Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

ƏLİ HƏSƏNOVUN VƏZİROVA MƏKTUBUNU KİM TAPIB? –MTN generalının etirafı və ən böyük peşmançılığı...

 

 Yenixeber.org: Bir neçə ay əvvəl sosial şəbəkələrdə və onlayn mediada 1995-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə rəhbərlik etmiş, 2015-ci ildən isə həmin postu saxlamaqla, həm də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsini daşımış Əli Həsənovun Moskvada tələbə ikən Əbdürrəhman Vəzirova dəstək məktubu ünvanladığı üzə çıxmışdı. Daha doğrusu, bu barədə uzun illərdir danışılsa da, bu yaxınlarda ilk dəfə olaraq Ə.Həsənov və daha bir neçə azərbaycanlı tələbənin Vəzirova qısa məktubunun dərc olunduğu qəzet ortaya çıxarıldı. Həmin vaxt az qala 30 il bundan əvvəl yazılan məktubun kimlər tərəfindən və hansı məqsədlə üzə çıxırıldığı böyük marağa səbəb olmuşdu.

Əli Həsənovun özü isə bunu şəxsinə qarşı kompramat savaşı kimi qiymətləndirmişdi: “Tələbəlik illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdurrəhman Vəzirova Moskvada təhsil alan bir qrup tələbənin “yenidənqurmanın dəstəklənməsi ilə bağlı” göndərdikləri teleqramda mənim də adımın keçməsi ətrafında kampaniya təşkil olunub. Birincisi, maraqlıdır, görəsən həmin dövrü yaşayan insanlardan kim 1985-ci ildə başlanmış yenidənqurma prosesinin əleyhinə çıxıb və onu dəstəkləməkdən imtina edib?! İkincisi, 1988-ci ildə MDU-nun tarix fakültəsinin akt zalında Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı ilə görüşdən sonra hələ sərbəst həyata qədəm qoymağa hazırlaşan gənc tələbələrin toplandığı bir auditoriyanın adından Azərbaycan KP MK-ya göndərilən teleqramda adı keçən onlarla şəxsin sırasından bir nəfərin seçilərək hədəfə alınması nə deməkdir...”

Belə bir faktın mövcudluğunu inkar edə bilməyən Ə.Həsənovun müdafiə “çabalarına” rəğmən, Ə.Vəzirova ünvanlanan həmin məktub Prezidentin köməkçisinin onsuz da zəifləmiş “ideoloji sədaqət qalası”na vurulan ağır artilleriya mərmisi effekti verdi.

                             Bəs bu məktubu tapıb ortaya çıxaran kim idi?

Son günlər YAP-ın ən parlaq simalarından olmuş Eldar Sabiroğlunun oğlu, bir müddət prokurorluq orqanlarında çalışan, daha sonra məhbəs həyatı yaşamış Rüfət Səfərovun həbsxanada qarşılaşdığı məşhur MTN generalları Akif Çovdarov və Elçin Quliyevlə bağlı özünün sosial şəbəkə səhifəsində paylaşdığı silsilə yazılar marağa səbəb olub. Həmin yazılarda generalların həbsxanadakı durumu, onlara yaradılan şərait, eləcə də bu genaralların şəxsi keyfiyyətləri, fikirləri və bəzi etiraflarından söhbət açılır. R.Səfərov A.Çovdarov və E.Quliyevlə il yarım eyni həbsxanada məhbəs həyatı yaşadığını və bir çox maraqlı məqamların şahidi olduğunu yazır.

 

 

Prokurorluğun sabiq müstəntiqi yazısında qeyd edir ki, onu Akif Çovdarovla “MTN işi”nin əsas fiqurantlarından biri olan və Çovdarovdan əvvəl həmin həbsxanaya yerləşdirilən general-mayor Elçin Quliyev tanış edib. R.Səfərov E.Quliyevi “xaraktersiz və qorxaq” biri kimi təqdim edərək yazır: ”Günün birində uzun illər MTN-nin Antiterror Mərkəzinin rəisi işləmiş, Mahmudovun zibilinə düşüb, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək Çovdarovdan daha əvvəl "zon"a gəlib, bəndənizlə tanış olan, son dərəcə xaraktersiz, qorxaq, amma hiyləgər kimi yaddaşımda qalan general-mayor Elçin Quliyev yaxınlaşaraq dedi:

- Rüfət, baba (Akif Çovdarovu nəzərdə tutulur. Deyilənə görə həbsxanada hamı ona “baba” deyə müraciət edirmiş-AzPol.) ilə səni tanış etmək istəyirəm. Dünən xeyli sənin, xüsusilə, Eldar müəllimin Ramiz Mehdiyev haqqında yazdığı serial siyasi hekayələri müzakirə etmişik. Baba səni də, Sabiroğlunu da çox istəyir...

R.Səfərovun kifayət qədər əhatəli yazısından belə aydın olur ki, keçmiş MTN generalları onunla söhbətlərində hakimiyyətin üst eşalonunda təmsil olunan məmurlar barədə kompramat topladıqlarını etiraf ediblər. Bu sırada Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov da var. R.Səfərovun generallarla söhbətini əks etdirən xatirələrinə dair bir epizod Ə.Vəzirova ünvanlanan məktubun məhz general Elçin Quliyev tərəfindən üzə çıxarıldığını deməyə əsas verir. R.Səfərov E.Quliyevin A.Çovdarova “baba” deyərək xitab etdiyi bir dialoqu xatırladır:

“Baba, həyatda ən çox peşman olduğum işlərdən biri də .... (Əli Həsənov nəzərdə tutularaq təhqiramiz bir bənzətmə aparılır-AzPol.) vaxtında bitirməməyim oldu. Daha doğrusu, nazir imkan vermədi...” 

 

 

R.Səfərov daha sonra yazır: “Məlum oldu ki, 80-ci illərin sonlarında Həsənovun və digərlərinin Moskvada təhsil alarkən Vəzirova ünvanladıqları xoşməramlı müraciəti çap edən qəzet Quliyevin əlinə keçibmiş. Əvvəllər belə bir müraciətdən və onu yayan qəzetdən hali olsa da, axtarıb tapa bilmirmiş. Heç demə, hiyləgər Həsənov vəzifə səlahiyyətlərinin geniş imkanları fonunda Azərbaycanın bütün kitabxanalarından, arxivlərindən həmin qəzetin nüsxələrini ilim-ilim itiribmiş. Amma Göbbelsin əli Rusiya Federasiyasına, Moskvaya çatmayıbmış. Quliyev də həmin qəzetin bir neçə nüsxəsini Moskvadan əldə edərək Bakıya gətirib, münasibətdə olduğu rəsmilərə paylayıb, bir-iki nüsxəsini də xidməti kabinetinin seyfində saxlayıbmış. Mahmudovun əmri olmadığına görə qəzetin Azərbaycan mediasında yayılması mümkün olmayıbmış. Amma bədbəxt oğlu “Şrek”in (R.Səfərovun yazdığına görə, Elçin Quliyevi həbsxanada bu ləqəblə çağırırlar-AzPol.) ağlına belə gəlməzmiş ki, günün birində həbs olunacaq, həmin nüsxələrsə xidməti kabinetindəki seyfdə aşkar olunacaq və heç şübhəsiz, Mehdiyev və Həsənov bundan ağah olacaq, daha qəddar düşmənə çevriləcəklər”.

R.Səfərovun MTN generalları ilə dialoqları əsasında qələmə aldığını iddia etdiyi yazıdan həm də belə nəticə çıxır ki, Ə.Vəzirova ünvanlanan və Ə.Həsənova qarşı kompramat kimi təqdim edilən həmin məktubun üzə çıxarılmasına və mətbuatda dərc edilməsinə sabiq MTN “şefi” Eldar Mahmudov uzun müddət icazə verməyibmiş.(azpolitika)

Cəlal MƏMMƏDOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam