Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

ABŞ-A QARŞI 13 QİSAS VARİANTI - “... ABŞ üçün gecə kabusu olacaq...”

 

Bütün dünyanın diqqət mərkəzində olan İranın Ali Milli Təhlükəsizlik Şurasının “Əl-Qüds” xüsusi təyinatlı bölmələrinin komandanı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsinə cavab olaraq 13 variant hazırladığı məlum olub.

Yenixeber.org: Bu barədə əksər dünya KİV-ləri İranın “Fars” agentliyinə istinadla məlumat yayıb.

Məsələ ilə bağlı Təhlükəsizlik Şurasının katibi Əli Şamxani danışıb. O deyib ki, bu variantların ən zəifi belə ABŞ üçün faciəli olacaq: “Bu günə qədər Təhlükəsizlik Şurası qisas almaq üçün 13 variant təqdim edib. Veriləcək ən zəif cavab belə Amerika üçün gecə kabusu olacaq.”

 

 

Ə.Şamxani həmçinin qeyd edib ki, müəyyən səbəblərdən həmin cavabların nədən ibarət oduğunu açıqlaya bilmir. O, əlavə edib ki, ABŞ qüvvələri bölgəni öz istəkləri əsasında tərk etməsələr, İran onları buna məcbur edəcək.

Onu da xatırladaq ki, bundan az öncə İran parlamenti Pentaqonun terror təşkilatları ilə eyniləşdirilməsinə dair qanun layihəsini yekdilliklə qəbul edib. Bundan başqa, mərhum Süleymaninin rəhbərlik etdiyi “Əl-Qüds” xüsusi təyinatlı bölmələrinə 200 milyon avro vəsait ayrılması qərara alınıb.

Bu arada ABŞ özünün “B-52” strateji bombardmançı təyyarələrini İrana mümkün ən yaxın aviabazaya göndərib. Söhbət Hind Okeanındakı Dieqo-Qarsia adasındakı hərbi bazadan gedir.

 

 

Məhz bu bazanın İran raketlərilə vurulması mümkün deyil. Və əgər vəziyyət həddindən artıq gərginləşərsə, bu aviabazadan uçan strateji bombardımançılar İrana zərbə endirə bilər.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam