Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Andropov və Suslov Qorbaçovu Şelokovdan necə xilas edib? – 45 il əvvəlin söhbəti

 

Yenixeber.org: Hələ Stavropol diyar Partiya Komitəsində birinci katib işləyərkən Mixail Qorbaçov öz mövqeyini qorumaq üçün Kreml məmurları ilə isti münasibətlər yaratmağı bacarıb. Stavropolun kurort şəhərlərinə, Yessentuki, Koslovodsk, Mineralnı Vodı, Jeleznovodsk, Pyatiqorska müalicə və istirahətə gələn siyasi elitanın təmsil edənlərdən Qorbaçov heç vaxt öz səxavətini əsirgəməyib və onlarla dostluq münasibətləri yaradıb. Elə Yuri Andropovla da ailə dostluğu məhz kurort görüşlərindən başlayıb. Amma bu cür münasibətləri hamı ilə qurmaq mümkün olmayıb. Kremldən Qorbaçova diş qıcayanlar da tapılıb.
1973-cü ildə statistik göstəricilərə görə, Stavropol kriminal hadisələrin daha çox baş verdiyi diyar kimi qeyd olunanda, Qorbaçov ciddi tədbirlərə əl atıb.

Diyar daxili işlər baş idarəsində ciddi yoxlamalar aparılıb, idarənin rəhbərliyi və onlarla zabit xidmətdən xaric olunub. Bütün bunları Qorbaçovun daxili işlər naziri Nikolay Şelokovla məsləhətləşmədən etməsi ikisinin arasında ciddi konfliktə səbəb olub.

Brejnev hakimiyyəti dövrünün ən “səlahiyyətli” nazirlərindən biri olan Şelokov Qorbaçova layiqli cavab vermək üçün hərəkətə keçib. O, diyarda yoxlamalar aparmaq üçün nazirlikdə yaradılmış xüsusi komissiyanı Stavropola göndərib. Komissiyaya SSRİ daxili işlər nazirinin müavini Boris Şumilin rəhbərlik edib.

Üç həftəlik yoxlamalardan sonra komissiyanın ümumi rəyinin sonu bir cümlə ilə bitib:

“Stavropol diyar Partiya Komitəsinin rəhbərliyinin diyara nəzarəti sıfır dərəcəsində olduğundan, onun şəhər və rayonlarında xeyli sayda qanun pozuntuları aşkar edilmişdir. Qanun pozuntuları ilə bağlı sənədlər arayışa əlavə olunur”.
Yoxlamaların sonuncu günü komissiyanın rəhbəri Boris Şumilin Mixail Qorbaçovla görüşüb və aralarında kiçik bir dialoq olub:

- Mixail Segeyeviç, ölkənin bütün bölgələrində qayda-qanun hökm sürür. Stavropolda isə hər addımbaşı özbaşınalıqla üzləşmək olar və bütün bunlar birinci katib kimi sizin gözləriniz önündə baş verir, diyarda partiya nəzarəti yox dərəcəsindədir.

Çox hiddətli və əsəbi görünən Qorbaçov nazir müavininin iradlarına sərt cavab verib:

- Bu oyunların haradan gəldiyini yaxşı bilirəm və diqqətinizə çatdırıram ki, mən öz mövqeyimdən geri çəkilməyəcəm. Bunu mənim adımdan Şelekova da çatdırarsınız.

Komissiya üzvləri Moskvaya qayıtdğı gün elə aeroportda Boris Şumilinə məlumat veriblər ki, o, sənədlərlə birlikdə təcili olaraq Mərkəzi Komitənin katibi Mixail Suslovun yanına yollansın.

Suslovla Şumilinin görüşü uzun çəkməyib. Şumilin toplanmış marterialları təqdim edib, diyardakı vəziyyətlə bağlı ümumi məlumat verib. Mixail Suslov ilkin qərarını bildirib:

- Biz sənədlərlə yaxından tanış olduqdan sonra məsələni Siyasi Büronun iclasına çıxaracağıq və günahı olanlara müvafiq cəzalar veriləcək.

Yuri Andropovla Mixail Suslovun münasibətləri heç vaxt isti olmayıb. Amma buna baxmayaraq, məsələlərdən xəbərdar olan Andropov Qorbaçova görə Suslova zəng etmək məcburiyyətində qalıb:

- Mixail Andreyeviç, Stavropoldakı vəziyyətlə bağlı öz xəttimizlə mən də araşdırmalar aparmışam. Mən belə düşünürəm ki, Şelokov hadisələri daha çox şişirdərək Qorbaçovu ləkələmək istəyir. Məncə, bu, yolverilməzdir, məsələnin Siyasi Büronun iclasına çıxarılması lüzumsuzdur. Biz perespektivli partiya kadrlarımızı Şelokovun korrupsiya yuvasına çevirmiş nazirliyinin ayaqları altına atmamalıyıq.

Suslov bu dəfə Andropovun dedikləri ilə razılaşıb. Vəzifə baxımından da, Mərkəzi Komitənin katibi kimi Suslov diyar Partiya Komitəsinin birinci katibini, Qorbaçovu müdafiə etməyi özünə borc bilib və Şelokova zəng edərək məsələyə son qoyub, amma əmr və göstərişlə deyil, xahişlə:

- Biz materiallarla tanış olduq, müəyyən araşdırmalarımız da olacaq, amma sizdən xahiş edirəm, bu məsələni yenidən səs-küyə salmayasınız.

Beləliklə, Qorbaçov Andropovun vasitəsi ilə Şelokovun zərbəsindən xilas olub. Bir neçə ildən sonra isə elə onun təşəbbüsü və canfəşanlığı ilə Moskvada, Mərkəzi Komitədə yüksək vəzifələrdən birinə yiyələnib.

Şelokovla Andropovun mübarizəsi isə davam edib. O həddə qədər davam edib ki, Nikolay Şelokov və həyat yoldaşı Svetlana Şelokova intihar ediblər.(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam