Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyanın tanınmış ziyalıları Putinin “ömürlük prezidentliyinə” qarşı

 

 Rusiyanın bir qrup tanınmış ziyalısı Vladimir Putinin “ömürlük prezidentliyinə” yol açacaq konstitusiya dəyişikliyilə bağlı etiraz bəyanatı yayıblar.

Yenixeber.org: Ölkənin nüfuzlu alimlərinin, yazıçılarının, hüquqşünaslarının və digər sahələrdə çalışan ziyalılarının imzaladıqları bəyanat “Exo Moskvı” radiostansiyasının saytında yerləşdirilib.

Ziyalıları ən çox narahat edən yeni konstitusiya dəyişikliyi nəticəsində V.Putinin indiyə qədərki prezidentlik müddətinin “sıfırlanması” və onun 2024-cü ildən sonra da öz kreslosunu qoruması perspektividir.

Bəyanatda deputatlara, siyasətçilərə, ictimai xadimlərə və ən nəhayət, Konstitusiya Məhkəməsinin hakimlərinə müraciət edilir. 350 ziyalının imzaladığı bəyanatda nəzərdə tutulan konstitusiya dəyişikliklərinin qanuna zidd olduğu qeyd edilir və bu təşəbbüs faktiki “antikonstitusion çevriliş” kimi xarakterizə olunur.

Sənədi imzalayan ziyalılar Rusiyanın böyük təhlükə ilə üz-üzə qaldığını bildirirlər: “Biz hesab edirik ki, ölkəmizin üzərində dərin konstitusiya böhranı və qanunazidd antikonstitusion çevriliş təhlükəsi yaranıb.”

Ziyalılar Putinin prezidentlik müddətinin “sıfırlanmasını” isə “kökündən qanunazidd, siyasi və etik baxımdan qəbuledilməz” addım adlandırıblar. Bəyanatı imzalayanlar arasında ölkənin nüfuzlu hüquqşünasları da var. Onlar həmin sənəddə qeyd ediblər ki, yeni dəyişikliklər Konstitusiyanın dəyişməz olan 1-ci və 2-ci maddələrinə ziddir. Hüquqşünaslar bildiriblər ki, bu dəyişikliklər qeyri-legitimdir.

Açıq bəyanatla çıxış edənlər arasında tanınmış jurnalist Leonid Parfyonov, eləcədə İlya Şablinski, Anton Dolin, Yelena Lukyanova, Lev Qudkov və digər nüfuzlu ictimai xadimlər, elm adamları var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam