Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“MKT-Ucar”-dan kütləvi etiraz – Prezidentə müraciət edildi

 

Ucar səhmdarlarından kütləvi etiraz –

“MKT-Ucar”  filialının səhmdarları qarşılaşdıqları problemlə bağlı ölkə rəhbərliyinə müraciət edib. 

 

Yenixeber.org: Bir surəti də redaksiyamıza daxil olmuş müraciəti təqdim edirik:

Bu şikayət ərizəmizdə yazıb Sizə bildirirk ki, “MKT-Ucar” filialının direktou Rövşən Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə edib pulumuzu vermir haqqımızı mənimsəyir.  

Nəticədə də 300 nəfərə yaxın səhmdarın hüquqları pozulmuşdur.

Belə ki, Ucar Pambıq Təmizləmə Zavodu 1997-ci il tarixdə Azərbaycan Respublikasında gedən aqrar islahatlar zamanı məcburi olaraq səhmdar cəmiyyətə çevrildi. Həmin zaman bizə işdən azad etmə hədəsi edildi deyə öz vauçerlərimizi onlara verdik və səhmdar olduq. 22 ildir ki,  “MKT-Ucar” filialı fəaliyyət göstərib küllü miqdarda qazanc əldə etsədə bizə divident verilməyib. İndiyə qədər formal olaraq yığıncaqlar keçirilib cəmiyyətin il ərzində zərərlə işləməsinə dair saxta sənədlər tərtib edib bizi aldadıb dividentlərimizi mənimsəyiblər. 

Əslində isə “MKT-Ucar” filialı heç vaxt zərərlə işləməyib. Əgər “MKT-Ucar” filialı zərərlə işləsəydi hər il oraya yeni qiymətli texnikalar, avtomobillər və digər bahalı avadanlıqlar alınmazdı və fəaliyyətini dayandırardı. İndi isə “MKT-Ucar”  filialının direktou Rövşən Həsənov bizim səhmlərimizi ucuz qiymətə alıb bizi aldatmaq istəyir.

Biz buna kütləvi narazılığmzı bildirdikdə “MKT-Ucar” filialı yığıncaq keçirib bizə son olaraq hər bir səhmə görə 16 manat pul təklif etdilər. Bu isə nəinki Azərbaycanda hətta dünyada analoqu olmayaq absurd bir qiymətdir ki, “MKT-Ucar”  filialının direktoru Rövşən Həsənov bizə təklif etdi.

Biz isə bu qiymətə razı olmayıb hər bir səhmə görə 22 ilin dividendinin hesablanaraq bizə ödənilməsini təklif etdik. Ancaq “MKT-Ucar” filialının direktoru Rövşən Həsənov bizim təklifimizi qəbul etmədi. Son bir ayda ““MKT-Ucar”  filialının direktoru Rövşən Həsənov dəfələrlə bizə 10 gün ərzində məlumat veriləcəyini qeyd etsə də heç bir tədbir görülmədi. Bu da onun bizə qarşı saxtakarlıq edib səhmlərimizi ucuz qiymətə ələ keçirmək və dividentlərimizi mənimsəmək niyyətinə düşməsini subut edir.

İndi bir qrup işbazın saxtakarlığı qarşısında çıxılmaz bir vəziyyətdə qalmışıq. Biz bu müəssisədə zəhmət çəkmişik, can qoymuşuq, sonradan ortaya çıxan Rövşən Həsənov bizim halal qazancmızı mənimsəyib əməyimizi istismar edir. Buna görə də “MKT-Ucar”  filialının fəaliyyəti obyektiv təftiş edilməli saxtakarlıqla məşğul olan vəzifəli şəxslər barədə qanunu tədbirlər görülməlidir. 

Biz hər birimiz Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tərəfdarlarıyıq. Buna görədə ümüd yerimiz prezident İlham Əliyevdir. İnanırıq ki, bu şikayət ərizəmiz bizim iştirakmızla yerində araşdırılacaq saxtakarlıqla dividentlərimizi mənimsəmiş “MKT-Ucar”  filialının direktoru Rövşən Həsənovun barəsində qanuna müvafiq tədbirlər görüləcək və hər bir səhmə görə bizə 22 ilin dividenti hesablanaraq ödənilməsinə köməklik göstəriləcək.

Səhmdar Cəmiyyəti Haqqında Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən cəmiyyətin illik mənfəətinin məbləğindən səhmdar malik olduğu səhmin və ya müvəqqəti səhm şəhadətnaməsinin dəyərinə uyğun olaraq dividend alır. Hər bir səhmə düşən dividendin məbləği səhmdarların ümumi yığıncağında müəyyən edilir.

Cəmiyyət ləğv edildiyi halda səhmdar onun əmlakından bu Qanunun 26-cı maddəsinə uyğun olaraq pay alır.

Sizdən çox-çox xahiş edirik bu şikayət ərizəmiz bizim iştirakmızla yerində araşdırılıb saxtakarlıqla dividentlərimizi mənimsəmiş “MKT-Ucar”  filialının   direktoru Rövşən Həsənovun barəsində qanuna müvafiq tədbirlər görülməsinə tapşırıq verəsiniz və hər bir səhmə görə bizə 1500 manat pul ödənilməsinə köməklik göstərəsiniz.

“MKT-Ucar”  filialının səhmdarları

Kərimov Bəxtiyar Sərxan oğlu

Fərzəliyeva Hicran Ağasüleyman qızı

Süleymanova Mətanət Qasım qızı

Mahmudov Beydulla Məmmədalı oğlu

Əhmədov Qərib Məmmədalı oğlu

Cəbrayılov Tahir Məhəmməd oğlu

Rəsulov Əlibala Əlisurət oğlu

Əzimov Vidadi Əli oğlu

Məmmədov Rəhman Mustafa oğlu

Quliyev Fariz Arif oğlu

Bəkirov Ehdibar Akif oğlu

Hüseynov Malim Həsi oğlu

Quliyev Bəhrəm Arif oğlu

Purqafari Xuraman Musa qızı

Babayeva Gülnaz Qasım qızı

Quliyev Asif Arif oğlu

Əhmədov Azad Qnyaz qızı

Redaksiyadan: Qarşı tərəfin də cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam