Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sorosa qarşı qanun qəbul edildi-Avropada

Avropada Sorosa qarşı qanun qəbul edildi
Macarıstan parlamenti “Stop Soros” adlı bir sıra qanun layihələrini təsdiqləyib.

Yenixeber.org xarici KİV-nə istinadən xəbər verir ki, həmin qanun layihələri ilə amerikalı milyarder, “rəngli inqilab”ların sponsoru Cors Soros tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarına qarşı məhdudiyyətlər tətbiq ediləcək və Macarıstandakı qanunsuz miqrantlara kömək göstərənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Macar deputatlar həmçinin, əcnəbilərin ölkəyə daimi əsasla köçürülməsinin qanunsuz elan edilməsilə bağlı konstitusiya dəyişikliyini qəbul ediblər.

Macarıstanın baş naziri, qatı anti-miqrant mövqeli Viktor Orban amerikalı milyarder Corc Sorosu dəfələrlə tənqid edərək bildirib ki, Sorosun maliyyələşdirdiyi QHT-lər Macarıstanda keçirilən seçkilərə və seçkiqabağı təşviqat kampaniyasına müdaxilələr ediblər, ölkədə miqrantları dəstəkləyən siyasətin təbliğatını aparıblar.



Qeyd edək ki, amerikalı milyarder Corc Sorosun başqa dövlətlərin işinə müdaxilə edən bu cür pozucu fəaliyyətinə qarşı Şərqi Avropa ölkələri ciddi mübarizə apararaq, Soros fonduna bağlı QHT-lərin ölkədəki fəaliyyətlərinə qadağa qoyublar. İsrail də Sorosun “Açıq Cəmiyyət” fondu ilə əlaqəsi olan təşkilatları ölkədən qovub. Sorosun fəaliyyəti artıq ABŞ-ın özündə də ciddi narazılıq doğurmaya başlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam