Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şabranın icra başçısı "gözəgörünməz olub"-FOTOLAR - VİDEO

 

“Bir insanın yaşaması üçün zəruri sosial tələblərin yalnız biri var burda. O da təmiz hava. Onu da Tanrı bəxş edib şabranlılara. Rayonun giriş hissəsindən bizim yaşadığımız küçələrə qədər 2-3 km məsafə var. Bap-balaca rayondur. Yollarımız bərbad, yaşayışımız isə dözülməzdir”.

Yenixeber.org: Bu sözləri saytımıza açıqlamasında rayon sakinləri bildirib.

Şabran rayonunun mərkəzi küçələri, əsasən dəmiryolu vağzalının yaxınlığında yerləşən yaşayış massivləri acınacaqlı vəziyyətdədir. Məişət tullantıları ilə əhatə olunan bu məhəllələrin yolları da keçilməzdir. 5 il bundan öncə su-kanalizasiya sistemləri çəkilərkən dağıdılan yollar indiyə qədər düzəldilməyib. Yağış bu ərazilər üçün ən arzuolunmaz təbiət hadisəsidir. Çünki yağış yağanda küçələr gölməçələrə çevrilir. Kanalizasiya xətlərindən çıxan çirkab suları da ayrı bir problemdir.

Rayonun Xəlil Əhmədov küçəsinin sakini Vüqar Qurbanov deyir ki, “Hərdən bizə elə gəlir ki,  yerli məmurlar bu biganəlikləri ilə ölkə başçısının apardığı məqsədyönlü və uğurlu siyasətə qəsd edirlər. O gözəl işləri regionlarda çirkaba çevirirlər. Əslində bizim icra hakimiyyətinə müraciət etməyimizə ehtiyac yoxdur. Balaca bir rayondur. Amma icra başçımız bir dəfə də bu ərazilərə gəlib baş çəkməyib.

Kommunal problemlərdən savayı Şabran sakinlərinin əziyyət çəkdiyi əsas məsələlərdən biri də işsizlikdir. Rayonda 2 kiçik istehsal müəssisəsi var. Onların ümumi işçi qüvvəsi isə 200 nəfərdən çox deyil.

Rayon sakinlərini narazı salan bir məsələ də mərkəzi xəstəxanadır. Onlar xəstəxanadakı baxımsızlıq və biganəliklə yanaşı tibb ocağındakı rüşvət tələblərindən təngə gəliblər.

“Görün, vəziyyət nə durumdadır ki, xəstəxananın baş həkiminin özü xəstələrdən rüşvət tələb edir. İcbari tibbi sığortaya keçəndə sevindik ki, canımız xilas oldu bu xoşagəlməz hallardan. Əvvəl də rüşvət verirdik, indidə. İcbari tibbi sığortadan sonra bir fərq oldu. İndi saatlarla növbədə durub rüşvət veririk. 8 aydır Asif Hüseynov bizim rayona icra başçısı təyin edilib. Hələ bir dəfədə olsa üzünü görməmişik”.

Əməkdaşımızın rayondan lentə aldığı video-görüntüləri sizlərə təqdim edirik.(konkret.az)

Cəlal Fərzəliyev

(Şabran)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam