Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Oqtay Əsədovla islahat? - striptiz-klubdan quş biznesinədək...-NONSES

 



Yenixeber.org: Gürcüstan parlamentinin yeni spikeri Arçil Talakvadzedir. Bu cavan oğlanın yanvarın 16-da 37 yaşı tamam oldu. O, özündən cəmi 5 yaş böyük İrakli Kobaxidzeni əvəzləyib.
Kobaxidze də Qərbin siyasi mədəniyyətini özündə ehtiva edən spiker idi və kreslosunda rus deputatların oturmasına Tiflisdə etirazlar olduğu üçün istefa verdi.
Hələ siz xanım Tamar Cuqoşvilini tanımırsınız. Vitse-spikerdir. Cəmi 36 yaşı var. Kembric və Harvard universitetlərini bitirib.
                                                        ***
Sual edirik: təsəvvür edirsiniz? - Gürcüstanda siyasi islahatlar, gəncləşdirmə siyasəti dedikdə bu etalon, səviyyə nəzərdə tutulur. İdarəçilik gənclərə, novatorluq gətirə bilənlərə həvalə olunur.
Biz başqa ölkələrin siyasi sistemlərini müqayisə etmirik, hələ yaxınımızdan, qonşu və Avrointeqrasiya yolunda sürətlə irəliləyən Gürcüstandan danışırıq.
O dövlətdən ki onun sabahı intellektual gəncliyə etibar olunur. Hətta ölkəni pərdəarxasında oliqarx Bdzina İvanaşvili idarə etsə belə, sistem axsamır, mürtəce qanunlar qəbul edilmir, biz gürcü gənclərin siyasətdəki təsirinə, istər iqtidarda, istər müxalifətdə olan cavanların fəaliyyətinə baxmalıyıq, islahatların gedişinə nəzər yetirməliyik. Axı İvanaşvili reformaları tormozlamır...
Bəs, biz nə edirik? Biz onu edirik ki, siyasi və iqtisadi potensialı Gürcüstandan qat-qat yüksək olan Azərbaycanda hər vəchlə bəzi qocalar hələ də vəzifədə qalsınlar. Biz Hadı Rəcəblidən belə imtina etmədik.
Lənkəran kimi “cənub mirvarisi”ndə bir işıqlı gənc, bitərəf namizəd önə çıxarıb Hadı Rəcəbli tipi ilə vidalaşmadıqsa, Oqtay Əsədovdan necə imtina edib spiker postuna Talakvadze kimi 37 yaşlı gənci irəli sürək?!
                                             ***
Analitik şöbəmiz Gürcüstan və Azərbaycan parlamentlərində spikerlərin fərqini, analogiyasını belə şərh edir.
Analitik mərkəz yazır ki, Oqtay Əsədovun spikerlik yolunda bütün azman daşlar təmizlənir, 45 saylı Abşeron seçki dairəsindəndən deputat təyinatı üçün əngəllər aradan qaldırılır. Yəni, çəkilin Əsədov gəlir...
O Əsədov ki əzəmətli bir rəqiblə toqquşmaqdan çəkindi - Zahir Əzəmətin namizədliyi belə qeydə alınmadı. Yaxşı bilirdilər ki, daş qayaya rast gəlib…
Sonra gedişatın ciddiyyəti hansı müstəviyə qalxdısa, Oqtay Əsədov “facebook” sosial mediasına gəlməli oldu, profil hesabı açdı. Nədən duyuq düşdüyü anlaşılmadı.
Lakin aşkar seçki keçirilsəydi, cənab Əsədovun bu dairədən deputat seçilməyəcəyi şəkk-şübhə doğurmurdu.
Bu ərazidə yaşayan yazar Aysel Əlizadə də qeyd eləmişdi ki, Əsədov əvvəl də deputat olub, nə üzünü görmüşük, nə səsini eşitmişik.
Görməzsiniz, çünki Oqtay Əsədov seçicinin yox, siyasi hakimiyyətin səsini almış deputatdır. Bu dəfə də belə olacaq, spiker sədarətinə qalxacaq.
Buna Milli Məclisin özünü buraxması yox, rekonstruksiya olunması demək lazımdır. İslahatlar onu tələb edirdi ki, parlament 75-80 faiz təzələnsin.
                                                            ***
Xatırladaq ki, Oqtay Əsədov böyük biznes səltənətinə malik məmurdur. Onun əlaqələri Moskvaya uzanır.
Yadınızdadırsa, Moskvadakı Bakı küçəsi, 29 ünvanında yerləşən “Kapriz” adlı gecə klubunun onun xanımı Zemfira Əsədovaya aid olduğu üzə çıxmışdı.
Həmin obyektdə keçirilən əməliyyat zamanı polis narkotik istifadəçilərini həbs eləmişdi. Zemfira Əsədovanın Moskvadakı hüquqi və sosial ünvanlarından biri də “Triumph Palace”da ( “Zəfər Palas”) yerləşir.
Xəbərə görə, “Triumph Palace” və ya “Triumf Palas” deyilən yer Moskvada ən hündür yaşayış binasıdır. Daha dəqiqi, böyük bir kompleksdir.
Həm də yalnız Rusiyanın deyil, Avropanın da ən yüksək yaşayış binasıdır. Çardağı ilə birgə hündürlüyü 214 metr, qülləsi ilə birlikdə isə 264 metrdir.
Avropanın bu ən hündür yaşayış kompleksindən əlimizdə bəzi sənədlər var. Bu sənədlər təsdiq edir ki, Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova bu binada iki lüks mənzilin sahibidir.
Bunlardan birinin dəyəri təxminən 2-2,5 milyon dollardır. O birinin dəyəri isə 5-6 milyon dollara qədər yüksək ola bilər. Əsədovlar Rusiyada böyük biznes imperiyası qurublar:
“Taunhauslar, kotejlər, mənzillər, dükanlar, avtoyuma mərkəzləri, striptiz klublar və saunalar, restoranları var. Rusiya ilə yanaşı Əsədovların Türkiyədə, Avropanın bir necə ölkələrində milyonluq mülk və biznesləri var.
Habelə, Türkiyədə quşların və heyvanların satışı ilə məşğul olan bir neçə ferma açıblar. 12 hektarlıq ərazini tutan fermada bahalı ekzotik quşlar bəslənir ki, onların qiymətləri də hardasa 900-1000 dollar arasında dəyişir.
Məsələn, təklif edilən Miro quşlarının, Türk taklası quşlarının qiyməti təxminən 900 dollardır.
İstanbuldan gələn məlumata görə quşxanada minə yaxın belə qiymətli quş bəslənir. Satışa çıxarılan mallar arasında quşlarla yanaşı, digər ev heyvanları da var.
Xatırladaq ki, Oqtay Əsədov uzun müddət "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti postunda çalışıb. O, bu vəzifədə çalışdığı illərdə ildən-ilə həm kapitalını, həm də biznes infrastrukturunu xeyli genişləndirib.
Bu şəbkəyə şadlıq evləri, restoranlar və çoxsaylı biznes obyektləri daxildir ki, onun idarəçiliyi ilə qohum-əqraba, yaxın dostlar məşğul olur. Bunlardan biri "Badi-Səba" şadlıq evidir. Onun adı həm də mandatı ləğv edilən Rafael Cəbrayılovdan 3 milyon almaqda keçirdi.
Sözün qısası, islahatlar gedirsə, Hadı Rəcəbli, Oqtay Əsədov olmamalıdır. Ən azı Gürcüstan nümunəsi var…
anaxeber.info
Turan

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam