Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“Son 3-4 ildə terrorçular Azərbaycanda...” – İŞİD məhv oldu, ya yenisi ilə əvəzlənir?

 

“Son 3-4 ildə terrorçular Azərbaycanda...” –

Xəbər verdiyimiz kimi, terror təşkilatı olan İŞİD-in lideri Əbu Bəkr əl-Bağdadi bir neçə gün əvvəl öldürülüb. Onun Amerika qoşunlarının Suriyanı tərk etdiyi və Rusiya qoşunlarının adı çəkilən əraziyə daxil olduğu zamanda öldürülməsi insanlarda təəccüb yaradıb. 

Yenixeber.org: Onun illərdir öldürülə bilinməməsi və məhz həmin vaxt məhv edilməsi müzakirələrə səbəb olub. ABŞ Prezidenti Donald Tramp İŞİD lideri Əbubəkr Bağdadinin yerinə keçəcək şəxsin (Hacı Abdullah əl-Afari ləqəbli terrorçu Abdullah Qardaşı) də zərərsizləşdirildiyini açıqlayıb.

Bu və Yaxın Şərqdə baş verən digər məsələlərlə bağlı “Atlas” Araşdırmalar Birliyinin sədri, politoloq Elxan Şahinoğlu ilə əlaqə saxladıq.

Politoloq saytımıza açıqlamasında bunun sadəcə bir təsadüf olduğunu və ABŞ-ın əl-Bağdadi haqqında məlumatları Rusiyadan daha tez öyrənərək hərəkətə keçdiyini bildirib:

“Birincisi, onu nəzərə almaq lazımdır ki, Bağdadi Amerikanın və Rusiyanın nəzarət etdiyi bölgələrdə gizlənməmişdi. İdlib ətrafında gizlənmişdi. İdlib isə nə Amerika, nə Rusiya, nə də Türkiyə ordusunun nəzarəti altındadır. Orada hazırda terrorçular təmərküzləşib və İdlibi terrorçulardan azad etmək üçün Rusiya Əsəd (Suriya prezidenti Bəşər Əsəd – Red.) ordusu ilə əməliyyat hazırlayıb. 

Ancaq Türkiyə bunun əlehinədir. Çünki İdlibin əhalisi 3 milyondur, oraya hücum başlasa, əhalinin böyük əksəriyyəti Türkiyə əsarəti altına toplaşacaq. Türkiyə, onsuz da 4 milyondan artıq suriyalı qaçqın qəbul edib. Bundan artığına gücü çatmaz. Ona görə də, İdlib əməliyyatı hələ ki, dayandırılıb. 

O ki, qaldı, Amerikanın Suriyanı tərk etməsi məsələsinə, Amerika Suriyanı tam tərk etməyib. Amerika prezidenti Donald Tramp da etiraf edib ki, neft yataqları əhatəsində Amerika qüvvələri hələ də var. Və belə bir ifadə işlədib ki, harada neft varsa, Amerika orada olmalıdır, neft yataqlarını qorumalıdır. 

Bağdadinin öldürülməsinə gəldikdə isə, yəqin ki, uzun müddət Amerika kəşfiyyat məlumatları toplayıb. Xatırlayırsınızsa, Üsamə bin Ladeni də eyni qaydada öldürmüşdülər. Burada da elə olub. Müəyyən kəşfiyyat məlumatları toplandıqdan sonra Bağdadi əlehinə əməliyyata start verilib. 

Bunun Amerika qoşunlarının Suriyanın şimal-şərqi tərk etməsi və onun yerinə Rusiya qüvvələrinin gəlməsi ilə düşünürəm ki, əlaqəsi yoxdur. Bu sadəcə təsadüfdür. Sadəcə olaraq, kəşfiyyat məlumatı həmin zamanda gəlib. Amerika Rusiyanı da qabaqladı. Rusiyaya göstərdi ki, Amerikanın kəşfiyyatı daha güclüdür. Rusiya da yəqin ki, Bağdadini raket zərbəsi ilə öldürmək istəyərdi, amma yəqin, kəşfiyyat məlumatları olmayıb. Amerika bu məsələdə də özünün lider olduğunu göstərməyə çalışdı”. 

E.Şahinoğlu İŞİD rəhbərinin ölümünün sözügedən terror təşkilatının sonu olması haqqında deyilən fikirlərə də münasibət bildirib:

“İŞİD-in artıq məhv olduğunu söyləmək çətindir. Çünki vaxtilə ən güclü terrorçu təşkilat "Əl-Qaidə" idi. Və Amerika 2001-ci il, 11 sentyabrda bu terror təşkilatına hücum etdi, İraq və Əfqanıstan əraziləri işğal olundu.

Düzdür, "Əl-Qaidə" zəiflədi, rəhbərləri öldürüldü, amma yerinə İŞİD peyda oldu. İŞİD "Əl-Qaidə"dən də güclü terrorçu təşkilat oldu. Sıralarına hətta azərbaycan vətəndaşları da qatıldı. Suriyada və İraqda əraziləri işğal etdi. "Əl-Qaidə"də belə gücü yox idi. İndi İŞİD də zəifləyib, "Əl-Qaidə"də olduğu kimi, rəhbəri məhv edilib. Amma bu o demək deyil ki, İŞİD-in yerində bir başqa terrorçu təşkilat peyda olmayacaq. Terror son 100 ildə hər yerdə olub, sadəcə miqyas məsələsi var. Son illərdə miqyası artdı, 2000-ci illərdə bu təşkilatlar ərazilər işğal etdi, indi isə miqyası getdikcə azalır. Amma bu İŞİD-in yox olması və ya ondan sonra başqa terror təşkilatının yaranmaması anlamına gəlmir”.

O, Bağdadinin ölümünün terror təşkilatına qoşulan azərbaycanlıların sayına təsir edib-etməyəcəyi məsələsinə də münasibət bildirib:

“Birincisi, o 1000 nəfər deyilən şəxsin yəqin ki, böyük əksəriyyəti öldürülüb. Bir qismi geri qayıtdıqda burada həbs edilib. Müsbət tendensiya ondan ibarətdir ki, son illərdə İŞİD-ə qatılan bir azərbaycanlı belə yoxdur. Qatılmaq istəyən belə gördü ki, İŞİD məğlub olub, yəni gedib havayı yerə ölmək də düzgün deyil. İŞİD yeni yarananda, ərazilər işğal ediləndə radikallar arsında populyarlaşmışdı və ora qatılım da çox idi. Qoşulan azərbaycanlıların çoxu terrorçu olduğuna görə, məhv edildi. Qayıdanlar isə indi həbsxanalardadır”. 

Politoloq İŞİD-in Azərbaycanla bağlı hansı planlarının olmasından da danışıb:

“İŞİD-in Azərbaycan qolu ola bilsin ki, terrorlar planlaşdırırdı. Amma bütün planlar ifşa edildi. Son 3-4 ildə terrorçular Azərbaycan ərazisində də həbs edildi. Bu da təəssüf ki, öz vətəndaşlarımız idi, tapşırıqla göndərilmişdi.

Bu terror elə bir xəstəlikdir ki, harada partdacaqları, harada hücuma keçəcəklər bəlli deyil. Terrordan heç kim sığortalanmayıb. Amerika – dünyanın ən böyük super gücü olan dövlət 2001-ci il, 11 sentyabrda terrorun qurbanı oldu, 3 min vətəndaşını itirdi. Bəli, İŞİD Azərbaycana qarşı əvvəlki illərdə təhlükələr vəd etsə də, hazırda o təhlükələr xeyli azalıb. 1000 nəfər vətandaşımız gedib terrora qoşulubsa, bu özü böyük təhlükədir. 1000 nəfərin orada, burada tərəfdarı da var. Amma o 1000 nəfər dediyim kimi, artıq yoxdur. Ola bilər ki, qayıdanlardan kimsə həbs edilməyib, o, Azərbaycana müəyyən təhlükə yarada bilər. Önəmli olan həmin təhlükələri qabaqlamaq, neytrallaşdırmaq idi. Son zamanlarda da bu təhlükələr qabaqlandı, qarşısı alındı”.

Qeyd edək ki, 2018-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov jurnalistlərə açıqlamasında bildirib ki, Suriyadakı münaqişə bölgəsinə gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən artıq olub. S.Mahmudov qeyd edib ki, Şimali Qafqazdakı terror qruplaşmalarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla ölçülürdüsə, Əfqanıstan, Pakistan bölgəsinə getmiş Azərbaycan vətəndaşlarının sayı 300-ə yaxın, Suriyadakı münaqişə bölgəsinə gedənlərin sayı isə 1000-dən artıq olub: “Bu, nəyin nəticəsində baş verib? Təbii ki, reklamın. Hər bir münaqişənin ekstremistlərə mənsub olan kütləvi informasiya vasitələrində, internet saytlarında, eyni zamanda, sosial şəbəkələrdə aparılan süni təbliğat mexanizmi buna təsir etdi. Niyə Suriyadakı hadisələrə qoşulan oldu? Çünki bu hadisələrin təbliğatına daha çox önəm verildi, daha çox vəsait ayrıldı. Təbii ki, bütün bu proseslər DTX tərəfindən ciddi nəzarətə götürülür. Bunların qarşısının alınması üçün tərəfimizdən tədbirlər həyata keçirilir. Bunların nəticəsində bu gün Azərbaycanda dini radikalizm prosesinin qarşısı alınır”, - deyə S. Mahmudov bildirib.

2017-ci ildə o zamankı DTX sədri Mədət Quliyev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycandan 900 vətəndaş İŞİD terror təşkilatına qoşulub. Mədət Quliyev bildirmişdi ki, onlardan 85 nəfərin hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb. DTX rəisi bildirmişdi ki, müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıb, onlara qoşulublar. General-leytenantın sözlərinə görə, bəziləri ailələri ilə ora gedib və orda uşaqları olub: “Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq”.(yenisabah)

Naibə Məmmədova


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam