Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“İlin tortyeyeni” Cavid Qurbanov

 

Ölkədə tort sürprizləri ənənəsinin əsasını qoyan Eldar Əzizovun nominasiyası bu il əlindən çıxıb.

Yenixeber.org: Bu dəfə “ilin tortyeyəni” nominasiyasının qalibi deputat Cavid Qurbanov olub. O bu adı 60 illik yubileyinə hədiyyə kimi də qəbul edə bilər. Mediadan xəbər tutduğunuz kimi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi avqustun 19-da sədrin 60 illik yubileyin sədrə ilin ən maraqlı sürprizini etmişdilər. İnternetdə paylaşılan videodan görünür ki, sürpriz ad günü məclisinə gələn deputatın qarşılaşdığı mənzərədən gözləri böyüyüb. Həmin görüntülərdə QSC əməkdaşlarının şefin yubileyi şərəfinə böyük qatar formasında tort hazırlatdırdığı görünür. Sosial şəbəkələrdə komik müzakirələrə səbəb olan tortla bağlı yüzlərlə şərh yazılıb. Həmin şərhlərin bir çoxunda qeyd olunur ki, Cavid Qurbanov təmtəraqlı doğum günü məclisi ilə prezidentin tapşırığından kənara çıxıb. Söhbətin hansı tapşırıqdan getdiyini bilirsiniz. İlham Əliyev çıxışlarının birində məmurlara xəbərdarlıq edərək, onları dəbdəbəli ad günləri, yubileylər keçirməyi qadağan etmişdi: “Özləri üçün təmtəraqlı toylar, yubileylər düzəldirlər. Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirtmişəm. Bu mənim təbiətimdir. İkincisi yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günüləri, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin. Kim bunu edirsə, o bilir mən kimi nəzərdə tuturam… ”
Prezidentin o iclasda konkret kimləri nəzərdə tutduğunu deyə bilmərik. Amma onun öz qohumu Eldar Əzizovun uzun illərdir prezidentin ad günü şərfinə böyük tortlar bişirtdirdiyini hamı bilir. Gərək prezident özü də məmurlarının dəbdəbə örnəyini kimdən öyrəndiyini unutmayaydı. Elə Cavid Qurbanov özü də onun ən sadiq kadrlarından biridir və illərdir hakimiyyətdə ən mühüm vəzifələrdə çalışıb. Yəni hakimiyyət tortundan da ona düşən pay hər zaman yağlı olub. Onun rəhbər vəzifədə çalışdığı sahələr ölkədə ən çox korrupsiya və yeyintilərin baş verdiyi sahələrdəndir. Son illər Azərbaycan dəmiryollarında təkcə satınalmalarla bağlı üzə çıxan korrupsiya faktları adamın gözünü böyüdür. 2018-ci ildə Belarusdan 1 ədədi 3,533 milyon dollara satın alınan vaqonu Azərbaycan Dəmiryolları bu il elə həmin ölkədən 15,192 milyon dollara satın alıb. Vaqonun builki qiyməti ötənilki qiymətdən 4,3 dəfə baha və ya 11,659 milyon dollar çoxdur. DSK-nın Dövlət Gömrük Komitəsinə istinadən yaydığı məlumatlarda bildirilir ki, 2019-cu ilin I rübündə Azərbaycan Belarusdan əmtəə nomenklatura kodu 8603 olan 2 ədəd vaqon gətirib və buna görə 30 milyon 384 min dollar xərclənib. Bir ədəd vaqon 15 milyon 192 min dollara başa gəlib. Başqa bir rəsmi məlumata görə isə nomenklatura kodu və adı eyni olan həmin vaqonun 1 ədədi 2018-ci ildə Belarusdan 3,533 milyon dollara satın alınıb (2018-ci ildə 8 ədəd vaqona 28 milyon 264 min dollar vəsait xərclənib). Rusiya Federasiyası bu ilin I rübündə eyni əmtəə kodu və eyni adı olan vaqonun 3 ədədini Belarusdan 5,117 milyon dollara satın alıb. Baş tutmuş bu ticarət sövdələşməsində vaqonun bir ədədi Rusiya Federasiyasına 1,706 milyon dollara başa gəlib. Azərbaycan isə eyni vaqonu 15,192 milyon dollara satın alıb. Polşa da 2019-cu ilin yanvar-mart dövründə həmin vaqonlardan 5 ədəd alıb və bu 5 vaqona görə Belarusa 8,495 milyon dollar ödəyib. Bu ticarət sövdələşməsində bir vaqon Polşaya 1,695 milyon dollara başa gəlib. Azərbaycan isə eyni adlı vaqona görə 15,192 milyon dollar ödəmə həyata keçirib.
Bu qədər yeyintilərdən sonra durub hələ “Azərbaycan Dəmir Yolları”nın zərərlə işlədiyini açıqlayırlar. Yeri gəlmişkən, dünən QÇS sədri mətbuata açıqlamasında işə salınması çoxdan gözlənən Bakı-Tiflis-Qars sərnişin qatarı xəttinin hələ hazır olmadığını bildirib. O bildirib ki, xəttin Naxçıvanla birləşdirilməsi üçün Türkiyə ərazisində 280 km xətt tikilməlidir, bu da 2 milyard dollara yaxın sərmayə tələb edir. Nə qədər ki, pullar Qurbanovun qatar tortlarına gedir, ölkəyə gələn qatarların yolunu çox gözləməli olacağıq.(azadlıq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam