Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan və Gürcüstan parlamentinin sədrləri görüşüblər- - Keşikçidağ kompleksi ətrafında ...

 

 Bu gün Milli Məclisin sədri Oqtay Əsədov və Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze arasında keçirilən görüşdə Keşikçidağ monastır kompleksi ətrafında yaranmış vəziyyət müzakirə olunub.

Yenixeber.org:

  O. Əsədov deyib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşdır, heç kəs bu iki xalqın arasına girə bilməz.

Spiker nəzərə çatdırıb ki, yaranan problemlər strateji tərəfdaşlıq ruhunda həllini tapacaq: “Hər iki ölkənin iştirakı ilə komissiya yaradılıb. Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın ikinci iclası iyunun sonunda Tbilisidə keçiriləcək. Əminik ki, komissiya məsələlərin lazımı səviyyədə həllini tapması üçün əlindən gələni edəcək. Əminliklə qeyd edirəm ki, heç kəs Azərbaycan və Gürcüstan xalqlarını dostluğunu poza bilməz”.

Öz növbəsində, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze qeyd edib ki, sərhədlərin delimitasiya və demarkasiyası qaydalar çərçivəsində həll edilməlidir: “Sözsüz ki, mövqeyimiz birdir. Komissiya yaradılıb, məsələ komissiyanın formatı çərçivəsində həll edilməlidir. Müəyyən qüvvələr var ki, bizim əlaqələrimizə xələl gətirmək istəyir. Lakin onların bu cəhdləri uğurla bitməyəcək, biz buna imkan verməyəcəyik. Komissiya sərhədin 2/3 hissəsini razılaşdırıb, digər hissəsi ilə bağlı məsələlər də dostluq prinsipləri əsasında həll ediləcək. Bizim əlaqələrimiz dostluğa, qarşılıqlı hörmətə əsaslanır. Məqsədimiz əlaqələrimizi daha da inkişaf etdirməkdir. Xalqlarımız arasında əlaqələrin inkişafına böyük əhəmiyyət veririk”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam