Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

2020-ci ildə bizi gözləyən təhlükə:Cozef Bayden ABŞ prezidenti olarsa...

 

I Yazı

Alparslan Türkeş də ermənilərə lobbiçilik edirmiş

 

Yenixeber.org: İki gün öncə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirovun yaxın günlərdə parlamentin növbədənkənar sessiyasının keçiriləcəyi ilə bağlı açıqlama verdi və bu açıqlama cəmiyyətimizdə xeyli dedi-qodulara səbəb oldu. Bir çoxları növbədənkənar tələsikliyin səbəbini vaxtından əvvəl parlament seçkilərə start verilməsi ehtimalı ilə əlaqələndirdilər. Şübhələrində haqsız da deyildilər. Son prezident seçkiləri də bu cür qəfildən elan olunmuş və müxalif partiyaların bir çoxu hazırlıqsız yaxalanmışdılar. Həmin təcrübədən sonra bəzi siyasilər parlament seçkilərinin də növbədənkənar keçirilməsi ehtimalını gündəmə gətirmişdilər. Dolayısıyla hər kəs növbədənkənar seçki gözlədiyi bir zamanda MM-dən gələn məlum xəbər istər-istəməz ağılları qarışdırdı. Yaxşı ki, MM-nin mətbuat xidmətinin rəhbəri elə həmin gün quyuya atdığı daşı özü çıxarmalı oldu. Yenidən mətbu orqanlara üz tutan A.Nəsirov növbədənkənar toplantının ötən ay başladığını, hazırda da davam etdiyini, bu yaxınlarda keçirilməsi gözlənilən 2 iclasda isə parlament seçkilərinin müzakirə olunmayacağını açıqladı və yaratdığı süni gərginliyə nöqtə qoydu.

Görünən budur ki, Azərbaycan ictimaiyyəti növbəti dəfə öz təmsilçilərini 2020-ci ilin payızında müəyyənləşdirəcək. Gələn ilin payızı həm də ABŞ-da prezident seçkiləri zamanıdır. Maraqlıdır ki, həmin vaxt Azərbaycan ictimaiyyətinin diqqəti həm də okeanın o tayına yönələcək. Çünki okeanın o tayında keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ölkəmizin taleyində öz seçkilərimizdən daha mühüm rol oynayacaq.

Məsələ burasındadır ki, Azərbaycanın torpaq bütünlüyü  və suverenlik haqları ABŞ-ın yeni prezidentinin kimliyindən birbaşa asılıdır. Bəs, bizdə bu əminliyi yaradan nədir?-istərsəniz, gəlin, bu suala bərabər cavab axtaraq.

  

ABŞ-da 2020-ci il prezident seçkilərinə ilyarımdan qədər zaman qalsa da, əminliklə demək olar ki, həm demokratlar, həm də respublikaçılar arasında seçki yarışı indidən başlayıb. Hazırda hər iki partiyanın namizədlərinin müəyyənləşdirilməsi prosesi gedir. Respublikaçılar arasından namizədliyini irəli sürənlərin adları rəsmən açıqlanmasa da, əsasən bəzi şəxslərin üzərində dayanılır. Onlardan biri indiki prezident Donald Tramp, digərləri vitse-prezident Mayk Pens, Ohio valisi Con Kasiç, ən gənc senatorlardan biri Tom Kotton, senator Ben Sasse və s.-lərdir. Demokratlar arasında prezident olmaq istəyənlərin siyahısı isə daha qələbəlikdir. İndiyədək ən az 20 nəfər namizədliyə iddiasını irəli sürüb.

ABŞ qanunvericiliyinə görə, namizədliyə namizədliyini irəli sürənlər ilk əvvəl partiyadaxili seçkilərdən keçməli və ən çox səs toplayan şəxs yarışa qatılmalıdır. Namizədlik üçün tələb olunan başlıca şərtlər isə bunlardır:

-Yaşı 35-dən çox olmalı,

-ABŞ-da doğulmalı,

-Son 14 il ərzində ABŞ-da yaşamalı,

-Ən azı 270 konqresmenin razılığını almalı,

-2 dəfədən artıq prezident olmaq eşqinə düşməməlidir.

Namizədlik statusu uğrunda mübarizəyə gələn ilin fevral ayında start veriləcəyinə baxmayaraq, müxtəlif qurumların apardığı rəy sorğularında indidən bəzi şəxlərin adları önə çıxıb. Respublikaçılar arasından hələlik namizədliyə namizəd kimi adı ilk hallanan Massaçusetsin keçmiş valisi Bill Üeldin Donalddır. Onun Tramp qarşısında heç bir şansının olmadığı bildirilsə belə, indiki prezidentin mütləq namizəd olacağını da söyləmək çətindir. Hər şey sabah Trampın önünə kimin çıxacağından və partiyanın kimə daha çox üstünlük verəcəyindən asılıdır.

Trampın özünün ikinci dəfə prezident seçilmə ehtimalı isə çox deyil. Hətta ona yaxınlığı ilə seçilən FOX News televiziyasının apardığı rəy sorğularında da Tramp seçkiləri qazanmaq imkanı olanlar arasında 6-cı şəxs kimi görünür. Namizədlərin iki-iki populyarlığını yoxlayan FOX News-un sorğusunda Donald Tramp demokratların ən şanslı namizədlərindən olan Cozef Baydenə 13% səs fərqiylə uduzub. Bayden: 53%, Tramp: 40%

Bu da hazırkı prezidentin seçicilərin rəğbətini qazanacağına böyük şübhə yaradır. Yəqin razılaşarsınız ki, gündə bir qərarı və qeyri-ciddi imiciylə D.Trampın birinci dəfə seçilməsi belə, ABŞ insanlarında böyük xəyal qırıqlığına səbəb olmuş, bəziləri hətta öz ölkələrini tərk etmək barədə düşünmüşdülər. Respublikaçılar arasında Donald Trampı əvəz edə biləcək alternativ isə yox dərəcəsindədir. İstər indiki vitse prezident Mayk Pens, istərsə də digər namizəd iddiaçıları Donald Trampın kölgəsində qalırlar. Görünür, elə buna görə də, əksər müşahidəçilər, 2020-ci il seçkilərində demokratların qələbə çalacağı ehtimalına üstünlük verirlər.

 

Demokratlar arasında ən güclü namizəd Cozef Baydendir. 78 yaşlı bu adamın ABŞ-ın gələcək prezidenti olması isə Azərbaycan üçün ciddi problemlər yarada bilər. Nədən ki, Azərbaycan xalqı bu ismi hələ 1990-ci illərdən tanıyır. 1978-ci ildən ABŞ Senatının dəyişilməyən üzvü olan C.Bayden müstəqilliyimizin ilk illərində Azərbaycana qarşı bir çox qərarların müəllifi və ən emosional müdafiəçisi idi. Təkcə onu demək kifayətdir ki, erməni lobbisinin təsiri altında qalan Bayden “Azadlığa Dəstək” aktına 907-ci düzəlişin qanuni qüvvəyə minməsində ciddi rol oynayıb. İlk dəfə 1992-ci ildə Senator Con Makkeyn tərəfindən hazırlanan bu layihə Senator Con Kerrinin və erməni Konqressmen Ueyn Ouens tərəfindən Konqresdə irəli sürülmüş və qəbul olunmuşdur. Həmin illərdə 907-ci düzəlişi müdafiə edənlərdən biri də Cozef Bayden olmuşdur. Sonrakı illərdə ABŞ-ın vitse-prezidenti olan Bayden Azərbaycan hökumətinin lobbi çalışmaları nəticəsində yenidən gündəmə gətirilən həmin qərarının ləğv olunması təkliflərinin geri çevrilməsində önəmli rol oynamışdır. 2001-ci ildə məşhur 11 sentyabr hadisəsindən sonra Əfqanıstandakı hərbi əməliyyatlara logistik dəstək məqsədilə Azərbaycan hava yollarından istifadə edən ABŞ hökuməti könlümüzü almaq üçün həmin qərarı müvəqqəti dondursa da, tam ləğvini sonrakı illərə saxlamışdır. Sonrakı illər isə lap bizim “Lazım kişi”yə bənzəyir: gəlib çıxmır ki çıxmır. Ən son, iki il əvvəl ABŞ Silahlı Qüvvələrinin qərargah rəisi general Cozef Dunfordla rusiyalı həmkarı Valeri Gerasimovun Bakıda görüşünün keçirilməsi xəbəri yayılanda ermənilər 907-ci düzəlişin ləğv olunacağından ciddi təşvişə düşsələr də, bu ehtimal özünü doğrultmamışdır.

 

Xatırladaq ki, 907-ci düzəliş Azərbaycana silah satışını qadağan etməklə qalmır, həm də ölkəmizin “Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması”nı nəzərdə tuturdu:

“MADDƏ 907. AZƏRBAYCANA YARDIM GÖSTƏRİLMƏSİNİN QADAĞAN EDİLMƏSİ

 

(A) QADAĞA – Prezident Azərbaycan Hökümətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan Hökümətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz.

 

(B) QEYD – Prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə, (a) bəndində göstərilən qadağa tətbiq edilməməlidir”.

1992-ci ildə qəbul olunan və hər il yenilən düzəlişin xüsusilə Elçibəy hakimiyyəti dövründə erməniləri məğlubiyyətdən xilas etdiyi və milli hökuməti süqutunu tezləşdirdiyi artıq sirr deyil. Belə ki, öz milli hökumətini qurub Dağlıq Qarabağ istiqamətində ciddi irəliləyişlər göstərən Azərbaycan həm də Ermənistanı iqtisadi blokadaya almışdı. Hətta yeməyə çörək belə tapa bilməyən ermənilər ağ bayraq qaldırmağın bir addımlığında idi. Rusiyanın başı özünə qarışdığından o zaman dövriyyəyə ABŞ girdi, Cozef Bayden və digər ermənipərəst senatorların təkidilə qəbul olunan bu qərardan sonra ABŞ-ın Azərbaycana təzyiqləri başladı.

Elçibəy hakimiyyətinin ən zəif nöqtəsi isə Türkiyə heyranlığı idi. Təzyiqlər də məhz Türkiyə vasitəsilə edildi. ABŞ-ın kuklasına çevrilmiş Süleyman Dəmirəl hakimiyyəti Azərbaycana ən zəruri humanitar yardımı, Elçibəyin məşhur deyimi ilə desək, döyüş zonasında qalan yaralı mülki şəxsləri qurtarmaq üçün vertolyotu belə çox gördüyü halda, Ermənistana təcili 50 min ton taxıl vermək barədə düşünürdü.

Dəmirəl hökumətinin qarşısında yeganə əngəl vardı - Türkiyədəki və Azərbaycandakı millətçi kəsimin etirazlarını neytrallaşdırmaq. Əks halda, 49-cu Türkiyə hökuməti 907-ci düzəlişin tələblərinə qurban gedə bilərdi. Ən acınacaqlısı isə budur ki, Türkiyə və Azərbaycan millətçiləri hamımızın böyük rəğbətlə yanaşdığımız Alparslan Türkeş vasitəsilə susduruldu. Rəhmətlik Türkeşin bu humanizmi hətta Ermənistanın lobbiçiliyini edən əslən türkiyəli erməni iş adamı Özararatı belə təəccübləndirmişdi. Gəlin, bu hadisənin detallarını Türkiyənin məşhur araşdırmaçı yazarı Can Dündarın dilindən dinləyək:

 

Süreç, 1993 başında başladı. 
Bağımsızlığını ilan eden Erivan’a Rus yardımı kesilmiş, ülke kış ortasında buğdaysız kalmıştı. 
Samson Özararat, o dönem Fransa’da, Avrupa’dan Ermenistan’a giden insani yardımları organize eden bir derneğin başkanıydı. Bu krizden bir işbirliği fırsatı yaratmayı düşündü. 
Tanıdığı Türk yetkililere, “100 bin ton buğdaya ihtiyaçları var. Siz 200 bin ton yollayın, ilişkilerin önünü açın” önerisini yaptı.
Türkiye, Azerilerin tepkisinden korkuyordu. Bakü’nün nabzı yoklandı. 
“Ekmek söz konusuyken, düşmanlığın lafı olmaz” cevabı geldi.
Bunun üzerine Erivan’a 41 bin ton buğday gönderildi.
İşte o dönem, Özararat, iktidarı tedirgin eden “Milliyetçiler ne der?” kaygısını bertaraf etmek için Türkeş’le görüşmeye karar verdi. Talebini Başbuğ’un özel sekreterine iletti.
Onu, Paris’te Türkeş’in yakını bir emekli generalle tanıştırdılar. Konuyu ona da anlattı. Birkaç gün sonra haber geldi:
“Türkeş sizi bekliyor!”

Türkeş’in soruları
1993 Şubat’ında Ankara’ya gitti. Esat’taki bir işyerinde MHP lideri ile buluştu.
Özararat’ı dinleyen Türkeş şunları söyledi:
“Ermenilerle 600 senelik bir müşterekliğimiz var. Birlikte türküler, yemekler icat ettik. Kız aldık verdik. 
Malazgirt Savaşı’nı Türklerin Ermenilerle birlikte kazandığını biliyor musun?
İstanbul’un alınmasında Ermenilerin yaptığı kahramanlıklardan haberin var mı?
Fatih Sultan Mehmet’in Ermeni Patrikhanesi’ni nasıl bir fermanla açtırdığından haberdar mısın?
Çanakkale’de Atatürk’ün yanında savaşan Ermeni askerlerin adlarını biliyor musun?
Atatürk’ün bugün kullandığımız alfabeyi Ermeni dil bilgini Agop Martayan’a hazırlattığını ve sonra ona Dilaçar soyadını verdiğini biliyor muydun?’
Atatürk’ün imzasını bir Ermeni güzel yazı hocasının çizdiğini duymuş muydun?”
 
‘1915 bir yol kazası’
Özararat şaşkın dinlerken, Türkeş şöyle devam etti: 
“Tarihe böyle geniş bir perspektiften bakmak lazım. 1915, bu 600 yıllık ilişkinin bir kazasıdır. Olaylarda yabancı devletlerin çok dahli vardır. Buradaki insanları kullanmak istemişlerdir. Bizimkilerin de kabahatleri var, ama şimdi yapılması gereken, bu kazayı telafi edip eski dostluğu devam ettirmektir.”
Konuşma bitince Özararat, “Bunları Ermenistan Cumhurbaşkanı’na da söyler misiniz?” diye sordu.
“Tabii” dedi Türkeş...
“Petrosyan, Mart’ta Paris’e gelecek. Kendisiyle görüşeyim, belki orada buluşabilirsiniz.” 

Paris randevusu

Hemen telefona koştu. Önerisini Petrosyan’a iletti.

Erivan, teklifi incelemeye aldı.

Tereddütteydiler. MHP’nin geçmişi ürkütücüydü. Ama, Özararat, “MHP’yi ikna etmek önemli” diye üsteledi.

Aynı sıralarda Türkeş de Ankara ve Bakü’yü haberdar ediyordu. Böyle bir diyaloğun, sürmekte olan Azeri-Ermeni savaşına ve esirler konusuna da çözüm getirebileceği umuduyla herkes destek verdi.

Nihayet, Erivan’dan da görüşme kararı çıkmasıyla Paris buluşması kesinlik kazandı.

Bu temaslara, Türkiye tarafında Tuğrul Türkeş ve Cefi Kamhi, Ermenistan’da ise Petrosyan’ın abisi, işadamı Telman Ter-Petrosyan öncülük ediyordu…”

Mənbə: http://www.milliyet.com.tr/yazarlar/can-dundar/turkes-ermeni-sinirina-anit-dikmeyi-dusunmustu-1151297

 

Can Dündarın yazdıqlarından belə çıxır ki, Elçibəyin ən yaxın dostu, MHP lideri Alparslan Türkeş bəlkə də erməniləri dialoqa cəlb etmək üçün bir çox güzəştlər verməyə hazır imiş. O, nəinki acından ölümlə üz-üzə qalan Ermənistana təcili 50 ton taxılın göndərilməsinə lobbiçilik etmiş, hətta Türkiyə-Ermənistan sərhəddində soyqırım abidəsi tikilməsini belə normal qarşılamış və bu təklifi özü irəli sürmüşdü. Görünür, ermənilərin yaxşılığı unutmayacağını və ruslardan vaz keçib türklərin qucağında oturacağı qəflətinə qapılan Türkeşin bu ümidi isə uzun sürmür. Türkiyədən aldığı 50 min tonluq taxılla aclıqdan qurtulan Ermənistan daha sonra Rusiyanın yardımı ilə Kəlbəcəri alaraq, “söhbət çörəkdən gedirsə, düşmənçiliyə yer yoxdur” deyib humanizm nümayiş etdirən Elçibəy hakimiyyətinin də sonunu gətirir. Yaranmış hakimiyyət boşluğundan faydalanaraq Dağlıq Qarabağ ətrafındakı 7 rayonu da ələ keçirən ermənilər Azərbaycanı sonu gəlməyən atəşkəsə getməyə vadar edirlər. Atəşkəs dövründə sülh danışıqlarına nəzarət isə yenə 907-ci düzəlişlə belimizi qıran ABŞ, Qarabağ probleminin yaradıcısı Rusiya və erməni lobbisinin ən güclü olduğu ölkələrdən biri kimi tanınan Fransanın həmsədrliyi ilə ATƏT-in Minsk qrupuna tapşırılır. Və bunun təbii nəticəsi olaraq, 1994-cü ilin 12 may tarixindən indiyədək sürən 25 illik atəşkəs dövründə Azərbaycan məğlubiyyət sazişinə imza atmağa məcbur edilir.

Bütün bu deyilənlərdən də aydın olur ki, Azərbaycanın Dağlıq Qarabağ məsələsində indiki rəzil duruma düşməsində 907-ci düzəlişin müəllifləri, o cümlədən ABŞ-ın növbəti prezidenti olmağa hazırlaşan Cozef Beydenin də misilsiz rolu var. Amma onun ermənipərəstliyi təkcə bu qərarın qəbulu ilə də məhdudlaşmır. Yazımızın sonrakı bölümlərində Cozef Baydenin digər xidmətləri barədə də məlumat verəcəyik.(ovqat.com)

Heydər Oğuz


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam