Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Stalini aldadıb, sağ qalmağı bacaran marşalın başına gələn qəribə hadisə… - FOTOLAR

 

Bəlkə də o, yeganə yüksəkçinli hərbçi olub ki, Stalinə məruzə etdiyi zaman həmin dəqiqə üstü açıla biləcək yalanla onu aldatmağa cəhd edib. Bu hadisə 1942-ci ildə, müharibənin ən ağır vaxtlarında baş verib. Stalinə ayrı-ayrı cəbhələrdə hərbi təyyarələrin çatışmazlığı haqqında məlumat verilib. 

Yenixeber.org: Yaranmış problemlə bağlı kiçik araşdırma aparanda Stalinə məruzə edilib ki, 700-dən artıq hərbi təyyarə hərbi zavodlar tərəfindən istismara buraxılıb, amma hansısa məlum olmayan səbəblərdən Hərbi-Hava Qüvvələri tərəfindən döyüş hesabına götürülməyib. 

Bunu araşdırmaq üçün Stalin Hərbi-Hava Qüvvələrinin komandanı Pavel Jiqaryovu yanına dəvət edib və ondan hesabat istəyib:

- Siz mənə cəbhələrdə hərbi təyyarələrin sayı ilə bağlı dəqiq rəqəmləri açıqlaya bilərsinizmi?

Jiqaryov heç bir kağızdan istifadə etməyərək ayrı-ayrı cəbhələrdə döyüş hesabında olan hərbi təyyarələrin sayını söyləyib və onların hansı cəbhədə az olduğunu da diqqətə çatdırıb. 

pavel.jpg (78 KB)

Stalin ona növbəti sualını verib:

- Niyə təyyarələr çatışmır? Mən sizin söylədiklərinizdən belə başa düşdüm ki, hərbi zavodlar lazım olan qədər təyyarə istehsal edə bilmir. Mən sizi düz anladımmı?

- Bəli, yoldaş Stalin.

- İndi biz bunu dəqiqləşdirərik.

Stalin elə həmin dəqiqə katibi Poskrıbışevi yanına çağırıb:

- Təcili Şaxurini (SSRİ Aviasiya Sənayesi komissarı) mənim yanıma dəvət edin.

Çox keçməmiş Şaxurin kabinetə daxil olub və Stalin onu sorğu-suala tutub:

- Yoldaş Şaxurin, siz kifayət qədər təcrübəli və məsuliyyətli bir adamsınız. Xahiş edirəm, hərbi zavodlardakı vəziyyətlə bağlı bizə kiçik bir məruzə edəsiniz.

- Hər şey öz qaydasında gedir. Hələlik ciddi narahatlıq doğuran elə bir problemimiz yoxdur. Xammal vaxtında alınır, işçi qüvvəsi üç növbədə işləyir.

- Dövlət Müdafiə Komitəsinin qarşınıza qoyduğu planları vaxtında yerinə yetirə bilirsinizmi?

- Əlbəttə, yoldaş Stalin. Dövlət Müdafiə Komitəsi və Müdafiə Nazirliyinin bütün sifarişləri vaxtında və artıqlaması ilə icra olunur. Nəzərinizə çatdırım ki, sizin imzanızla bizə təqdim olunan planları 100 faiz deyil, 112 faizlə yerinə yetirmişik.

- Bəs, belə olan halda cəbhələrdə niyə hərbi təyyarələrin çatışmazlığı problemləri yaranıb?

- Ola bilməz, yoldaş Stalin, hazırda ehtiyat aerodromlarda 702 ədəd istismara hazır hərbi təyyarə dayanır.

20050413_5_1.jpg (131 KB)

Bu məqamda Pavel Jiqaryov söhbətə müdaxilə edib:

- Həmin söylənilən 702 təyyarə istismara yararsızdır.

Bu müdaxilə Stalini təəccübləndirib:

- Necə yəni yarasızdır?

- Bəli, yoldaş Stalin, biz onları yararsızlığına görə döyüş hesabına götürə bilmirik.

Çaş-baş qalan Stalin yenidən Şaxurinə üz tutub:

- Siz Jiqaryovun dediklərini təsdiqləyirsinizmi?

- Xeyr, bunu dəqiq bilmək istəyirsinizsə, zavod direktorları ilə əlaqə yaradın.

Stalin masasının arxasına keçib və köməkçiyə göstəriş verib ki, onu hərbi təyyarə istehsal edən əsas üç hərbi zavodun rəhbərləri ilə calaşdırsın. Telefon danışıqlarından sonra məlum olub ki, təyyarələr döyüş hesabına tam hazırdır və müvafiq komissiyaların bu haqda sənədləri də var. Bundan sonra Stalinin kabinetində gərginlik yaşanıb.

thumb_10648_article_middle.jpeg (142 KB)

Həmin görüşdə iştirak edən aviasiya marşalı Qolovanov sonralar xatirələrində o dəhşətli hadisəni belə xatırlayıb:

“Stalin son dərəcə təmkinli adam idi. Hər hadisə onu özündən çıxara bilməzdi. Jiqaryovun yalan danışması, Stalini aldatması məlum olanda kabinetdə nələrin baş verəcəyini mən təxminən hiss edirdim. Stalinin rəngi qaralmışdı. O, Jiqaryova yaxınlaşdı, lap burun-buruna dayanmışdılar. Mənə elə gəlirdi ki, Stalin ona əl qaldıracaq. Əl qaldırdı, amma vurmadı, səsinin tonunu qaldıraraq onu kabinetdən qovdu:

Əclaf, rədd ol buradan...

Jiqaryov kabineti tərk etdi. Onu nələr gözlədiyini biz bilirdik, ya güllələnmə, ya da ki, sürgün...”

19000_574150.jpg (48 KB)

Pavel Jiqaryov özü də yaxşı bilib ki, onu nə gözləyir. Amma gözlənilənlər baş verməyib. Sonrakı araşdırmalardan Stalinə məlum olub ki, istismara hazır olan hərbi təyyarələrin döyüş hesabına götürülməməsinin səbəbi hərbi təyyarəçilərin çatışmazlığından olub. Elə bu səbəbdən də Jiqaryov onu aldadıb, peşəkar kadrların azlığı problemi ilə Stalini “yükləmək” istəməyib. 

İnsident cəzasız ötüşməyib. Jiqaryov SSRİ Silahlı Qüvvələrinin Hərbi-Hava Qüvvələri komandanı vəzifəsindən azad olunub, Uzaq Şərq Hərbi Dairəsinə göndərilib.

Stalinlə Jiqaryovun növbəti görüşü Qələbə paradı günü baş tutub. Stalin qələbə münasibəti ilə onu təbrik edib:

- Sən əsl peşəkarsan, təcrübəli hərbçisən, qələbənin təmin olunmasında da böyük xidmətlərin olub. Amma bunlara baxmayaraq, sən əclafsan.

Zarafatyana deyilmiş bu sözlərdən sonra onlar barışıblar.

1431866208_zhigarev_pf.jpg (151 KB)

Qeyd edək ki, Pavel Jiqaryov 1900-cü ildə Tverdə anadan olub. O, əvvəlcə Leninqradda təyyarəçi hərbi məktəbində, sonra isə Jukovski adına Hərbi Hava Qüvvələri Akademiyasında təhsil alıb. 

Müharibəyə qədər ayrı-ayrı hərbi birləşmələrdə xidmət edən Jiqaryov müharibənin ilk günündən son gününə qədər ağır döyüşlərdən keçib. Müharibədən sonra o, yenidən Hərbi-Hava Qüvvələri komandanı təyin edilib, aviasiya marşalı rütbəsini alıb. 1957-ci ildən SSRİ Mülki Hava Donanmasına rəhbərlik edib. 

Aviasiya marşalı Pavel Jiqaryov 1963-cü ildə, 62 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.(musavat)

   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam