Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tərtərdə Uşaq Bağçalarına dövlət vəsaiti belə xərclənir-Müstəqim Məmmədovun menyusuna

 

Yenixeber.org:  Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da medianın “sevimlilərindəndir”. Google üzərindən bir axtarış cəhdi kifayətdir ki, bu icra başçısı ilə bağlı sayı bilinməyən yazılar sıralansın. Həm də, necə... Demək olar ki, bütün yazılarda birmənalı olaraq Müstəqim Məmmədovun fəaliyyəti əsaslandırılmış şəkildə tənqid olunur. Müxtəlif şikayətlərin, faktların yer aldığı bu yazılar zaman ötdükcə az qala həndəsi silsilə ilə artmaqdadır. Ən maraqlısı isə odur ki, bu yazıların heç biri qarşı tərəfdən təkzib olunmur...

                                Şəhdilər parkını satan icra başçısı

 Müstəqim Məmmədovla bağlı sonuncu belə yazılardan birində şəhidlər parkının satılmasından, korrupsiya əməllərindən, sahibkarlıq fəaliyyətindən və s. bəhs olunur, hətta qaynanasının adı çəkilir:

“Bu yaxınlarda Tərtərin Səhləbad kənd sakini, aprel döyüşçüsü Mahmudov Ziya Mehrac oğlu bildirmişdi ki, şəhidlər parkı gizli şəkildə hərraca çıxarılaraq mənimsənilib. Onun sözlərinə görə, dəfələrlə icra başçısı Müstəqim Məmmədova şikayət etsə də, problemhəll olunmayıb:
"İcra başçısının Tərtərdə gördüyü o qədər qanunsuz işlər var ki, hansını deyəsən bilmirsən”. Görünür, başçı şəhidlər parkının satışına razılıq verib.
Bir müddət əvvəl isə Tərtərin Qaradağlı kənd sakini İbrahimova Zinyət Yusif qızı bildirirdi ki, onun şəhid qardaşı İbrahimov Qaraş Yusif oğlunun adıTərtər Peşə Liseyindən müəmmalı şəkildə götürülüb. İcra başçısı xalqın övladlarına peşə öyrədən liseyi bağladıb, binasını satışa çıxarıb.
Şəhidin bacısının dediyinə görə, binaya əməlli-başlı qiymət qoyulub. Şəhid bacısı dəfələrlə başçı Müstəqim Məmmədovun qəbulunda da olub.
Başçı isə hər dəfə, "get hara istəyirsən şikayət et, rayonun yiyəsi mənəm, prezident bu rayonu mənə etibar edib, məndə nə istəsəm edərəm.
Mənə şəhid nağılı danışma, liseyin adında Tərtər sözü varsa, deməli tabeliyimdədir, istəsəm saxlayar, istəsəm bağladaram. Unutma, arxamda Elmar Vəliyev kimi dağ var” kimi xoşagəlməzifadələr işlədib.
M.Məmmədov özünü sakinlərə işləyən məmur kimi göstərsə də, Tərtərdə hansı biznesə sahib olduğunu bilməyən yoxdur. Onun obyektləri Tərtərin girişindən başlayır axıra qədər…
Müstəqim Məmmədovun Yevlaxda inşaat materialları satış mərkəzləri fəaliyyət göstərir. İH başçısı da daşa-divara hörülən büdcə pullarını öz sexlərinə, mağazalarına yönəldir.Tərtərdə parklara vurulan tamet üzlük daşlarının istehsalçısı Yevlaxdakı sexdir.

Xatırladaq ki, bir müddət əvvəl Tərtər rayonun icra başçısı Müstəqim Məmmədov qaynanası Vəliyeva Səkinə Xıdır qızının adına Şıxarx kəndində buğda əkini üçün 150 hektara görə 13500 manat, Çaylı kəndində isə 46 hektar buğda və çəltik əkini üçün 2860 manat subsidiya alıb.
Tərtərin Qaraağacı kənd sakini, 1-ci qrup Qarabağ qazisi Hüseynov Cəfər Əli oğlun və Tərtər sakini Məmmədov Elçin Saleh oğlu rayonun Şıxarx adlanan ərazisindən taxıl əkini üçün torpaq sahəsini icarəyə götürmək istəsə də, icra hakimiyyətinin rəsmisi Füzuli Əliyev onlardan 30 hektar torpaq müqabilində 27000 (iyirmi yeddi min) manat rüşvət istəyibmiş.
Sonradan məlum olur ki, həmin ərazi başqa adama daha baha qiymətə satılıb, Qarabağ qazisinə isə əkin üçün yer tapılmayb.
Daha sonra məlumatda bildirilir ki, Tərtərin icra başçı Müstəqim Məmmədov Yevlaxda yaşayan 80-dən çox yaşı olan qaynanasının adına 196 hektar torpaq yazdırıb subsidiya alıb”.(analoq.az)

                     Tərtərin Uşaq Bağçaları və  "Borard-55" MMC

Müstəqim Məmmədovla bağlı yazılarda müxtəlif tender əməliyyatlarından da bəhs olunur. İndi isə yenixeber.org-a bu istiqamətdə yeni məlumatlar daxil olub. Məlumatlarda Tərtər Rayon İcra Hakimiyyətinin başçısının Tərtər Şəhəri Üzrə Nümayəndəliyi ilə "Borard-55" MMC-nin Tərtər şəhər Körpələr evi uşaq bağçalarına müxtəlif malların alınması ilə bağlı əməkdaşlığından bəhs olunur. Belə ki, Müstəqim Məmmədovun nümayəndəliyi (Belə demək mümküns: Zakir) rayon mərkəzindəki Uşaq Bağçalarına müxtəlif malların alınması ilə bağlı "Borard-55" MMC ilə 19.12.2019-cu il tarixdə üç müqvilə bağlayıb. Birinci yumşaq invertarların alınması ilə bağlı 8052 manat, ikinci bərk invertarların alınması ilə bağlı 6402 manat, üçüncü isə maşın və avadanlıqların alınması ilə bağlı 5786 manat dəyərində müqavilələrdir.

 

Tərtər Rayon İcra Hakimiyyətinin başçısının Tərtər Şəhəri Üzrə Nümayəndəliyinin  bir gündə 3 lot üzrə "Borard-55" MMC ilə müqavilə bağlamasında ilk baxışdan qeyri-adi bir nəsnə yoxdur. Yenixeber.org-a daxil olan məlumata görə "Borard-55" MMC-nin nəinki hansısa ünvanı, gərəkən bazası yoxdur, ümumiyyətlə Tərtərdə bu şirkətin adını eşidib, “gördüm deyən” yoxdur. Biz "Borard-55" MMC ilə həm internet üzərindən, həm də digər vasitələrlə əlaqə yaratmağa cəhd etsək də alınmadı. Təsəvvür edirsiniz, saysız müsabiqələrin qalibi olan bir şirkətin heç Vergilər Nazirliyinin məlum kataloqunda da izi-tozu yoxdur(?) Elə isə Tərtər Şəhəri Üzrə Nümayəndəliyin bu seçimi yumşaq desək anlaşılmaz deyilmi?

Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununda da göstərildiyi kimi, müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada qalib olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır...

Sözügedən qanunda da nəzərdə tutulduğu kimi, bu epizodda Tender Komissiyasını yaratmaqdan tutmuş saysız səlahiyyət və öhdəliklərə malik tərəf kimi Tərtər Rayon İcra Hakimiyyətinin başçısının Tərtər Şəhəri Üzrə Nümayəndəliyi durur... Bunun başqa adı isə dövlət vəsaiti ilə bağlı məsuliyyət yüküdür...

Biz bu və digər məqamlara aydınlıq gətirmək məqsədi ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova online sorğu ünvanladıq. On gündür ki, sorğumuza cavab ala bilmirik. Telefon əlaqəmizdə Müstəqim müəllim sorğumuzu cavablandıracağını desə də etmədi(?)

Yeri gəlmişkən təəssüf ki, sorğuları cavabsız qoymaq bizim əksər məmurlarımızın hobbisidir. Adamlar ya cavab verməyə söz tapmır, ya mətbuta sayqısızlıq göstərir, ya da nələrsə... Bu problemlə media nümayəndələri ilə bərabər, Qeyri Hökumət Təşkilatları (QHT) da qarşılaşırlar. Yaxınlarda QHT təmsilçisi Əliməmməd Nuriyev də bu məsələni televiziyada səsləndirdi. Həm də eyni mövzu ilə-dövlət satınalamalrı ilə bağlı.

Cənab prezident də bu məsələ-dövlət vəsaitinin şişirdilmiş rəqəmlərlə mənimsənilməsi- ilə bağlı dəfələrlə məmurlara xəbərdarlıq edib. Heç şübhəsiz ki, bunu Müstəqim Məmmədov da bilməmiş deyil... Ümüd edək ki, qarşıdakı günlərdə sorğumuza cavab ala biləcəyik.

Zakir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam