədən bir neçə gün öncə Tomas Şefer “Alman iqtisadiyyatında verilən sözlər reallığı əks etdirmir. Bir çox önəmli şirkəti dövlətin əliylə batıracaqlar. Sonra milliləşdirmə adı ilə şirkətlərə əl qoyacaqlar. Bu qərarı da Berlində deyil, Vaşinqtonda aldılar” demişdi.
Baxın, məhz bu cümlə, bu çıxış gələcəyi öncədən xəbər verdiyi üçün Şeferi hədəf taxtasına qoydu. Merkelin yerinə namizəd olması gözlənilən, hər keçən gün siyasətdə güclənən Tomas Şefer bu sözlərilə MKİ-ni hərəkətə keçirdi. Bir neçə gün sonra faciəli şəkildə öldürüldü.
Bəziləri qatarın önünə atıldığını və intihar etdiyini söyləsə də, faktlar ortadadır. Bir intihar məktubunun olması haqqında ssenari də alman mediasında yer aldı.
Almaniyada belə bir hadisə baş verirsə, deməli, kimsə təhlükəsiz şəraitdə deyildir. Neçə vaxtdır yazdığım da budur. Pul sistemi dəyişəcəksə, bu, savaşlarla ola bilər. Əgər bildiyimiz savaş olmayacaqsa, çox önəmli şəxslər neytrallaşdırılacaqdır. Hazırda olan da budur.
Medalyonun digər tərəfi də vardır. “The Economist” və “Der Spiegel” haqqında neçə dəfə yazdım. Yəqin, xatırlayırsınız. Təkrar etməyək. Bu nəşrlər iki böyük gücün döyüş mövqeləridir. Mesajlar çox vaxt buralardan verilir. Almaniya İqtisadiyyat naziri Piter Altmayer, Şefer ölməmişdən öncə “Der Spiegel” nəşrinə müsahibə verdi. Altmayer “Strateji əhəmiyyətli alman şirkətlərini milliləşdirəcəyik” dedi. Bunu kimə dedi? “Dərin Amerika”ya bağlı olan “Der Spiegel”-ə. Burada söylənən, amma gizlədilən bir mesaj vardı. Bu, çox önəmli idi. Nazir Piter Altmayer “Strateji əhəmiyyətli alman şirkətlərini milliləşdirəcəyik” deyərkən, əslində, Rotşild ailəsinə bağlı şirkətlərə əl qoyacaqlarını açıqlayırdı, elan edirdi.
Burada gedən savaşın dövlətlərlə ailələr arasında baş verdiyini bir daha anlayırıq. Ancaq bir almanı ən çox üzən şey Vaşinqtonda qəbul edilən savaş qərarının Berlində əmr kimi qəbul edilməsidir. Bu da Almaniyanın özünün biləcəyi bir işdir… Bu gün alman dövləti “dərin Amerika”nın nəzarətinə keçib. Bu, artıq adi gözlə görünən hala gəlib. Bunun gizlətməli tərəfi də qalmayıb. İndi ölümlərin başlaması çox böyük bir təhlükəyə işarət edir. Çünki artıq iki tərəf də kritik nöqtələrdəki kritik şəxsləri hədəf seçəcəkdir.
Rotşild ailəsinin yalnız pulu idarə etdiyini düşünmək yanlış olar. Ailənin də həm silahlı, həm də kəşfiyyat gücü var. Ən kritik ölkə isə Almaniyadır. Çünki “dərin Amerika” bilir ki, Almaniyadan Rotşild ailəsini çıxarmağı bacararsa, İtaliya və Fransada bunu çox asan bacaracaqdır. Bu səbəblə, “dərin Amerika” ilk addımını güclü olduğu Almaniyada atdı.
Qarşıdakı günlərdə bir çox ölüm xəbəri eşidəcəyik. Bunlara intihar və ya qəza deyiləcək. Halbuki heç biri qəza olmayacaq. Önəmli döngələrdəki önəmli şəxslər neytrallaşdırılacaq. Bu, tarix kitablarında haqqında oxuduğumuz savaşlardan çox fərqli bir savaşdır. Amma böyük savaşın lap özüdür.
Tomas Şeferin ölümü, həqiqətən, Rotşild ailəsinə edilə biləcək ən önəmli xəbərdarlıq idi. Merkelin Xristian Demokrat Birlik Partiyası (CDU) ilə birlikdə hərəkət edən və Berlində təsirli söz sahibi olan Tomas Şeferin bir neçə həftə öncə Londonda önəmli görüşlər keçirdiyi, xüsusi təyyarə ilə gedib-gəldiyi və bu təyyarənin “RIT Capital”-a aid olduğu məlumdur. “RIT Capital” Frankfurt vasitəsilə alman iqtisadi sisteminin getdiyi yönü müəyyən edir. Bu, 10 ildən artıqdır ki, heç dəyişmir.
İndi Rotşild ailəsi necə bir qərar verəcək? Şirkətlərin zərər görməsi doğrudur. Ancaq Rotşild ailəsi maliyyə baxımından onların heç birini itirməyəcək qədər güclüdür. Almaniya İqtisadiyyat naziri Piter Altmayer yeni bir qanunun qəbul edilməsyilə şirkətlərə əl qoymaq üçün çalışır. Bunun hazırlıqları tamamlandı. Almaniyanın ən böyük 100 şirkətindən 45-i seçildi. Hədəfdəki bu şirkətlər alman iqtisadiyyatına da yön verən şirkətlərdir. Bu səbəblə, öncəlikli olaraq onlar seçildilər.
Almaniyada hadisələrin inkişafı Vaşinqtonun aynası olacaqdır. Gedən savaşı yaxşı anlamaq üçün Berlin-Vaşinqton xəttində baş verən hadisələri diqqətlə izləməyimiz bizə çox önəmli ipucları verəcəkdir.
Təbii, bu arada, BVF-ni də yaxından izləməyi əsla və qəti olaraq unutmayın. Savaşı pul bitirəcək. Doğrusu, savaş elə onun üçündür.
Tərcümə: Strateq.az