Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xırdalanda YOL ÇÖKDÜ, yük maşını çuxura düşdü

Xırdalanda YOL ÇÖKDÜ, yük maşını çuxura düşdü

Xırdalanda yağış suları yolun çökməsinə səbəb olub.

 

Yenixeber.org: Hadisə şəhərin Qalubiyyə küçəsində baş verib.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının Хırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubov bildirib ki, çökməyə səbəb Xırdalanda aparılan su-kanalizasiya sistemlərinin yenidən qurulması olub:

“Hazırda Xırdalanda su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması işləri aparılır. Hadisə baş verən yerdə bir neçə gün öncə qazıntı işləri gedirdi. İşlər bitdikdən sonra həmin yerə asfalt örtüyü çəkilmişdi. Orada kanalizasiya lükləri yenidən qoyulub və hələ asfalt bərkiməmişdi. Ötən gecə yağan yağış suları da sızaraq asfaltın altına yığılıb. Bu səbəbdən də yol çöküb”.

Qeyd edək ki, çökən yolda yük maşını olub. Hadisə nəticəsində ağırtonnajlı maşın çuxura düşüb. (trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam