Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Növbədənkənar iclas bitməyib ki, yenidən çağırılsın” –Milli Məclisdən açıqlama

 

Milli Məclisin növbədənkənar iclasının çağırılacağı barədə mətbuatda məlumat yayılıb.

Yenixeber.org:  Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bununla bağlı açıqlamasında bildirdi ki, yayılan məlumatlarda bəzi düzəlişlərə ehtiyac var: “Əslində növbədənkənar iclas bitməyib ki, yenidən çağırılsın. Milli Məclisin daxili nizamnaməsinə və millət vəkillərinin müraciətinə əsasən növbədənkənar iclasları keçirilir. Yəni növbədənkənar sessiya hələ bitməyib”.

A.Nəsirov qeyd etdi ki, yaz sessiyası 31 mayda başa çatıb, iyun ayında növbədənkənar iclas çağırılb. Ancaq iyul ayının ilk yarısınadək daha iki iclasın keçirilməsi nəzərdə tutulur: “Növbədənkənar sessiyanın bir neçə iclası keçirilib, növbəti iclaslar da keçiriləcək. Yəni burada qeyri-adi, sensasion heç nə yoxdur”.

Mətbuat xidmətinin rəhbəri növbədənkənar sessiyada növbədənkənar parlament seçkiləri ilə bağlı hansısa qərarın veriləcəyi haqda yayılan xəbərləri də təkzib etdi.

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyası əvvəlki illərdə də iyun ayında çağırılıb və deputatlar iyunun sonunda tətilə çıxıblar. Lakin bu il ilk dəfə parlament iyulun 15-dək işləməyə qərar verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam