Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ziyəddin Əliyevi bitirəcək şok dosyeyə sözardı..-İcra başçısının biznesində​ “xaric notlar”

 

         

  

Yenixeber.org: Xalqa xidmətlə görəvləndirilmiş ayrı-ayrı məmurların haram pullar hesabına özləri üçün nəhəng biznes strukturları, dəbdəbəli həyat şəraiti yaratması günümüzün acı reallıqlarından biridir. Yüksək vəzifə tutmuş müxtəlif məmurların ayrı-ayrı vaxtlarda məhz bu səbəbdən vəzifədən azad edilməsi, cəzalandırılması hallarına dəfələrlə şahidlik etmişik.

Ölkə prezidenti, cənab İlham Əliyev çıxışlarında dönə-dönə məmurlara xəbərdarlıq edərək onları qanun çərçivəsində fəaliyyət göstərməyə səsləyib, həmin çağırışdan nəticə çıxartmayanların isə qanun qarşısında cəzalandırılacağını bəyan edib. Yuxarıda da qeyd etdiyimiz kimi cəzalandırılanlar da kifayət qədər olub, amma...

Amma görünən odur ki, hələ də dövlət başçısının tövsiyyələrindən lazımı nəticələr çıxara bilməyəm məmurlar kifayət qədərdir. Son günlər ölkə mətbuatında yayılmış, qarşı tərəfdən isə susqunluqla qarşılanan korrupsiya ittihamları da mövzunun nə qədər aktual olduğunu göstərir. Rubrika.az xatırladır ki, varidatı, ölkə xaricindəki biznes imperiyası haqda şok faktların ictimailəşdiyi belə​ məmurlardan biri də Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevdir. Maraqlıdır, Ziyəddin Əliyev həmin varidatı hansı yolla əldə edib, axı onun müxtəlif vəzifələrdə çalışarkən dövlətdən aldığı məvacib də sirr deyil, həmin əmək haqqı ilə bütün bunlara malik olmağın mümkünsüzlüyü də. Deməli, ortada başqa mətləblər var, həmin mətləblərdən öncə isə araşdırmağa çalışaq: Kimdir, Ziyəddin Əliyev?

İndi tutduğu vəzifə bəllidir, yuxarıda da qeyd etdiyimiz kimi hazırda Quba rayonuna rəhbərlik edir. Bəs, bu qədər pulu həmin vəzifədəmi qazanıb? Təbii ki, yox! Çünki Ziyəddin Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı postuna təxminən bir il öncə təyinat alıb. Daha dəqiqi, o bu vəzifədə 2 dekabr 2017-ci il tarixindən çalışır. Ziyəddin Əliyev buna qədər müxtəlif yüksək vəzifələrdə çalışıb. Bununla belə bu qədər varidatın vəzifə maaşı ilə təmin edilməsi sadəcə fantastikdir.

Göründüyü kimi, Ziyəddin Əliyevin uzun illər davam edən məmurluq həyatı heç də şəffaf olmayıb. Onun Avropadakı nəhəng biznesini ifşa edən faktlar da belə düşünməyə əsaslar verir ki, həmin illər ərzində Ziyəddin Əliyev böyük korrupsiya burulğanının içində “rəqs edən” bəxti gətirmişlərdən olub. İndi isə Ziyəddin Əliyevə məxsusluğu iddia edilən Avropadakı biznes strukturlarının siyahısına göz ataq.

Məlumatlarda bildirilir ki, o ilk öncə yolunu Çexiyaya salıb, şirkət qurub, şirkətinin menecerliyini isə çex qadına həvalə edib. Sonra bir az da irəli gedib, Avstriyada növbəti şirkətini açıb. Tikinti materialları ticarətinə girişib. Cənab Əliyev Çexiyada şirkətini hələ “Bakı Yol Tikinti-1” ATSC-nin direktoru olarkən, yəni 2008-ci ilin yanvarın 18-də açıb. İlkin nizamnamə kapitalı 200 min kron olan AZ SERVIS – NR s.r.o. (MMC) şirkətinin qeydiyyat sənədində təsisçinin 27 iyun 1963-cü il təvəllüdlü, Bakı şəhəri, Ə.Kürçaylı 7/45 ünvanında pasport qeydiyyatında olan Ziyəddin Əliyev olduğu qeyd olunub. Şirkətin adında NR sonluğu Ziyəddin Əliyevin oğlanlarının adlarının baş hərfləridir.

Şirkət Çexiyanın Brno ədliyyəsindən 28267184 saylı qeydiyyat şəhadətnaməsi alıb. İlk qeydiyyat ünvanı Brno, Nezamyslova 2799/28, PSČ 61500 olub. Hazırda icra başçısına məxsus şirkətin ofisi Brno şəhəri, Příkop küçəsi 4 ünvanındakı Internationale Business Center-də yerləşir. Fəaliyyət sahəsi: istehsal, xidmət, ticarət.

Ziyəddin Əliyev ilk əvvəl, yəni 2008-2009-cu illərdə şirkətin idarəçiliyini tanışı, 1969-cu il təvəllüdlü IRINA MICHAJLIKOVÁ həvalə edib. Lakin 2009-cu ildə aralarındakı narazılıqdan dolayı Ziyəddin Əliyev onu şirkətdən uzaqlaşdırır.

2017-ci ilə qədər şirkəti özü idarə edən Ziyəddin Əliyev həmin il oktyabrın 16-da, yəni Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyinat almasından ay yarım əvvəl onu o zaman Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı olan 26 yaşlı oğlu Nicat Əlibəylinin idarəçiliyinə verir. Görünür, Ziyəddin Əliyev artıq yeni vəzifə üçün sənədlərini təqdim etmişdi və prezidentin sərəncamını gözləyirdi.

2017-ci ilə aid illik maliyyə hesabatına görə icra başçısına aid bu şirkətin aktivləri 15 milyon kron, yəni yarım milyon dollar civarındadır. Qeyd edək ki, Ziyəddin Əliyev bu şirkət üzərindən Brnoda avtosalon və servis mərkəzi açıb.
Amma Ziyəddin Əliyev Avropada biznesini Çexiya ilə məhdudlaşdırmayıb. Belə ki, 22 iyul 2017-ci il tarixdə cənab Əliyev Avstriyanın paytaxtı Vyanda daha bir şirkət qeydiyyatdan keçirib. S.M.A.N Business Solutions GmbH Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı ilə FN 457017 i saylı lisenziya alıb. Şirkət Kaiser-Ebersdorfer Straße 81/1 Wien ünvanında qeydiyyatdadır. Nizamnamə üzrə fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti, ticarət sahələrini əhatə edir.

Şirkətin hissələrinin 51 faizi Ziyəddin Əliyevin Çexiyada sahibi olduğu AZ SERVIS – NR s.r.o. şirkətinə, 49 faizi isə Sübhan Məmmədli adlı şəxsə məxsusdur. S.M.A.N Business Solutions GmbH-ni AzPROMO-nun Avstriyadakı nümayəndəsi, Qarabağ Vyana klubunun meneceri Ramin Şükürov idarə edir.

Ziyəddin Əliyevin biznesi ilə bağlı yuxarıda təqdim etdiyimiz şok faktlar bir müddətdir ki, ölkə gündəminin əsas müzakirə mövzularındandır. Hələ ki, bu informasiya qarşı tərəfdən təkzib edilməyib, eləcə də Ziyəddin Əliyev məsələylə bağlı kiçik açıqlama verməyə belə lüzum görməyib. Halbuki söhbət şübhəli milyonlardan gedir, o milyonlardan ki, bir məmur həmin məbləği halal əmək haqqısı ilə toplaya bilməzdi. Odur ki, Ziyəddin Əliyevin çox da uzaq olmayan keçmişə dayanan şübhəli fəaliyyətinin ciddi araşdırılmasına ehtiyac olduğu düşüncəsindəyik. Növbəti yazılarımızı məhz həmin məqamlar üzərində qurmağa çalışacağıq.(rublika.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam