Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Generalın ölümü və iranpərəst şəbəkə-ŞƏRH

 

Yenixeber.org: İran qeneralı Q.Süleymaninin öldürülməsinin Azərbaycanda doğurduğu əks-səda İranın ölkəmizdə həddindən artıq güclü, Azərbaycanın deyil, İranın mənafelərinə, maraqlarına xidmət edən, İrandan istiqamətləndirilən iranpərəst şəbəkə yaratdığını bir daha əyani şəkildə, açıq-aşkar biruzə verdi. Q.Süleymaninin öldürülməsi İranın ölkəmizdə formalaşdırdığı bu şəbəkənin indi açıqca meydana atıması üçün bir fürsət vermiş oldu. İranpərəstlər bəhanə kimi Q.Süleymaninin güya islam şəhidi olduğunu əsas gətirirlər. Bu insanlar başa düşmürlər ki, islam şəhidi islam yolunda şəhid olanlardır. İsalm şəhidi adlandırılmağın öz prinsipləri var! Q.Süleymanini islam şəhidi deyil qonşu ölkədə islamın deyil, İranın mənfeləri uğrunda müharibədə öldürüləndir. Bu insanlar başa düşmürlər ki, İraqda aparılan müharibə islam naminə deyil? Məgər dövlət mənafeyi uğrunda aparılan müharibədə öldürülən müsəlman islam şəhidi adlandırılmalıdır? Necə olur ki, Qarabağda minlərlə müsəlman öldürüləndə, yandırılanda, dərisi soyulanda İranın səsi çıxmadı, müsəlman Azərbaycanı deyil, müsəlman düşməni xristian Ermənistanı dəstəklədi və dəstəkləməkdə davam edir? Bəs harada qalıb İranın müsəlmanpərəstliyi? Azərbaycan müsəlmanlarına yanaşmada İranın müsəlmanpərəst deyil, xristianpərəst olduğu gün kimi aydın deyil?

Açıq-aydındır ki, iranpərəstlərin canfəşanlığı İranın istiqamətverici işarəsi olmadan bu həddə çatmazdı. İranın ölkəmizdə yaratdığı qeyd edilən şəbəkənin meydana atılması təsadüfü deyil, məqsədyönlüdür. Bəs ölkəmizin müfaviq orqanları bunu görmürlər, başa düşmürlər, bölgədə ekstremal bir şərait yaranasa bunun Azərbaycan üçün hansı arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini proqnozlaşdıra bilmirlər, gözləmə mövqeyinin sərgilənməsinin heç də həmişə yaxşı nəticə vermədiyini bilmirlər, nədən çəkinirlər, niyə çəkinirlər? Müvafiq tədbirlərin vaxtında görülməyəcəyi təqdirdə yaranmış vəziyyətin vətəndaş qarşıdurmasına gətirib çıxara biləcəyini görmürlər?

Azərbaycanda yaşayıb, Azərbaycan vətəndaşı adını daşıyan birilərinin milli, dövlət maraqlarına zidd fəaliyyəti heç nədən çəkinmədən, qətiyyətlə alınmalıdır! Sonra da gec ola bilər...

Teyyub Qənioglu (Xüsusi olaraq yenixeber.org üçün)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam