Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Azərbaycanda koronavirus:bazar günü 6 yoluxma faktı qeydə alınıb

 Bazar günü Azərbaycanda yeni koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, Nazirlər Kabineti yanında operativ qərargah bildirib.

Yenixeber.org: Qərargahın məlumatında xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslərin "özlərini normal hiss etdiyi və səhhətlərinin stabil olduğu" deyilir.

"Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin səhhəti ciddi nəzarət altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir", - rəsmi məlumatda qeyd olunub.

Qərargah bildirib ki, hazırda Azərbaycanda "18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir".

                                 İndiyədək 6 nəfər sağalıb

Nazirlər Kabineti yanında operativ qərargahın şənbə gününə olan rəsmi məlumatına əsasən, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 19 nəfər olub, onlardan 6 nəfər sağalıb,

Şənbə günü yayılan məlumata görə, Covid-19-dan müalicə olunan daha üç nəfər sağalaraq evə buraxılıb. Onların hamısı Azərbaycan vətəndaşıdır.

İndiyədək qeydə alınan yoluxma hadisələri barədə müntəzəm xəbər verilsə də, onların ümumi sayı haqqında rəsmi rəqəm elan olunmamışdır.

Bu həftə Azərbaycanda koronavirusla bağlı ilk ölüm hadisəsi qeydə alınıb. Xəstəxanaya yerləşdirilmiş daha bir nəfərin "stabil ağır" vəziyyətdə olduğu bildirilir. Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb.

                              Neftçi fəaliyyətini dayandırır

Azərbaycanda koronavirusla bağlı "sosial izolyasiya" tədbirləri barədə qərar qəbul edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə kütləvi tədbirlər təxirə salınır və ya ləğv olunur. Şənbə günü qüvvəyə minən qərar ardınca onun icrası ilə bağlı müxtəlif məlumatlar yayılıb.

Martın 14-də Neftçi futbol klubu öz fəaliyyətinin dayandırılması barədə açıqlama verib.

"Neftçi PFK böyük heyətə malik olan kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün fəaliyyətini birmüddətlik, müvəqqəti dayandırıb", - klubun saytında bildirilir.

Müvafiq tədbirlər barədə Müdafiə nazirliyi də xəbər yayıb. Məlumata əsasən, Müdafiə nazirliyində keçirilən müşavirədə kütləvi tədbirlərin məhdudlaşdırılması və valideynlərlə görüşlərin müvəqqəti dayandırılması barədə göstəriş verilib.

Martın 15-dən 19-dək "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri məhdud fəaliyyət göstərəcək, xidmətin saytında bildirilir.

Koronavirusa qarşı yönələn "sosial izolyasiya" tədbirləri barədə daha ətraflı bu keçiddən oxuyun Azərbaycanda koronavirus: Toy və yaslara qadağa, apteklər və mağazalar əvvəlki kimi işləyəcək.

Koronavirusla bağlı digər məlumatlarla müntəzəm yenilənən xüsusi səhifəmizdə tanış ola bilərsiniz:

(BBC News)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam