Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun qaynanasının adına olan torpaq sahəsini gizli olaraq satışa çıxarıldığı deyilir.
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə buna səbəb kimi yaxın günlərdə M. Məmmədovun vəzifədən uzaqlaşdırılacağı barədə məlumat almasıdır.
Məlumata görə Tərtər rayon İcra Hakimiyyətinin başçısının rayonun Şırarx kəndində qaynanası Səkinə Vəliyevanın adına 80 yaşlı Vəliyeva Səkinənın adına 150 hektar torpaq rəsmiləşdirib. Bundan əlavə rayonun Çaylı kəndində də İcra başçısına aid on hektarlarla torpaq sahəsinin olduğu iddia olunur.
Qeyd edək ki, bu ilin fevral ayında dövlətdən Vəliyeva Səkinə Xıdır qızının adına Şıxarx və Çaylı kəndindəki buğda və çəltik sahələrinə dövlətdən 20 minə yaxın subsidiya alıb.
Tərtər rayon İcra Hakimiyyəti məsələyə münasibət bildirmədi.(qlobal.az)