KORONAVİRUSLA DƏYİŞƏN DÜNYA DÜZƏNİ:ABŞ "dərin dövləti" Vallenberq və Rotşildlərin bütün aktivlərini ələ keçirə bilər
Ərgün Dilər
“Takvim”, Türkiyə, 18 mart 2020-ci il
Yenixeber.org: Hesab edirəm ki, mənim qədər “2020-ci il çox qəribə il olacaq. Həddindən çox sürprizlər yaşanacaq” deyərək, yazan yoxdur.
Hakim güclərin davranış tərzi 2020-ci ilin qırılma ili olduğunu ortaya qoyur. Düşərgələrə bölünmələr, terror, savaş, iqtisadi əməliyyatlar və sui-qəsdlərin hamısı əsil fəlakəti hazırlayan amillərddir. Daima buna inandım.
Dünyanı dəyişdirən texnologiyaları tapıb idarə edənlər kütlələri də çox rahat idarə edirlər. Son 20 ildə baş verən dəyişikliklər, bəlkə də, heç 1000 ildə olmayıb. Bunu edən insan ağlı dünyanı dizayn da edər. Edəcəklər də… Bizim tanıdığımız Stiv Cobs və Bill Qeyts kimi şəxslər rəqəmsal dünyanı yaradanlar, yolu açanlardır. Yaxşı, bəs bu qədərmi olacaq? Dünyanı telefona sığdıran ağıl onu virusla nəzarət və idarə edilən hala gətirə bilməzmi? Əlbəttə, gətirə bilər. Olan da elə budur.
Baxın, ABŞ mediasında yazıldı, 2015-ci ildə konfransda çıxış edən Bill Qeytsin nitqi xəbər oldu. O nitqində Qeyts deyirdi: “Bizi yox edəcək və ya dünya əhalisini həddindən çox azaldacaq bir savaş silahla olmayacaq. Bu problem bir virusla və ya mikrobla ortaya çıxacaq və bütün dünyaya yayılacaq. Nüvə silahı ilə çəkindirmə üçün milyardlarla dollar xərcləyirik. Ancaq bir virusun təsirlərinə qarşı heç bir addım atmırıq. Rəqəm verə bilmərəm, ancaq 10 milyonlarla adamı öldürə biləcək bir virus çox uzaqda deyil. Bu, ən azı, 3 milyard adama təsir edəcək, onların mallarının böyük bir qismini itirməsinə və bir anda kölə kimi işləmyə məcbur olmasına səbəb olacaq bir virus ola bilər”.
Doğrusu, indi resessiya içindəyik, amma adam bunu 2015-ci ildə deyirdi.
Pul, zənginlik və iqtisadi model yenidən müəyyən ediləcək. Və məncə, siyasi güc bir mərkəzdə toplanacaq. İqtisadiyyatı birja hesab edənlər yıxılacaqlar. Gələcəyi oxuya bilməyənlər silinəcəklər. Hələlik durum belədir.
İndi isə eyni mövzu ilə bağlı başqa bir tezliyə, Türkiyədə məlum olmayan bir marşuruta keçək. Baş tutub-tutmayacağını deyə bilmərəm, ancaq “vahid dünya dövləti” populyar bir stereotip idi. Əslində, bu, Rotşild ailəsinin 100 illik xəyalı idi. Belə yazıldı, pozuldu.
Əsas sual isə budur: Rotşild ailəsi bu planı cızarkən yox olma, tarixdən silinmə ehtimalını nəzərə almaya bilərmi? Əlbəttə, ailənin belə bir qorxusu vardır. Hətta bu gün ABŞ-ın xəzinəsini idarə edən Pol Kreyq Poberts dedi ki, “MKİ deyilən canavar ailə-filan tanımaz, bir gündə hamısını silib atar…”
Türkiyənin bilmədiyi məsələ budur ki, Rotşild ailəsinin özünün böyüməsiylə birlikdə, onu arxadan itələyən, böyüdən, gücünə güc qatan, yenilməz edən başqa bir ağıl da vardır. Əgər Rotşild ailəsi, məsələn, koronavirus kimi bir hücüma məruz qalarsa, o ailə bir anda əsil boss olaraq ortaya çıxar. Onlar da yəhudidirlər. Yəqin, kimliyi ilə maraqlanacaqsınız. Bu, Vallenberq ailəsidir.
Hazırda bu ailənin dünyadakı təsiri Rotşild ailəsi qədər güclüdür. Bu, o qədər də məlum deyil, çünki bu barədə danışılmır, yazılmır. “Vahid dünya dövləti” ideyası bu ailəyə məxsusdur. Biz yalnız Rotşild ailəsi haqqında danışırdıq. Ancaq koronavirus həm Rotşildləri, həm də, təbii olaraq, Vallenberqləri hədəfə götürdü. Əgər “dərin Amerika” bunu bacararsa, Rotşild ailəsinin bütün aktivləri ABŞ-ın olacaq.
Yeri gəlmişkən, Vallenberq ailəsinin sərvətinin sadəcə 1%-ini təşkil edən şirkətlərin siyahısı belədir: “Saab”, “Ericsson”, “Skf”, “Astrazeneca”, “Sas Group”, “Abb Group”, “Wallenberg Family”, “Stockholms Enskilda Bank”, “Electrolux”, “Atlas Copco”, “Stora Enso”, “Investor Ab”, “Ibx Group”, “Husqvarna Ab”, “Skandinaviska Enskilda Banken”, “Saab-Scania”, “Grand Hotel”, “Foundation Asset Management AB”, “Investor Growth Capital”, “Biovitrum”, “Knut and Alice Wallenberg Foundation”, “Eqt Partners”, “Gambro”… Bundan əlavə, bir çox bankları, sənaye şirkətləri və ortaqlıqları da vardır. Yəni, saymaqla bitməz.
Ancaq “Forbes”-in açıqladığı zənginlər siyahısına baxsanız, orada bu ailədən kimsənin adı yoxdur. Doğrusu, olmaz da. Çünki Vallenberqlər dünyanın ən yaxşı gizlənən ailəsidir.
Yaxşı, bəs indi baş verənlər nədir? Cavab bəsitdir: “dərin Amerika” Vallenberq və Rotşild ailəsinin “vahid dünya dövləti” ideyasını Vaşinqton mərkəzli olaraq həyata keçirir. Özü də koronavirusla…
Rotşild ailəsinin ən güclü adamı Ceykob Rotşild, Vallenberq ailəsinin ən güclü adamı isə Ceykob Vallenberqdir. Bu iki böyük ailənin ən güclü adamlarının adının eyni olması təsadüf olsa da, bir yerdə olması təsadüf deyildir. Rotşild ailəsi artıq gizli deyil. Ancaq təhlükəsizlik və zəmanət üçün pərdə arxasında başqa bir ailənin, yəni, ehtiyatın olması tələb olunurdu. Bu da Vallenberq ailəsidir. Vallenberq ailəsinin şüarı da maraqlıdır: “Var olmaq, amma görünməmək…”
“Vahid dünya dövləti”, əlbəttə, hər kəsin xəyalıdır. Gücü olan bu xəyalı həyata keçirmək istəyər. Bu, anlaşılmayacaq bir durum da deyil. Vallenberq ailəsi bütün kral ailələrinə bir üzv vermişdir. İngiltərə, İspaniya, Hollandiya, İsveç, Danimarka və Norveçdə, yəni, koronavirusun vurduğu Avropada kral ailələrində mütləq bir Vallenberq vardır.
İngiltərə Kraliçası II Yelizavetanın xüsusilə son 3 ildə ən çox çəkindiyi şəxslərin başında Ceykob Vallenberq gəlir. 2017-ci ilin yanvar ayında baş verən bir hadisə mediaya sızdırılmışdı. Bu, daha öncə haqqında çox yazılan bir hadisədir. Kraliça II Yelizaveta Bukinqem sarayında gecə yürüşə çıxdığı zaman öz mühafizəçisinin ona silah yönəltdiyi haqqında yazılmışdı. Xatırlayırsınızsa, səhər Kraliça II Yelizaveta Ceykob Vallenberqlə olan görüşünü ləğv etmişdi.
Baş verən bu hadisənin mediaya sızdırılmasında yeganə məqsəd Vallenberq ailəsinin mesaj verməsi idi. Ən azı, Kraliça II Yelizaveta yaranmış durumu belə qəbul etdi. Çünki həmən Ceykob Vallenberqə ertəsi günü görüş təyin etdi.
Koronavirusun harada duracağını kimsə bilmir. Ancaq önəmli ailələrin bu məsələ ilə bağlı proqnozları vardır. Onlar ilin sonuna doğru koronavirusun təsirinin bitəcəyinə inanırlar.
Əsas sual isə budur: “Koronavirus bitdiyi gün oyandıqda necə bir dünya görəcəyik?”
“Dərin Amerika” krallıqlara üzv vermiş olan ailələri və özlərini üstün soylu hesab edənləri hədəfə aldı. Hər bir malın dəyəri düşür və düşməkdə davam edəcək. Bunları kim gəlib alacaq? Və hansı mallar alınacaq? Bizi siyasi cəhətdən nə gözləyir? Bu sualların cavablarını tapmağa çalışmalıyıq.
Çox şey dəyişəcək. İstənilən halda, dəyişəcək. Çünki dünyanın zirvəsi qarışdı. Kimsə bundan kənarda qala bilməz. Ağlından istifadə edən yolunu tapacaq. Bu, savaşdır. Tərəfləri də bunlardır…
Tərcümə: Strateq.az