Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yağmalama, qarət, yandırma -31 il öncə bu gün ermənilər Xankəndidə terror küləyi əsdiriblər…

 

Bu tarixi millətçi ermənilərin Xankəndi şəhərində törətdiyi vəhşiliklərə görə Xankəndinin qanlı sentyabrı da adlandırmaq olar...

Yenixeber.org: 1988-ci ilin fevral ayının 13-dən başlanan mitinqlər, nümayişlər, davamlı tətillər Xankəndi şəhərində vəziyyəti günü-gündən daha gərgin məcraya yönəldirdi. Azərbaycanlıları öz doğma şəhərində hər an təhlükə gözləyirdi. Həmin dövrdə respublika rəhbərliyinin qeyri-müəyyən mövqeyi də bu şəhərin azərbaycanlı sakinləri üçün yaxşı heç nə vəd etmirdi. Bir sözlə ifadə etsək, zaman ermənilərin xeyrinə işləyirdi.

Sentyabr ayında isə Xankəndi kriminal bir şəhəri, qanunların nəzarətindən çıxmış bir məkanı xatırladırdı.

Bir neçə faktı xatırlatmaq kifayətdir. Məsələn, şəhərin ərzaq mağazalarında satıcılar azərbaycanlılara ən adi gündəlik tələbat mallarını satmaqdan imtina edirdilər. Yaxud ictimai nəqliyyatdan istifadə etmək istəyən azərbaycanlılara şəhərdaxili avtobuslara minməyə imkan verilmirdi. Kiçicik bir müqavimət göstərildikdə isə ən azı 10-15 nəfər tərəfindən fiziki təzyiqlər başlanırdı.

Daha bir fakt. Ermənilər bina evlərində yaşayan azərbaycanlıların qapılarının qarşısına açar taxılan hündürlüyə qədər torpaq tökürdülər ki, qapıların açılıb bağlanması mümkün olmasın.

Hadisələrin şahidi kimi bu sayaq bir çox faktlar sadalaya bilərəm.

Yerli sakin olduğumdam çox da böyük olmayan Xankəndində yaşayanların çoxunu tanıyırdım. Həmin ərəfədə müşahidə etdiyim məqamlardan biri də şəhərdə kütləvi şəkildə kənar adamların (ermənilərin) peyda olması idi. Onların arasında saqqal saxlayanlar daha tez nəzərə çarpırdı.

Sentyabrın 18-də isə ermənilər Xankəndi şəhərində öz vəhşiliklərinin son həddini nümayiş etdirdilər.

Həmin gün günorta saatlarında Ağdamdan Xankəndiyə qayıdırdım. Şəhərdə xoşagəlməz bir gərginlik hökm sürürdü.

Avtovağzaldan Kirov prospekti ilə üzüyuxarı qalxanda mənimlə qonşu binada yaşayan, Xankəndi Pedaqoji İnstitutunun tələbəsi ilə görüşdüm. Yelena adlı bu tələbənin atası erməni, anası isə rus idi. Elə ilk sualım da hiss etdiyim gərginliklə bağlı oldu:

- Şəhərdə gərginlik hiss olunur, yenə nə törətmək istəyirsiniz?

Cavab qısa və konkret oldu:

- Narahat olma, bu sənin hiss etdiyin sonuncu gərginlik olacaq.

Sonradan bu cavabın nəyə işarə olduğunu anladım. Ermənistandakı “Qarabağ”, Xankəndindəki “Krunk” cəmiyyəti sentyabrın 18-i üçün xüsusi plan hazırlamışdılar, azərbaycanlıları nəyin bahasına olursa-olsun şəhərdən qovmaq.

Şəhərdə yaşayan azərbaycanlıların telefonları kəsilmişdi. Məhlələr arasında ermənilər qrup şəklində gəzirdilər.
Bakı isə susurdu, Xankəndinə əl uzatmaq istəmirdi, yaxud istəyirdisə də, cəhdləri boşa çıxırdı.

Həmin gün silahlı ermənilər Xankəndi şəhərində yaşayan azərbaycanlıların evlərinə hücum etdilər. Xankəndi şəhər daxili işlər şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi mayor Şahbazyanın başçılığı ilə ayrı-ayrı silahlı qruplar azərbaycanlıların yaşadıqları evləri nəzarətə götürmüşdülər. Bu cinayətkar qrupların ilk tapşırığı azərbaycanlıların evlərinin yandırılması idi.
18 sentyabr tarixində ümumilikdə Xankəndi şəhərində 63 azərbaycanlı evi yandırıldı. İki gün ərzində şəhərdə 270-dən artıq ev qarət olundu.

Azərbaycanlıların daha çox yaşadığı Sabir küçəsində və Lesnoy küçəsində Kərpiçxana adlanan məhəllədə isə ermənilər ciddi müqavimətə rast gəldilər. Əli yalın, silahsız azərbaycanlılar bu dəfə öz evlərini qorumağı bacardılar.

Ermənilərin digər bir böyük silahlı qrupu isə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə hücum etdi. Ermənilərin həmişə qorxu yeri olan, çəkindikləri kərkicahanlılar quldurların cavabını layiqincə verdilər. Həmçinin həmin gün ermənilərin Xocalıya hücumu da dəf olundu.

Nəhayət, məcrasından çıxmış hadisələr haqqında Moskvada qərar qəbul olundu. Xankəndində komendant saatı tətbiq edildi. Gərginlik azalsa da, bu müvəqqəti hal idi. Sonrakı hadisələr də sübut etdi ki, həmin günlər Xankəndidə yaranmış nisbi sakitlik şəraitində ermənilər yeni işğalçılıq planları qurublar.(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam