“Sizin sadiq agentiniz...” – İkili agentlərin gizli tarixi – TAM MƏXFİ
Eyni zamanda iki və ya daha artıq dövlətin kəşfiyyatı ilə əməkdaşlıq edən şəxsə “ikili agent” deyirlər.
Yenixeber.org: XVI əsrdə İngiltərədə kraliça I Yelizavetaya qarşı sui-qəsdlər xüsusi xidmət orqanının diqqət mərkəzində olan əsas məsələ idi. Bu sui-qəsd planlarının kökü xaricə gedib çıxdığı üçün İngiltərə kəşfiyyatının rəhbəri Frensis Uolsingem (1532-1589) düşmən ölkələrə katolik cildinə girmiş çoxlu casus göndərmişdi. Onlar sui-qəsdçilərin mərkəzlərinə nüfuz etməyə nail olaraq, öz şeflərini hadisələr barədə operativ və düzgün məlumatlandırırdılar. Lakin bəzən doktor Parri kimi şəxslər ikili oyun aparırdılar.
Parri roluna o qədər aludə olmuşdu ki, hətta özü həmsöhbətlərinə sui-qəsd təşkil etməyi təklif etmişdi. Bu barədə Londona xəbər çatandan sonra 1585-ci ildə onun boynu vurulmuşdu.
1963-cü ildə Avstraliyadakı Sovet səfirliyinin birinci katibi İvan Skripov persona non qrata elan edilmişdi. Buna səbəb 1961-ci ildə onun Avstraliya Məxfi Kəşfiyyat Təşkilatının (ASIO) agenti olan qadını konfidensial əməkdaşlığa cəlb etməsi olmuşdu. Bir sıra təlimlərdən sonra o, agentə Adelaiddəki bir nəfər şəxsə bağlama çatdırmağı tapşırmışdı. Həmin bağlamada yerləşdirilmiş qurğunun köməyi ilə radio vasitəsilə dəqiqədə bir neçə yüz kodlaşdırılmış söz ötürmək mümkün idi. Bağlamada həmçinin kod çədvəli var idi. Nəticədə İ.Skripov Avstraliyadan çıxarılmışdı.
1960-cı illərin ortalarından etibarən SSRİ DTK-nın Leninqrad İdarəsi İoffe adına məxfiləşdirilmiş Fizika-texnika institutunun kiçik elmi işçisi Mixail Kazaçkovu əməkdaşlığa cəlb etmişdi. O, DTK-ya müntəzəm olaraq yazır və özünü agent yox, mənbə hesab etdiyini bildirirdi. O, elmlə paralel kommersiya ilə də məşğul olurdu - xaricdə incəsənət fənlərindən, o cümlədən, “Brokhauz və Yefron” ensiklopediyası da daxil olmaqla inqilabaqədərki nəşrlərdən mühazirələr oxuyur və bundan külli miqdarda qazanc əldə edirdi. İngilis dilini mükəmməl bilməsi ona çoxsaylı əcnəbilərlə dostluq əlaqələri saxlamağa kömək edirdi.
Məhz həmin əlaqələrinə görə bu şəxs “Böyük Ev”in (DTK-nın Piter İdarəsinin qeyri-rəsmi adı) nəzər-diqqətinə düşmüşdü. Bundan başqa, agent daimi yaşamaq üçün xaricə getmək arzusunda idi. Fəaliyyətinə nəzarət edən əməliyyat işçisinə həmişə eyham vururdu ki, xaricdə SSRİ-yə daha çox fayda gətirə bilər. Agent ideya əsasında işləmiş və MKİ-nin bir sıra əməliyyatlarının iflasa uğradılmasında DTK-ya yaxından köməklik göstərmişdi. Məsələn, o, vaxtında SSRİ hüdudlarından kənara əntiq əşyalar aparmaq istəyən əcnəbilər barəsində DTK-nı məlumatlandırmışdı. Həmin şəxslər gömrükdə tutulmuş və onların qarşısında şərt qoyulmuşdu: Ya milli dəyərləri ölkə hüdudlarından kənara çıxarmağa görə on il Sibirə göndərilmək, ya da DTK ilə əməkdaşlıq etmək.
Lakin əməkdaşlıq prosesində agentin ikili oyun aparması aşkar edilmiş və məlum olmuşdu ki, o, ABŞ-ın Moskvadakı səfirliyində vitse-konsul örtüyü altında fəaliyyət göstərən MKİ-nin əməkdaşı Denni Mak Artur Loftinlə müntəzəm görüşlər keçirib. Onlar əntiq əşyalar haqqında deyil, Mixail Kazaçkovun işlədiyi məxfi institut və DTK-nın fəaliyyəti barədə söhbətlər etmişdilər. Agent MKİ əməkdaşına onunla əlaqə saxlamış DTK Leninqrad İdarəsinin İkinci şöbəsinin bütün əməkdaşlarının adını açıqlamışdı. Bundan başqa, o, institutda fəal casusluq təşəbbüsü göstərərək, məxfi məlumatlara çıxış əldə etməyə çalışmışdı.
1975-ci ilin payızında M. Kazaçkovun işini aparan hərbi prokurorluq onun orqanlar qarşısındakı xidmətlərini nəzərə alaraq, on il müddətinə azadlıqdan məhrum olunmasını tələb etsə də, agentin özünün növbəti səhvi ona daha beş il artıq həbs cəzası verilməsinə səbəb olur. Belə ki, müttəhim müvəqqəti saxlama təcridxanasından amerikalı dostlarına belə bir məzmunda məktub göndərmişdi: “İnanın, dostlar, DTK-da mən heç nə deməmişəm, sizlərdən heç kimin adını çəkməmişəm!
Sizin sadiq agentiniz!”
Digər bir Sovet vətəndaşı və ikili agent SSRİ Xarici İşlər Nazirliyinin ikinci katibi Aleksandr Oqorodnik olmuşdu. Onun casusluq fəaliyyəti Yuri Andropovun göstərişinə əsasən, Sovet kinomatoqrafçıları tərəfindən çəkilmiş on seriyadan ibarət “ТАСС уполномочен заявить” (“SİTA bəyan etməklə səlahiyyətləndirilmişdir”) sənədli filmində əksini tapıb.
Kolumbiyanın paytaxtı Boqotoda SSRİ səfirliyinin ikinci katibi olan Aleksandr Oqorodnik nümunəvi diplomat kimi səciyyələndirilsə də, onun üç əsas “Axill dabanı” var idi: qadınlara qarşı həddindən artıq maraq, şübhəli maliyyə əməliyyatlari və reallaşmamış ambisiyalar. ABŞ tərəfi A.Oqorodnikin bu və digər zəif yerləri barədə geniş məlumata malik idilər. Amerikalılar Kolumbiya Mədəniyyət İnstitutunun əməkdaşı və MKİ-nin agenti Pilar Suares Barkalla “obyekt”in birlikdə çəkilmiş nüfuzdansalıcı fotoşəkilləri vasitəsilə onu şantaj etməyə başlamış və konfidensial əməkdaşlığa cəlb etmişdilər.
SSRİ-yə qayıtdıqdan sonra Xarici İşlər Nazirliyinin Xarici Siyasət Tədbirlərinin Planlaşdırılması İdarəsində fəaliyyətini davam etdirən agent burada MKİ-nin xeyrinə casusluq fəaliyyətini davam etdirmişdir. Həmin idarədə səfirlərin illik hesabatları, SSRİXarici İşlər Nazirliyi idarələri və şöbələrinin yekun və analitik materialları - ABŞ kəşfiyyat orqanları üçün maraq doğuran hər şey toplanırdı.
DTK-da Kolumbiyadakı Sovet səfirliyinin əməkdaşlarından birinin ABŞ kəşfiyyatı tərəfindən konfidensial əməkdaşlığa cəlb edilməsi barədə məlumat var idi. Qərb analitiklərinin fikrincə, A.Oqorodniki Çexoslovakiya kəşfiyyatının “qeyri-leqalı” Karl Kexer ifşa etmişdi. O, 1965-ci ildə arvadı və yaxın silahdaşı Xana ilə ABŞ-a qaçmış və 1973-cü ildə MKİ-nin Sovet şöbəsində tərcüməçi işinə qəbul edilmişdi. Ər-arvad 1984-cü ildə həbs edilmiş və Sovet dissidenti Anatoli Şaranski ilə dəyişdirilmişdi.
A.Oqorodnik əsas səhvi Moskvada buraxmışdı. Belə ki, o, müntəzəm olaraq “Qələbə” parkına gedir və avtomobilini ABŞ diplomatlarının ənənəvi gəzişdiyi yerdə saxlayırdı. Lubyankada haqlı olaraq ehtimal edilirdi ki, Xarici İşlər Nazirliyinin əməkdaşı bununla şəxssiz əlaqə vasitələri - saxlanc yeri müəyyənləşdirməklə məşğuldur.
Agent 1977-ci il iyun ayının 21-də həbs edilir. Lakin DTK veteranlarının bu məsələyə münasibəti müxtəlifdir. Bəziləri bunu Sovet əks-kəşfiyyat orqanlarının böyük uğuru kimi qiymətləndirsələr də (əməliyyatı həyata keçirən qrupun rəhbəri “Qırmızı Ulduz” ordeni almışdı), bəziləri bir sıra səbəblərdən bunu MKİ-nin uğuru kimi dəyərləndirirlər və amerikalıların özünün onu aradan qaldırmağa kömək etdiklərini qeyd edirlər. Bununla onlar Sovet əks-kəşfiyyatının diqqətini özlərinin Smolensk meydanındakı (SSRİ Xarici İşlər Nazirliyindəki) daha qiymətli agentlərindən yayındırmağa müvəffəq olmuşdular. Əməliyyatın adı “Kayman”, obyektin təxəllüsü isə “Aqronom” olmuşdu. Filmdə göstərildiyi kimi, A.Oqorodnik müstəntiqdən ona izahat yazmaq üçün öz şəxsi qələmini verməyi xahiş etmiş və qələmin içərisində yerləşdirilmiş zəhəri içərək, intihar etmişdi.
1978-ci ilin may ayında ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşları Amerika Hərbi Donanması zabitinin qoyduğu sualtı qayıqlarla mübarizə texnikasına dair vacib məlumatları saxlanc yerindən götürmək istəyən üç nəfər Sovet kəşfiyyatçısını yaxalamışdır. Kəşfiyyatçıların iflasa uğramalarının səbəbi Amerikalı zabitin ikitərəfli agent olması idi. Sovet kəşfiyyatı ilə bərabər o, eyni zamanda Federal Təhqiqatlar Bürosunun və Hərbi-Dəniz Əks-Kəşfiyyatının agenti olmuşdu. BMT yanında Sovet ticarət nümayəndəliyinin attaşesi Vladimir Zinyakin diplomatik immunitetə malik olduğu üçün buraxılmış, lakin ABŞ ərazisini tərk etmək məcburiyyətində qalmışdır. BMT Katibliyinin əməkdaşları Rudolf Çernyayev və Valdik Enqerə qarşı isə casusluq ittihamı irəli sürülmüşdü. Hər iki şəxs məhkəmədə ümumilikdə əlli il iş almış, lakin bir il sonra digər Amerika casusları ilə dəyişdirilmişdilər.
SSRİ DTK-nın Vaşinqton rezidenturasında Mədəniyyət məsələləri üzrə attaşe örtüyü altında, əslində isə ən nüfuzlu istiqamətlərdən biri - elmi-texniki kəşfiyyat xətti üzrə fəaliyyət göstərən polkovnik-leytenant Valeri Martınov Federal Təhqiqatlar Bürosunun (FTB) toruna düşmüşdü. Belə ki, ABŞ əks-kəşfiyyat orqanı ilə əvvəlcədən razılaşdırılmış plana əsasən, FTB ona öz ikili agentini təhvil vermiş və V. Martınov bunu Mərkəz qarşısında öz cəlbetməsinin nəticəsi kimi təqdim etmişdi. Nəticədə həmin dövrdə əsas rəqib - ABŞvətəndaşları sırasından cəlbetmə ən yüksək nailiyyət hesab edildiyindən, Martınov “Qırmızı ulduz” ordeni ilə təltif edilərək, vəzifədə irəli çəkilmişdi. Amerika tərəfinə rezidenturadakı vəziyyət, həyata keçirilməsi nəzərdə tutulan cəlbetmə planları barədə məlumat verən V.Martınov MKİ-dəki Sovet casusu Oldriç Eymsin məlumatı əsasında ifşa edilmişdi.
Misirin keçmiş prezidenti Camal Əbdül Nasirin yeznəsi və onun siyasi varisi Ənvər Sədatın siyasi məsələlər üzrə müşaviri Əşrəf Mərvanın 1973-cü il Yom Kippur (Axirət Günü) müharibəsi zamanı ikili agent funksiyasını yerinə yetirməsi barədə çoxsaylı dəlillər var.
2004-cü ildə Təl-Əvivdə İsrail Hərbi Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri El Zeirin kitabı nəşr edilmişdi. Müəllifin yazdıqlarına görə, Ə.Mərvan İsraili Suriya və Misirin hücum planları barədə əvvəlcədən xəbərdar etmişdi. İsrail kütləvi informasiya vasitələrinin məlumatında Əşrəf Mərvanın 1969-cu ildə İsrailin Böyük Britaniyadakı səfirliyinə gələrək könüllü surətdə öz xidmətini yəhudi dövlətinin kəşfiyyat orqanlarına təklif etdiyi qeyd edilmişdi.
1970-ci illərdə o, Misirin dövlətə məxsus olan hərbi-sənaye konserninə rəhbərlik etmiş, 1981-ci ildə isə Londona gələrək burada kommersiya fəaliyyəti ilə məşğul olmuşdu. “Çelsi” futbol klubunun səhmlərinin bir hissəsinə malik olan milyarder Ə. Mərvan 2007-ci ildə müəmmalı şəraitdə öz mənzilinin eyvanından yıxılaraq ölmüşdü.(azvision)
Nəzakət Məmmədova